MASAZIRDAN HƏYƏCANLI XƏBƏRLƏR
Tarix: 27-03-2013, 10:33 |
Çap et
SÜRÜŞMƏ ZONASI GENİŞLƏNİRAbşeron rayonunun Masazır qəsəbəsində sürüşmə sahəsi martın 26-da martın 25-i ilə müqayisədə 10 sm genişlənib. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
Onun sözlərinə görə, ərazidəki bir ev daha təhlükəli vəziyyətdədir. Həmin evin sakinləri evdən köçürülüblər.
Əmiraslanov bildirib ki, Masazırdakı sürüşmə sahəsində sürüşmə prosesi ilk dəfə 2011-ci ildə baş verib. Həmin vaxt təkliflər hazırlanaraq müəyyən tədbirlər həyata keçirilib.
"Həmin tədbirlərin sırasına bənd işləri, istinad divarının tikilməsi daxildir. Ancaq ərazidə kanalizasiya şəbəkəsinin olmamaması istər-istəməz aktivləşməyə səbəb olur",-nazirlik rəsmisi əlavə edib.
O qeyd edib ki, Lənkəran-Lerik avtomobil yolunun 17-19 kilometrində sürüşmə və ucqun sahələrində aktivləşmə müşahidə edilir. Martın 18-dən ərazidə ucqun prosesləri müşahidə edilir. Yolun həmin hissəsində bir necə gün əvvəl avtomobillərin hərəkəti dayandırılsa da, artıq hərəkət bərpa edilib.
Ölkənin digər avtomobil yollarında isə qismən, yəni cüzi aktivləşmə müşahidə edilir.