Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

AZƏRBAYCANDA “KREDAQRO” TALANI NİYƏ DURMUR?
Tarix: 14-03-2013, 10:07 | Çap et
AZƏRBAYCANDA “KREDAQRO” TALANI NİYƏ DURMUR?
BU BOKT-NİN FƏALİYYƏTİ QANUNSUZ OLSA DA, TALANÇILIĞA GÖZ YUMULUR

DİA.AZ: - Redaksiyamıza “KredAqro” Bank Olmayan Kredit Təşkilatının (BOKT) qanunsuz əməlləri ilə bağlı yeni müraciət daxil olub. DİA.AZ-a müraciət edən Cəlilabad rayon sakini bildirir ki, bu sələmçi şəbəkəyə qarşı hüquq-mühafizə orqanlarının tədbirləri də yetərsiz görünə bilər. Çünki başdan-başa korrupsiyaqa uğrayan bu BOKT-nin fəaliyyətinin dayandırılması ən doğru addım hesab olunur.

DİA.AZ-a daxil olan məktubu olduğu kimi diqqətinizə təqdim edirik: “Yazıb sizə KredAqro sələmçi təşkilatının cinayətkar əməlləri barədə məlumat vermək istəyirəm. Dediklərimin təsdiqi odur ki, yarandığı gündən KredAqro və onun Cəlilabad filialının rəhbər və vəzifəli şəxslərinin törətdiyi cinayət əməlləri barədə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəfələrlə cinayət işi açılmışdır. Həmin cinayət işi uzun müddət davam etsə də, hələ də bağlanmayıb və Mərkəzi Bank tərəfindən KredAqroya verilmiş lisenziyanın ləğv olunması üçün heç bir tədbir görülməyib. 50 faizlik bank sələmi genosidi indi də davam etdirilir. Son bir neçə ildə KredAqronun Cəlilabad filialının iki müdiri cinayət məsuliyyətinə cəlb olunmuş, onlar işdən çıxarılmışlar, lakin əsas hədəf qalır- xalq soyulur və günü gündən daha çox adamın yaxası bu bədnam sələmçi təşkilatın əlinə keçir.

KredAqro müştərilərlə müqavilə bağlayan zaman həmin müqavilə notarial qaydasında təsdiqlənmir. Bu hal mülki qanunvericiliyin tələbinə əsasən qanunsuzdur. Belə ki qanunvericiliyin tələbinə əsasən hüquqi şəxslə fiziki şəxs arasında müqavilə bağlanarkən həmin müqavilə nitariat qaydada təsdiqlənməlidir.

Vətəndaşla müqavilədə qeyd olunur ki, kredit götürüləndən sonra onun müddəti nəzərə alınmaqla əsas pula 3 faiz pul ödənməlidir. Lakin müqaviləyə uyğun gəlməyən, onunla ziddiyyət təşkil edən bir cədvəl tərtib olunaraq vətəndaşa təqdim olunur. Müştərini göz-görəsi aldadırlar. Belə ki, müştəriyə verilmiş ödəniş cədvəlini araşdıranda görünür ki, müştəri götürdüyü krediti ödəyən zaman ondan müqavilədə qeyd olunduğu kimi, ay ərzində 3 faiz deyil, 20-30 faiz pul tutulur. Xahiş edirəm ki, hüquq mühafizə orqanlar, dövlət strukturları KredAqro təşkilatının əhali ilə bağladığı müqaviləni və pulu verərkən təqdim etdiyi cədvəli tutuşdursunlar. Onda asanlıqla görərlər ki, bu sələmçi təşkilat müqavilədə 3 faizə qol çəkdirdiyi halda vətəndaşdan 20-30 faiz pul tutur. Bu isə yaratdığımız demokratik hüquqi dövlətdə insan hüquqlarının pozularaq onlara qəsdən maddi ziyan vurulması deməkdir. Axı KredAqronun prosedur və siyasət qaydalarında müştəriyə kredit verilən zaman onlara verilmiş kredit məhsulunun növlərində yalnız müştərinin maddi rifahının yüksəlməsi üçün köməklik göstərilməsi nəzərdə tutulur, bu cür soyğunçuluq nəzərdə tutulmur. Sənədlə əməl düz gəlmir. KredAqronun bu günə kimi müştərilərlə bağladığı bütün müqavilələr onlara təqdim olunmuş ödəmə qrafiki cədvəli ilə uyğun gəlmir və bu müqavilələr aldadıcı olduğu üçün etibarsız sayılmalıdır.

Digər qanun pozuntularından biri də odur ki, kredit götürən müştəri fiziki və hüquqi şəxs kimi vergi ödəyicisi olduğu halda, yəni vergi orqanlarında VÖEN alıb hansısa bankda hesab açdırdığı halda, onlara kredit verilən zaman bankda yenidən hesab açdırırlar. Nəticədə kredit götürən şəxs məcbur qalaraq götürdüyü kreditin təyinatını vergi orqanlarından gizlədir. Bu da dövlət büdcəsinə qəsdən maddi ziyan vurulması deməkdir. KredAqro vətəndaşları çapmağı bir tərəfə, üstəlik vergi pullarını da dövlətdən oğurlayır. Vergilər Nazirliyindən xahiş edirəm ki, bu məsələni araşdırsın, KredAqrodan VÖEN-i və bank hesabı olan müştəriyə niyə məcburan yeni bank hesabı açdırdıqlarının səbəbini soruşsun. 2-ci hesab açılanda müştəridən 6-10 manat əlavə pul tutulur, bu da ona əlavə maddi ziyan vurur. Əgər mənim hesabım varsa, niyə artıq hesab açdırırsan?

Bir sıra müştərilər Dövlət Sosial Müdafiə Fondunda sahibkar kimi qeydiyyatda olmadıqları halda onlara sahibkarlıq fəaliyyətinin genişlənməsi ilə əlaqədar kredit buraxırlar. Nəticədə müştəri DSMF-də olan məcburi ödəmələrdən yayınmalı olur. Demək, KredAqro sələmçi təşkilatı vergi pullarını oğurlamaqdan başqa həm də Sosial Müdafiə Fondunun da pullarını oğurlayır. Beləliklə, bu təşkilatın qeyri-qanuni fəaliyyəti nəticəsində dövlətə külli-miqdarda ziyan dəyir. Məhz bu cür saxtakarlığa görə Cəlilabad filialından çoxlu əməkdaş- Əfqan İsgəndərov, Vüsal Həbibov, Azər Tağıyev və başqaları işdən çıxmışdır. Onlar məhz törədilən cinayət əməllərindən ehtiyatlanaraq, gələcək fəsadlardan qorunmaq üçün ərizə yazıb həmin təşkilatdan uzaqlaşmışlar. Lakin nədənsə yuxarıda sadaladığımız məsələlərə baxmayaraq Mərkəzi Bank KredAqro kimi saxtakar Bank Olmayan Kredit Təşkilatının lisenziyasını uzatmaqda davam edir. Artıq çoxdan sübut olunub ki bu cür təşkilatlar Azərbaycan cəmiyyətinin bətnində qara yaradır və tədbir görmək vaxtı gəlib çatmışdır.

Ötən ilin martında Bakıda baş verən bir hadisə hamını sarsıtdı. Şəki sakini 64 yaşlı Səadət Həsənova KredAqronun ofisində üzərinə benzin tökərək özünü yandırdı. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmadı. Ş.Həsənovanın özünü yandırmasına səbəb isə ödənilməyın kreditə görə mənzilinin əlindən alınması idi. KredAqro yenə də sudan quru çıxmağı bacardı. Maraqlıdır ki, 20 il dövlətə sədaqətlə xidmət edən məmurun otağında vətəndaş özünü yandıranda dövlət həmin məmurun dərisini boğazından çıxarır. Amma KredAqro-ya buna görə heç nə edilməlid, əksinə həmin vətəndaşın evi indi də bankda girovdadır. Sələmçi sektora toxunulmazlıq statusunu kim verib?

KredAqro BOKT-ın siyasət və prosedur qaydalarına əsasən kredit götürən müştəri ardıcıl olaraq 2-3 ay müddətində, yəni 60 və ya 90 gün ərzində götürdüyü kreditin əsas və faiz pulunu ödəməsə həmin müştəri dərhal məhkəmə məsuliyyətinə verilməlidir. Lakin təşkilatın Cəlilabad filialı bu qaydaya əməl etməyib ödəməyən müştəriləri məhkəməyə vermir, onların pulunun üstünə sayğac qoşaraq məbləği şişirdir, təşkilata olan borcu çoxaldır və müştəridən həmin böyümüş məbləği müxtəlif üsullarla tələb etməkdə, qoparmaqda davam edir. Təşkilatın siyasət və prosedur qaydaları kobud şəkildə pozulur. KredAqro Cəlilabad filialı götürülən pulu ödəyə bilməyən müştəriər üçün bilə-bilə aylar və hətta illərlə qanunsuz olar faiz və cərimələr hesablayır. Əgər prosedur qaydalarını əsas götürsək, bu fakt özü də kredit götürən vətəndaşlara qəsdən maddi ziyan vurma, soyğunçuluq deməkdir. Ödəyə bilmirsə apar ver məhkəməyə dövlət araşdırsın, daha reketsayağı sayğac niyə qoşursan? Oğlum Həsənov Şahinin götürdüyü pulla bağlı da belə oldu. Sonradan 3 dəfə ödəniş etsək də, 660 manata yaxın ödədiyimiz pul məbləğdən çıxılmaq əvəzinə faizə çıxıldı. İndi isə bu sələmçi təşkilat Cəlilabad rayon Məhkəməsinin qərarını əlində rəhbər tutaraq bizdən 700 manata kimi pul tələb edir. KredAqro qanunları kobud şəkildə pozur, Elman Rüstəmova 2 ildir bu barədə yazırıq, cavab məktublarında isə o həmişə bizi neprav, KredAqronu prav şıxardır. Belə ağçılıq olurmu?

Təşkilatın Cəlilabad filialında elə müştəri var ki, 6 ay bundan əvvəl vəfat edib. Mülki qanunvericiliyin tələbinə görə kredit götürən tərəf vəfat etdikdə müqaviləyə xitam verilir və o hüquqi əsas daşımır. Bütün bunlara baxmayaraq həmin ölmüş şəxslər üçün ardıcıl olaraq faiz və cərimələr (!) hesablanır. Buna misal olaraq Cəlilabad şəhər sakini Mirzə Ağayevi göstərə bilərik. O vəfat etmişdir, lakin KredAqro təşkilatı tərəfindən mərhuma şotçik qoşulub, onun adına qanunsuz olaraq faiz və cərimələr hesablanaraq, onun hüquqi varislərinə və zamininə maddi ziyan vurulur. Yəqin gözləyirlər ki məbləğ şişsin və KredAqro gəlib mərhumun ailəsini çölə tökərək evini əlindən alsın.

O cümlədən yaxın qonşumuz Ələddin Bayramov da bu bankdan kredit götürmüşdü, vəfat etdi, lakin KredAqronun işçiləri mərhumun qapısına dalbadal tökülüşərək tələb etdilər ki, qanuna görə (!) pulu ödəməlisiniz. Nəticədə mərhumun balaları Rusiyaya getdi, orda fəhləlik edərək pul yolladı və ailə həmin pulu KredAqro-ya verərək canını qurtardı. Təkcə KredAqronun Cəlilabad filialında onlarla belə fakt var, xahiş edirəm hüquq-mühafizə orqanları bu məsələləri də araşdırsınlar.

Elə müştərilər var ki, 200-300 gündən artıqdır ki, kredit ödəmir, yenə də onlar məhkəmə məsuliyyətinə verilməyərək, onlara qanunsuz olaraq faiz və cərimələr hesablanır. Sayğac qoşublar, xalqa olmazın zülmlər edirlər və müxtəlif üsullarla həmin haram pulları ödətdirirlər. Xahiş edirik ki bu məktubda dediyimiz faktların araşdırılması üçün tədbirlər görəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru