Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

İRANLI DEPUTAT HAKİMİYYƏTƏ YENİ MÜRACİƏT YOLLADI
Tarix: 24-03-2013, 11:26 | Çap et
İRANLI DEPUTAT HAKİMİYYƏTƏ YENİ MÜRACİƏT YOLLADI
MƏNSUR HƏQİQƏTPUR SİYAVUŞ NOVRUZOVUN YERİNƏ MÜHATTAB AXTARIR

DİA.AZ: - Neçə müddətdir ki, İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan «Arannyus» portalını tribuna kimi istifadə edən İran İslam Şurasının deputatı, milli təhlükəsizlik və xarici siyasət komissiyasının vitse-prezidenti, sıradan fars köləsi Mənsur Həqiqətpur Azərbaycanın hakim partiyasının deputatı Siyavuş Novruzovla mətbu polemikadadır. Bildirək ki, YAP-çı deputata davamlı olaraq müraciətlər ünvanlayan Həqiqətpur bu əsnada bözünün cəfəng tarixi «bilgiləri»ni də xırıd etməkdədir ki, bu da əslində fars şovinizminin təbliğat vasitələrinin təbliğindən başqa bir şey deyil.

DİA.AZ bildirir ki, Həqiqətpur yenə də Siyavuş Novruzova müraciət edib və bu dəfə də cəfəngiyyatını davam və inkişaf etdirib. Onun Güney və Quzey Azərbaycan ifadələrinə etiraz etməsindən tutmuş Azərbaycan türklərinə fars köləliyini uğurlu nəsib kimi təqdimatına qədər bütün yazdıqlarının absurd olduğunu nəzərə alaraq, Siyavuş Novruzova Həqiqətpurun sayıqlmalarını cavabsız buraxmasında da haqq qazandırmamaq olmur.

DİA.AZ olaraq «AranNews»da yer almış sonuncu müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:

«İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti doktor Mənsur Həqiqətpur Azərbaycan Respublikasının hakim partiyasının (YAP) bu ölkənin Milli Məclisində nümayəndəsi Siyavuş Novruzovun anti-İran və millətçi açıqlamalarına yazılı cavab verib. Məktubun bir hissəsində deyilir: “Cənab Novruzxan! Hansı psixi şəraitdə özünüzün Cənubi Azərbaycanın parlamentinin sədirliyi arzusunda olduğunuzu açıqlamağınızı bilmirəm, amma gülünc doğuran bu açıqlamanız Təbriz və onun qeyrətli əhalisini özünüzü ona bağlı bildiyiniz bir şəhər yox, hətta qonşu bir şəhər həddində də tanımadığınızı sübuta yetirdi”.

Doktor Mənsur Həqiqətpurun məktubunun tam mətni aşağıdakı kimidir:

Cənab Siyavuş Novruzxan

Salam!

Mənim qabaqkı məktubumun cavabınızda ilin son çərşənbəsinə və həqiqətdə siz də onun bir hissəsi olduğunu qədim İran mədəniyyətinə toxunmusunuz və iranlıların Novruz bayramını təbrik etmisiniz. Mən də qarşılıqlı olaraq cənab-alinizi və bütün şərəfli Aran, Şirvan, Şəki, Gəncə, İsmayıllı, Quba, Qarabağ, Lənkəran, Astara, Badkubə və Azərbaycan Respublikasının digər şəhər və kəndlərinin əhalisini Novruz bayramı münasibətilə təbrik edirəm.

Novruzxan!

Yenə də mənim təklif etdiyim mövzulara məntiqi cavab verməmisiz və artıq elmi müzakirələr üçün təklif etdiyim bu mövzuların sayı otuza çatmışdır. Sanki, bu məsələlərə girmək olmaq üçün kifayət qədər ixtiyarınız yoxdur. Əgər belədirsə, zəhmət olmasa, bunu açıq deyin, ola bilsin, siyasi səlahiyyəti və qabliyyəti olan digər bir dövlət məsulu mənimlə debatı davam etdirməyi öhdəsinə aldı.

Cənab Novruzxan! Qabaqlar da sizə ədəb və şəxsi etikaya riayət etməyi tövsiyə etmişdim. İnsafla desək, bir qədər riayət edirsiniz. İndi məcburam siyasi ədəbləri də sizə xatırladam. Əlbəttə, əminəm ki, bu barədə əsil irad sizin seçki sisteminizə aiddir. Çünki Azərbaycan Respublikasının başa düşən xalqının seçim haqqı olsaydı, mütləq onların şəninə riayət edən, etika və siyasətin əsas prinsipləri ilə tanış olan nümayəndələr seçərdilər.

Novruzxan!

Öz cavabınızda Cənubi Azərbaycan terminindən və ona müstəqillik arzu etməyinizdən söz açmısınız. Bu termin bu günlərdə Arazın şimal tərəfinin ədəbiyyatında istifadə olunsa da siz tarix və ədəbiyyatdan məlumatlı olmağınızı iddia edən bir deputat kimi gərək bu terminin elmi əsaslarını və sənədlərini aydınlaşdırasınız. Xəritələrdə, tarixi sənədlərdə bu adda bir ərazi olmuşdurmu? Gülüstan və Türkmənçay müqavilələrində belə bir termin mövcuddurmu? Və ...

