İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                 

AZƏRBAYCANDA MƏXMƏRİ BURJUA İNQİLABI OLACAQ
Tarix: 27-03-2013, 09:52 | Çap et
AZƏRBAYCANDA MƏXMƏRİ BURJUA İNQİLABI OLACAQ
YAP İQTİDARI PUL KÜTLƏSİ ÜZƏRİNDƏ NƏZARƏT RIÇAQLARI FORMALAŞDIRIR

DİA.AZ: - Hələ 2005-ci ilin parlament seçkilərində əllərində müəyyən qədər pul kütləsi olan sahibkarların siyasi proseslərə cəlb edilməsi siyasəti yürüdüldü ki, sonradan YAP iqtidarı bunun müəyyən fəsadlarını da yaşamalı oldu. Doğrudur, seçki dönəmində müxtəlif adlar altında kifayət qədər ciddi pullar xərcləməli olan bəzi sahibkarları elə seçki gününə qədər «zərərsizləşdirdilər» və onların əksəriyyəti namizədliklərini geri götürməli oldu, amma buna rəğmən çətiri yararaq parlamentə düşməyə müvəffəq olan iş adamları da yetərincə idi ki, bu da çox ciddi hadisə kimi qəbul olundu.

Lakin burada hakimiyyətin nəyi necə düşündüyünü təxmin etmək o qədər də çətin deyildi. Hədəfdə pullar idi və sayları kifayət qədər olan sahibkar çevrəsi tərəfindən illər ərzində qazanılan pullar üzərində siyasi nəzarət rıçaqları formalaşdırılmalı idi. Xatırladaq ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də həbs edildi. Fərhad Əliyevin isə sahibkarlarla birbaşa işləyən bir sima olduğu məlum idi və seçkilərə qatılan sahibkarların demək olar ki, böyük əksəriyyətinin hazırda məhbəs həyatı yaşayan keçmiş nazirlə yaxın münasibətləri var idi. Və aydın oldu ki, seçki gününə qədər «vurulan» sahibkar-namizədlərin demək olar ki, hamısı Fərhad Əliyevlə yaxın münasibətlərinin qurbanı olmuşdu. Yəni buradan da belə bir nəticə hasil olur ki, əgər Fərhad Əliyev həbs olunmasaydı, 2005-ci ilin parlament seçkilərindən sonra onun Milli Məclis heyətində böyük gücü olacaqdı. Və bu prosesin qarşısı alındı.

Amma bütün bunlara rəğmən hələ də kifayət qədər böyük həcmdə pullar var ki, hakimiyyətin nəzarətindən kənardadır. Və bu ilki prezident seçkiləri ərəfəsində də həmin pullara nəzarət qayğısı hakimiyyət üçün prioritet təşkil edir. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mötəbər mənbənin sözlərinə görə, əslində istənilən hakimiyyət üçün pul ən təhlükəli silahdır:

«Mərhum eks-prezident Əbülfəz Elçibəyin məşhur bir ifadəsi var idi: Tankın qabağından qaçmayan oğullar, pulun qabağında əyildi. Bu, faktdır və bu, ənənəvi insani xarakterik keyfiyyətdir. Elə buna görə də rəsmi Bakını daha çox onun nəzarətindən kənardakı pullar düşündürür. Həmin pullar YAP iqtidarına qarşı yönələcəyi təqdirdə böyük təhlükələr yarana bilər».

Artıq belə bir pul kütləsi təhlükəsinin Rusiya tərəfindən yönləndirildiyini bildirən mənbəmiz xatırlatdı ki, Kremlin sifarişi ilə yaranan Rusiya Azərbaycan Təşkilatları İttifaqında cəmləşmiş milyarderlərin xofu çox ciddi siyasi basqı kimi dəyərləndirilməlidir: «Kimsə Gürcüstan prezidentinin Bakıdan döndükdən sonra etdiyi xəbərdarlığı da unutmasın. «Lukoyl» prezidentinin Azərbaycanda Rusiyanın sifarişi işə çevrilişə yatırım qoyacağı ifşa olunduğundan bu məsələdə başqa qüvvələr fəallıq edəcək. Yəni artıq Vahid Ələkbərov açıq kartdır. Əslində Saakaşvili bu xəbərdarlığını Azərbaycan prezidentinin qulağına yox, bütün ictimaiyyətə elan etməklə çox ciddi gediş də etmiş oldu. Yəni proses, tədarük ifşa olunub və Rusiya məcburdur ki, fərqli taktika seçsin. Bu isə çox böyük vaxt tələb edir. Yəni bütöv mexanizmlər dəyişməlidir».

Mənbəmiz bildirir ki, məhz bu səbəbdən kənar müdaxilələrin ola biləcəyini nəzərə alan rəsmi Bakı yerli saihibkarların da nəzarətə götürülməsi prosesinə qərar verib: «Burada hətta varidatı 100 min manat olanlar belə nəzərə alınıb. İstənilən pul kütləsi ciddi silah olduğundan YAP iqtidarının incə davranış üslubu anlaşılandır».

Mənbəmizin bildirdiklərindən belə aydın olur ki, Azərbaycandakı sahibkarlarla bağlı prezidentin 12 fevral müşavirəsində söylədiyi fikirlər də əslində YAP iqtidarının onlara sahib çıxma siyasətinin tərkib hissəsidir: «Burada çıxdaş edilənlər də olacaq. Amma indidən deyilə bilər ki, 2013-cü il seçkilərinin favorit istinad nöqtəsi məhz sahibkarlardır. Yəni deyilə bilər ki, Azərbaycanda məxməri burjua inqilabı gözlənilir».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Bu gün, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Bu gün, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Bu gün, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Bu gün, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Bu gün, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Bu gün, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Bu gün, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Bu gün, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Bu gün, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Bu gün, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Bu gün, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Bu gün, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Bu gün, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Bu gün, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Bu gün, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Bu gün, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru