
AMMA CƏMİ 2 NƏFƏRİN ÜZÜ GÜLƏCƏK
Əməkdar artist Könül Xasıyeva Tofiq Bəhramov adına Respublika stadionunda solo konsert verəcək.
Axşam.az-ın məlumatına görə, xanəndə “ATV maqazin” verilişinə açıqlamasında konsertin aprel ayının 19-da baş tutacağını bildirib:
“Bu, mənim dördüncü solo konsertim olacaq. “Dalğalanan bir dənizdir muğam” konsertini öz vəsaitim gücünə təşkil edirəm. Gecədə qonaqlara sürpriz də hazırlamışam. Lotereya keçiriləcək və iki qalibə “Mercedes” markalı avtomobil hədiyyə edəcəyəm”.