Cənab Novruzxan!

Qabaqkı məktublarımda adlarını çəkdiyim elmi sənədlərdə və onlar kimi xəritə, yerli və şərqşünas müəlliflərin qələmə aldığı tarixi, coğrafi kitablar, çoxlu səfərnamələr kimi yüzlərlə elmi sənədlərdə Şimali və ya Cənubi Azərbaycan termini yoxdur. Əvvəlki məktublarımda sənəd kimi göstərdiyim “Gülüstani-İrəm” kimi nəfis kitabı bir daha xatırlatmağı lazım bilmirəm. Çoxlu sayda mötəbər və tarixi mənbələrdə həmişə Arazın cənub hissəsi Azərbaycan, şimal hissəsi isə Albaniya, Əran, Şirvan, Şəki, Şamaxı, Gəncə, Badkubə və s. kimi tanınmışdır. Hatta, bu mühüm mövzunu Azərbaycan Respublikasının ilk təsisçisi Məhəmməd Əmin Rəsulzadə özünün “Azərbaycan Respublikası, onun necə formalaşması və hazıkı durumu” kitabının müqəddiməsində vurğulamışdır.

Novruzxan!

Nə mən, nə də İran və Azərbaycanın elmi cameəsi sizdən belə bir süst və əsassız açıqlamaları gözləmir. Yaxşı olar ki, əvvəl bir qədər fikirləşəsniz, sonra cavab verəsiniz. Din böyüklərimizin də sifarişi belədir.

Cənab deputat!

Arazı, onun şimal sakinlərinin tarixi Azərbaycandan ayıran bir yer kimi qeyd etmisən və bu mövzunu Novruzun əvvəlində Arazın sahilində vədə verilmiş görüşdən qaçmaq üçün bəhanə etmisən. Mütləq bilirsən ki, Arazın şimalının tarixi Azərbaycandan ayrılması məhz siyasi olub və bu da rus çarlığının işğalçılığı əsasında məntəqəyə tətbiq edilib. İki əsr keçməsinə baxmayaraq hələ də Arazın şimal və cənubu arasında mədəni və mənəvi bağlılıq tamamilə aradan getməyib, Arazın şimal əhalisi hələ də İranın Təbriz, Məşhəd kimi şəhərlərinə özlərinin ideal şəhərləri kimi baxırlar. Əgər siz yuxarıda qeyd etdiyim görüşə hazır olsaydınız, Azərbaycan xalqı ilə həmfikir olduğunuzu göstərəcəkdiniz. Heyf ki, gerçəkləşmədi. Əlbəttə, bu görüşə gəlməməyiniz Arazın şimal və cənubunun yaxınlaşmaması yolundakı ilk addımınız deyil. Bundan qabaq da – bizim hazırkı məktublaşmamızın başlamasına səbəb olmuş – Bakı Parlamentində sərhəd keçmədə yüngülləşdirmə qanununun ləğvini dəstəkləməklə İran və Azərbaycanın sərhəd məntəqələrində yaşayan əhalinin ümumi fikrinə diqqətsizliyinizi sübut etmişdiniz.

Novruzxan!

Arzu etmisən ki, Təbrizdə, ulu babalarının yurduna gəlib və Cənubi Azərbaycanın parlamentinin sədri olduqdan sonra mənimlə orada görüşəsən. Güman edirəm bu xəyalpərəstlik ki, səndə var parlamentin yerinə incəsənət kateqoriyalarının birində Bakı dövlətinə xidmət etsən, bəlkə uğur qazanarsan. Əlbəttə, sənin bəlkə də istəmədən öz kökünə, əcdadlarına etirafın dəyərlidir. Siz Təbrizi öz ulu babalarınızın şəhəri adlandıra bilərsiniz. Çünki Təbriz İranın ən əhəmiyyətli şəhərlərindən biri olaraq Gülüstan və Türkmənçay müqavilələrindən qabaq həmişə İranın şimal-qərbinin siyasi və ictimai məkrəzi kimi diqqəti çəkib, xüsusilə də Arazın şimal əhalisi ona mərkəz kimi baxıblar.

Cənab Novruzxan!

Hansı psixi şəraitdə özünüzün Cənubi Azərbaycanın parlamentinin sədirliyi arzusunda olduğunuzu açıqlamağınızı bilmirəm, amma gülünc doğuran bu açıqlamanız Təbriz və onun qeyrətli əhalisini özünüzü ona bağlı bildiyiniz bir şəhər yox, hətta qonşu bir şəhər həddində də tanımadığınızı sübuta yetirdi. Təəccüblüdür ki, bilmirsiniz İran azəriləri İrana tarixi və mənəvi bağlılıqlarından əlavə, gənc şagird və tələbə qızların başından hicabı götürən və onların dini etiqadlarına hörmətsizlik edən, Bakıda qeyri-əxlaqi parad keçirmək həddinə qədər irəli gedən və etirazçıları həbsə salan şəxslərə nifrət edirlər və bu nifrətlərini dəfələrlə elan ediblər.

Cənab hakim partiyanın nümayəndəsi!

Həqiqətən, gərək Azərbaycan Respublikasının şiə xalqının məzlumluğuna ağlanılsın ki, sizin kimi məlumatı az və reallığı görə bilməyən şəxslər onların nümayəndəsi olmasını iddia edir. Əminəm ki, Azərbaycan xalqı sizi nümayəndə kimi qəbul etmir. Onlar problemlərini, o cümlədən Qarabağın işğalına son qoymaq, bu işğal nəticəsində düçür olduqları müsibətləri ardan qaldırmaq fikrində olan nümayəndələr ardıncadırlar. Daha yuxu görən yox! Sözsüz ki, Azərbaycan xalqı sizin Təbrizə gələcəyiniz, ya gəlməyəcəyiniz haqda düşünmür, onlar səbirsizliklə Qarabağ və işğal olunmuş digər ərazilərin azad olunmasını gözləyirlər. Siz ən azından bir simvolik hərəkətlə müəyyən bir günü Qarabağın azad olunması günü təyin edin ki, o təyin olunmuş gündə dünyanın müxtəlif ölkələrinin müsəlmanları , xüsusilə də Bakının müsəlman əhalisi Qarabağa tərəf yürüş edərək, İslam dünyasının bütün işğal olunmuş ərazilərinin azad olunması üçün öz iradələrini nümayiş etdirsinlər.

Cənab Novruzxan!

Doğrusu, Qarabağ həqiqətlərini öyrənmək üçün cənab Məmmədrəfi və Qarabağ müharibəsi zamanı Nazirlər Kabinetinin üzvü olan cənab dayının sorağına getdinmi? Onlardan əlavə, Bakının Pirkəşkül kəndində yaşayan cənab Orucovdan da Qarabağ barədə soruşa bilərsən. Gələcək məktublarımda digər adları da açıqlayacam ki, əgər siz də onların sorağına getməsəniz, Badkubənin vicdanlı sakinləri onları tapsınlar və Qarabağın pərdəarxası macaralarını onlardan soruşsunlar, ta xadim və xaini bir-birindən ayırd etsinlər.

Cənab Novruzxan!

Sizdən dostcasına istəmişdim ki, Azərbaycan Respublikasının dövlət televiziyasından Qarabağla bağlı bir sıra sənəd və video yayımlamaq üçün şərait yaradasınız. Bu barədə bir iş gördünmü? Eyni zamanda yuxarıda qeyd etdiyim telekanalda canlı verlişdə iştirak etməyə və Qarabağ həqiqətlərini bəyan etməyə, onun azad olunması üçün həll yollarını şərh etməyə hazır olduğumu bir daha bildirirəm. Novruzxan! Qarabağ barədə çoxlu deyilməmiş sirlərim vardır ki, tədriclə və zamanın istəyinə uyğun olaraq onlardan danışacağam.

Cənab Novruzxan!

Sözünüzün sonunda gülünc və əsassız mətləbinizi tamamlamısınız və Cənubi Azərbaycanın parlamentinin sədri olanda orada Azərbaycan dilini, Azərbaycan əlifbasını öyrədən məktəblərin açılmasını təşkil edəcəyinizi demisiniz. Bu xəyali məktəblərdən məqsədiniz kommunistlərin siyasətlərinin təkrarıdırmı ki, onun nəticəsində Arazın şimal sakinlərinin elmi və mədəni əlaqəsi özünün keçmiş nəsilləri ilə kəsildi və bu gün Azərbaycan Respublikasının xalqı özünün iftixarlı keçmiş ədəbi, tarixi və dini əsərlərindən vasitəsiz bəhrələnməkdən məhrum olublar, Nizami Gəncəvinin dərin şerlərindən və digər alim və mütəfəkkirlərin əsərlərindən istifadə etmək üçün naqis, bəzən də təhrif olunmuş tərcümə ilə kifayətlənməyə məcburdurlar.

Söz ustadı şirin sözlü Şəhriyar necə də gözəl deyib:

Ayırıb şeytan əlifbası sizi Allahdan

Öz əlifbamızı yazsaz, tapasız Quranı

Dünya beş gündü, cəhənnəm də olursa, olsun

Gəl cihadilə tapaq cənnəti-cavidanı

Cənab Siyavuş Novruzov!

Tarixi Azərbaycan xalqının şeytan əlifbasını öyrənməyə ehtiyacı yoxdur. Və əmin olun ki, Azərbaycan Respublikası xalqı da gec-tez Quran əlifbasına qayıdacaq.

Qarabağın azad olunması və Azərbaycan Respublikasının müsəlman xalqının qələbəsi ümidi ilə

Mənsur Həqiqətpur , İran İslam Şurası Məclisinin nümayəndəsi»









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru