SƏHİYYƏYƏ AYRILAN İNŞAAT PULLARINI KİMLƏR TALAYIR?
Tarix: 26-03-2013, 10:52 | Çap et
NAZİRLİYİN İKİ ŞÜBHƏLİ ORTAĞINDAN BİRİ – “TURQAY”LA BAĞLI FAKTLAR
DİA.AZ: - Dünən xəbər verərək bildirdik ki, 2013-cü ildə Səhiyyə Nazirliyi dövlət büdcəsindən səhiyyə obyektlərinin tikintisi və yenidən qurulması üçün 200 milyon manat (Milli Onkoloji Mərkəzə ayrılan 17 milyon manatdan başqa) alacaq. Bu, ötən ildəkindən 170 milyon manat çoxdur. Əslində DİA.AZ olaraq diqqətimizi ayrılan pullardan daha çox, bu pulları kimlərin ixtiyarına buraxılması faktıdır.
Qeyd edək ki, novruz bayramı öncəsi Bakıda 4 səhiyyə obyekti əsaslı təmirdən sonra istismara verilib: Mərdəkandakı № 26 xəstəxana, №5 Doğum evi yanında qadın məsləhətxanası, №13 uşaq poliklinikası və №1 şəhər poliklinikası. Onların hamısı müasir cihazlar və tibb avadanlığı ilə təchiz edilib. Son illər ölkədə dövlət tərəfindən 500 xəstəxana, poliklinika, diaqnostika mərkəzi və s tikilib və yenidən qurulub.
Verilən xəbərlərdə o da qeyd olunur ki, ilin ilk iki ayında Səhiyyə Nazirliyi Cəlilabad və Xırdalanda iki mərkəzi xəstəxana tikintisi üzrə tenderə yekun vurub. Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatı üzrə 10 milyon 960 min manat həcmində müqavilə “Turqay” şirkəti ilə bağlanılıb. “Alfa” şirkəti Xırdalanda analoji işlər görəcək. Bu şirkətlə müqavilənin qiyməti 14 milyon manatdır.
Və diqqətimizi də çəkən “TENDER QALİBLƏRİ” oldu. Vu səbəbdən müəyyən araşdırmalar apardıq və aydın oldu ki, əslində səhiyyə nazirliyi tərəfindən hər hansı tender keçirilməyib. Sadəcə olaraq, kağız üzərindəki şirkətlər SN rəhbərliyinə yaxın “Turqay” və “Alfa” MMC-lərlə “rəqabəti” uduzduqlarından yenə də inşaat işləri adları çəkilən şirkətlərə həvalə olunub.
DİA.AZ olaraq apardığımız araşdırmalar zamanı isə hər iki şirkətlə bağlı olduqca ilginc faktları aşkarladıq və birinci olaraq diqqətinizə “Turqay” MMC-də baş verən qanun pozuntularını diqqətinizə təqdim etmək istəyirik.
Xatırladaq ki, zaman-zaman mətbuatda yer alan informasiyalarda da vurğulanırdı ki, əslində səhiyyə nazirliyinin “möhkəm tərəfdaşı” olan “Turqay” MMC-nin rəhbərliyi “qalib gəldiyi” tenderlər üzərə tikinti işlərini bilərəkdən gecikdirir və bu yolla da külli miqdarda gəlir əldə etmiş olur.
Məsələn, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikada 3-4 aylıq iş az qala 1 ilə zar-zor təhvil veriləcək. Halbuki poliklinka 2013-cü ilin avqust ayına hazır olmalıdır. Bildirək ki, həmin tibb ocağının təmiri üçün dövlət tərəfindən nə az-nə çox düz 5 milyon manat ayrılıb. Və həmin vəsait də SN-dəki işbazlarla “Turqay” rəhbərliyinin ortaqlığı sayəsində tamam fərqli sahəyə yönəldildiyindən poliklinikanın təmiri həmin fərqli sahədən əldə edilən qazanca ümidli idi ki, bu da təbii olaraq işlərin, dövlət sifarişinin yubanmasına gətirib çıxardı. Qeyd edək ki, “Turqay” MMC-nin “udduğu” bütün tenderlər məhz bu şəkildə icra olunduğundan Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatında da anoloji hadisənin yaşanılacağı heç şübhəsizdir.
Əslində, təmir-tikinti işlərinin yubanması şirkət rəsmilərinə sərf edir. Belə ki, iş uzandıqca daha çox pullar göyə sovrulur. DİA.AZ-ın əldə etdiyi məlumatlardan məlum olur ki, bu günə kimi təmir işlərinə 4 milyon yarım manata yaxın pul gedib, amma ortada gözə dəyəsi bir iş yoxdur. Yenilik isə ondan ibarətdir ki, təmiri aparan şirkətin müdiri bir ay ərzində iki maşın dəyişib. Və hazırda “007″ nömrəli “Toyota Prado” markalı maşında gəzir.
Onu da bildirək ki, “Turqay” MMC-nin rəhbəri barədə də ilginc faktlar əldə etmişik. DİA.AZ-a daxil olan məlumatlara görə, MMC-nin rəhbəri Abbasov Tamerlan Yahya oğlu “Turgay” MMC-ni 2006-cı ilin noyabr ayında təsis edib, həmin müəssiənin direktoru özü olub. “Turgay” MMC-nin adında külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli biliinib 1 il 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
"Turqay" MMC ilə bağlı apardığımız araşdırmalar zamanı onu da öyrənə bildik ki, bu şirkətdə ümumiyyətlə dövlətin qanunları saya salınmır. Rəhbəri külli miqdarda vergidən yayınma ittihamı ilə həbsdə olmuş şirkətdə fəhlələrin haqqı tapdalanır və onların həyatı təhlükəyə atılır. Məlum olur ki, "Turqay" MMC inşaat meydançalarında çalışdırdığı fəhlələrlə nə əmək müqaviləsi bağlayır, nə də təhlükəsizlik haqqında bir sənəd imzalayır.
Əmək qanunvericiliyinin şərtlərini kobudcasına pozan "Turqay" MMC-nin yetkililəri işçilərin canını heçə sayaraq onları təhlükəli şəraitdə işləməyə məcbur edir. Hazırda MMC-nin təmir-tikinti işləri apardığı 31 saylı poliklinikada bütün deyilənlərin əyani şahidi olmaq mümkündür. Məlumata görə, poliklinikadakı işlər zamanı heç bir əmək müqaviləsi olmayan fəhlələrdən birinin başına daş düşüb. Başı partlayan fəhləyə öz yoldaşları köməklik göstərib. MMC rəhbərləri isə onun xəstəxanaya aparılmasına imkan verməyiblər, qorxublar ki, nəsə bir problem yaranar.
Fəhlələrin özü də müqaviləsiz işləməkdən narazıdırlar. Onlardan birinin DİA.AZ-a verdiyi açıqlamaya görə, "Turqay" MMC-nin sahibləri öz gəlirlərini fikirləşirlər, fəhlələrin halına yanmırlar: "Bizim canımız onlar üçün önəmli deyil. Hər dəqiqə başımıza iş gələ bilər. Nə müqaviləmiz var, nə də bir şey. O qədər olub ki, uşaqlar söküntü aparan vaxt ayaqlarını, qollarını əziblər. Təsəvvür edin ki, 7-ci mərtəbədən kəndirlə bizi sallayırlar ki, pəncərələri sökək. Kəndir qırılsa, biz ordan yıxılıb öləcəyik. Bununla bağlı bir neçə dəfə şirkətin sahiblərinə şikayət etmişik. Amma kimdir bizə qulaq asan".
"Turqay" MMC-nin kimə məxsus olmasına gəldikdə bu barədə dəqiq şəxsin adını tapa bilmədik. Çünki bu şirkətin bir nəfərə deyil, bir neçə nəfərə məxsus olduğu bildirilir.
Həmçinin qeyd edilir ki, şirkətin 31 saylı poliklinikada apardığı təmir işlərində külli miqdarda yeyinti faktları var. Sadəcə bunları araşdıran yoxdur. Nəzarətsizlik üzündən "Turqay" MMC-nin sahibləri gündə bir maşında gəzirlər. Maraqlısı isə odur ki, onlar poliklinikanın təmirinə başladıqdan sonra bu maşınları alıblar. Hər halda müvafiq qurumların bu şirkətin fəaliyyətini araşdırması vacib olardı. Çünki ortada dövlətin poliklinika üçün ayırdığı vəsaitlər var. Və ən önəmlisi, “Turqay”a artıq Cəlilabadda da milyonları talama fürsəti tanınıb...
Bütün tərəflərin mövqeyini işqılandırmağa hazırıq. Araşdırmalarımız davam edir. Növbəti dəfə SN-nin digər inşaat ortağı olan “Alfa” MMC ilə bağlı faktları diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
|