ÖLÜMÜ DƏ GÜLƏ-GÜLƏ QARŞILAYAN BÖYÜK KORİFEY
Tarix: 13-03-2013, 13:24 | Çap et
Vaxtilə onunla birgə çalışan, birgə filmlərə çəkilən, birgə səhnədə, televiziya tamaşalarında oynayan aktyorların çoxu dünyadan köçüb. Həmin qüdrətli rejissorlar da həyatda yoxdur artıq. Onunla bağlı xatirələrini də özləri ilə aparıblar. Onu səhnədə canlı görən insanların çoxu həyatla vidalaşsa da, onun təkrarsız aktyor oyunu müəyyən nəslin yaddaşına həmişəlik yazılıb.
Hər dəfə səhnəyə çıxarkən onu alqışlayır, sonra ürəkdən gülür və yenə də alqışlarla yola salırdılar. Xalq artisti Əliağa Ağayev bu şöhrət çələngini elə-belə qazanmamışdı. Uzun və çətin illərin yorğunluğu qalanmışdı çiyinlərinə. Atasını erkən itirmişdi. Uşaqlıq illəri ağır ehtiyac içində keçmişdi. Ancaq yaşadığı ehtiyaclar ona mane ola bilməmiş, onu böyük bir sənətin cığırına salmışdı.
Əsl müsəlman idi
Bir neçə il əvvəl mərhum aktyorun evində qonaq olub həyat yoldaşı Cəvahir xanımın xatirələrini dinləmişdim. Artıq Cəvahir xanım da haqq dünyasına qovuşub. Onun söhbətlərindən televiziya ekranlarından aktyor kimi tanıdığım Əliağa Ağayevin həm də gözəl bir insan, sədaqətli ailə başçısı kimi tanımışdım. "Əliağa öz istedadının təbiəti ilə daha çox komik idi, həm də orijinal bir komik. Həyatda isə hər şeydən əvvəl gözəl insan idi. Hər ikimiz Gənc Tamaşaçılar Teatrında çalışırdıq. Elə oradaca onunla tanış olub, ailə qurdum. Çox sədaqətli insan idi. Heç zaman xətrimə dəyməz, mənimlə kobud danışmazdı. Sağlığında heç bir bazar-dükan bilməzdim. İşi nə qədər çox olsa da, bütün qayğıları özü çəkərdi. O, qayğıkeş ailə başçısı idi. "Aktyor mətbəxi" deyilən bir ifadə var. Heç kəs aktyorun daxili aləminə müdaxilə edə bilməz. O, mövzunu, oynayacağı obrazı uzun zaman içində gəzdirər, beynində saf-çürük edərdi. Ona görə də nə oynayıbsa, yaxşı alınıb.
1956-cı ildə ekranlarımıza vəsiqə almış "O olmasın, bu olsun" filmində dövrü üçün elə bir xarakter yaradıb ki, istər-istəməz onun klassik aktyor oyununa heyran olursan. Əgər o, başqa rollara çəkilməsəydi də, təkcə "Məşədi İbad"ı ilə özünə ölməz aktyor titulu qazanmışdı. Bu film bir çox xarici ölkələri gəzərək böyük şöhrət qazanıb. Çəkildiyi son film "Papaq" oldu. Heç yadımdan çıxmır, həmin filmin çəkilişlərinə xəstə-xəstə gedirdi. Onu evdə saxlaya bilmirdik. Film hazır oldu, amma premyeranı görmək özünə qismət olmadı”.
Başqalarına yaxşılıq etməkdən zövq alarmış Əliağa Ağayev. Hansısa gənc bir aktyora kömək edəndə və ya kimsə ona yardım üçün ağız açanda can-başla köməyə tələsərmiş: "Dünyada insana təkcə yaxşılıq qalacaq, pis olmağa nə var ki..." deyərmiş. “Təkcə oynadığı Məşədi İbad obrazına görə demirəm, həyatda da əsl müsəlman idi. İçkini sevməzdi. Xorasana ziyarətə getmişdi, Məşədi də olmuşdu. Qurani-Kərimi əzbər bildiyi üçün cibində kiçik Quran gəzdirərdi. Allah adamı idi. Xorasanı ziyarət etməsinə o qədər sevinirdi ki...”
Evdə qəribə məşğuliyyətləri varmış. Dəmir-dümürlə məşğul olar, dadlı yeməklər bişirərmiş. Elə təkcə plovun 40 növünü hazırlayırmış: “Etiraf edirəm, əksər xörəkləri hazırlamağı mənə Əliağa öyrətmişdi. Qonaq-qaranı yaman çox sevərdi. Ona görə də evimizdən qonaq əskik olmazdı. Toylara tamada kimi getməyi xoşlamazdı. Sənətini təmiz saxlamağı, qorumağı bacarırdı. Pula ehtiyacı olduğu vaxtlarda da pul söhbəti etməyi xoşlamazdı”.
Ölümü də qəribə olub Əliağa Ağayevin. Daim insanlara gülüş bəxş etməyə alışan aktyor dünyasını da gülə-gülə dəyişib. Həmin gün sanki teatra "əlvida" deməyə gedib. İş yoldaşları ilə danışıb, xeyli zarafatlaşıb, gülüb. Sonra da bu gülüşü özüylə birgə "Qağayı" restoranına aparıb. Elə orada - dostlarının arasında, gülə-gülə ürəyi dayanıb.
Cəvahir xanım Əliağa Ağayevin sağlığında öz işindən ötrü kimsəyə minnətçi düşməyi xoşlamadığını, amma onun ölümündən sonra özünün qapılara minnətçi düşdüyünü söyləmişdi. Aktyorun yaşadığı binaya barelyefinin vurulmasından ötrü nə qədər qapılar döymüşdü. Yalnız 15 ildən sonra barelyefi divara vurulmuşdu.
Xeyirxah məsləhətçi
Əliağa Ağayevlə bir filmdə, bir səhnədə oynayan və hazırda çox az sayda qalan insanlar da onu təkcə böyük aktyor kimi yox, həm də səmimi insan kimi anırlar. Elə onların xatirələrinin izinə düşüb böyük aktyorun həyatının ayrı-ayrı səhifələrinə bələd olmaq olur.
«Sehirli xalat» filmində pionerlərdən birinin rolunu oynayan Yusif Şeyxov hələ uşaq ikən Əliağa Ağayevlə eyni filmdə çəkildiyinə görə özünü xoşbəxt sayır: «Rejissor Əlisəttar Atakişiyev “Sehrli xalat”da gözəl aktyor ansamblı yaratmışdı. Əliağa Ağayevin həmin filmdəki Xan obrazı onun kino bioqrafiyasında heç də Məşədi İbaddan geri qalmayan roldur”.
Yaradıcı heyətin peşəkarlığı idi ki, o film uzunömürlüdür. Bu günə qədər filmə baxılır. Filmin uzunömürlü olmasında və bu qədər sevilməsində rejissorla bərabər Əliağa Ağayevin də böyük xidməti var». Y.Şeyxov Əliağa Ağayevi xeyirxah insan kimi xatırlayır: «O, balaca aktyorlara çox mehribanlıqla və xeyirxahlıqla yanaşırdı. Biz uşaq olsaq da, böyük aktyorlarla oynadığımızı başa düşürdük. Yadımdadır, illər ötəndən sonra bir dəfə küçədə bir yoldaşımla söhbət edirdim. Qəfildən kimsə gözümü arxadan qapatdı. Mən həmin adamın kimliyini tapmaq üçün bir-bir tanıdığım insanların adını sadalamağa başladım. Qarşımda duran dostum sonralar mənə heyrətdən gözlərinin böyüdüyünü deyirdi. Gözlərimi qapayanın Əliağa Ağayev olduğunu görüncə, o, çaşıb qalıb. Böyük aktyor mənimlə görüşdü, sənətlə bağlı xeyli məsləhətlərini verdi: «Sən incəsənətlə məşğul ol. Bu sənətin sirlərinə yaxşı yiyələn» dedi.
«Elə əsl Məşədi İbad budur»
Kinoşünas Aydın Kazımzadə Əliağa Ağayevi maraqlı aktyor kimi xatırlayır: «Mənim nəslim Gənc Tamaşaçılar Teatrında tərbiyə alıb. O vaxt orta məktəbdə oxuyan uşaqlar mütləq bütün tamaşalara getməli idilər. Mən o zaman teatrda Əliağa Ağayevin bir sıra tamaşalarını görmüşəm. O, maraqlı bir aktyor kimi də yadımda qalıb. Ancaq onun oğlu Vaqiflə uşaqlıq dostu olmuşuq. Orta məktəbdə oxuyanda dərslərimizə birgə hazırlaşırdıq. O zaman onlar 44 saylı məktəbin yaxınlığında köhnə evlərdə yaşayırdılar. Mən onlara tez-tez gedib-gəlirdim. Çox vaxt onu evdə güzgü qabağında məşq edən görürdüm. O zaman onun hərəkətlərini başa düşmürdüm. Hətta, oğluna da bununla bağlı suallar verirdim. O da deyirdi ki, atam məşq edir. Sonra Əliağa Ağayevlə ünsiyyətimiz yarandı”.
A.Kazımzadə məktəb illərindən yadında qalan xatirəsini də danışır: “Uşaqlar orta məktəbdə dərslərini yaxşı oxumayanda müəllimlər onların valideynlərini məktəbə çağırırdılar. Vaqifə görə həmişə məktəbə atası gəlirdi. Təsəvvür edin, o qapını açıb «İcazə olar?»- deyə sinif otağına daxil olanda hamının üzünə gülüş qonurdu. O, arxa partaya keçib oturana qədər uşaqların gülüşünün qarşısını almaq olmurdu. O kişinin qəribə yerişi var idi. Üzünün mimikası da lap teatrda oynadığı rollar kimi olurdu. Ona görə teatrda güldüyümüz kimi dərsdə də gülürdük. Orta məktəbi bitirəndən sonra hamının yolları ayrıldı. Bir müddət keçəndən sonra mən kinoya gəldim. Yenidən Əliağa Ağayevlə görüşdük. O, hətta mənə bir fotosunu da bağışladı. Fotonun arxasında «Qardaşım Aydına yadigar verirəm» sözləri yazılmışdı. Hərçənd mən onun oğlu ilə yaşıd idim, ancaq o, elə hesab elədi ki, mən ona qardaş kimiyəm». A.Kazımzadə Əliağa Ağayevin sənətini əvəzolunmaz adlandıraraq Azərbaycanda komediya janrının əsasını qoyan Kəblə Cahangir və Mirzəağa Əliyev kimi sənətkarların davamçısı hesab edir: “Nəsillər keçdikcə komediya janrının davamçıları bir-bir üzə çıxırdı. Sonradan Əliağa Ağayevi Akademik Dram Teatrına dəvət etdilər. O, «Azdrama»da çox gözəl rollar yaradırdı. Onun televiziya tamaşaları da bənzərsiz idi. O, hətta elə filmlərdə çəkilmişdi ki, o filmlər o qədər nümayiş olunmayıb və yadda qalmayıb. Ancaq onun çox böyük işləri var».
A.Kazımzadə «O olmasın, bu olsun» filminin tarixçəsi ilə bağlı maraqlı bir xatirə danışır: «Demək olar ki, Məşədi İbad roluna Mirzə Babayev təsdiq olunmuşdu. Ancaq Əlisəttar Atakişiyev Gənc Tamaşaçılar Teatrında Əliağanı səhnədə görür və onu filmin sınaq çəkilişlərinə dəvət edir. Aktyorun qrimindən sonra «Elə əsl Məşədi İbad budur» deyir. Əliağa Ağayev də Məşədi İbad kimi tarixə düşdü. Ümumiyyətlə, o, nə oynayıbsa, hamısı təkrarsızdır. O, obrazları oynamırdı, onlarla yaşayırdı. Onun ən böyük ustalığı odur ki, o rolların içərisində əriyirdi – Əliağa Ağayev yaddan çıxırdı».
A.Kazımzadə «Məşədi İbad»ın 25 illiyi ilə əlaqədar Əliağa Ağayevin evində qonaq olduğunu xatırlayır: «O, mənə çox maraqlı söhbətlər danışdı. Həm də öyrəndim ki, o, çox gözəl xörək bişirməyi bacarır. Müəyyən otları, ədviyyatları alır, qurudub saxlayırdı ki, xörək bişirərkən onlardan istifadə etsin. Bir də mənə şikayət etdi ki, «Azdrama»da cavan aktyorlar əruz vəznini yaxşı bilmirlər. «Mən də onlara deyirəm ki, əgər siz yaxşı aktyorsunuzsa, necə varsa, elə də deməlisiniz. Öyrədirəm, öyrənmək də istəmirlər». O böyük aktyor olduğu üçün sənəti də, sənətə yanaşmanı da həmişə yüksəkdə görmək istəyirdi”.
Mən özümü xoşbəxt sayıram
Xalq artisti İlham Namiq Kamal Əliağa Ağayevi Azərbaycan teatr və kinosunun ən böyük sütunlarından biri kimi dəyərləndirir: “O, bütün dövrlərdə – keçən əsrdə və irəlidə gələcək əsrlərdə də tamaşaçıların hafizəsində qalacaq. Onu teatrda canlı görən tamaşaçılar bir qədər yaşlı olarlar. Ancaq Əliağa Ağayevin yaratdığı obrazlar həmişə onların xətrindədir. O, Gənc Tamaşaçılar Teatrının yüksək səviyyəli aktyoru idi və həmişə əsas rolları oynayırdı. O zaman Rusiyadan dəvət olunan rejissor Tuqanovun hazırladığı tamaşalarda baş rollar ona həvalə olunurdu. Onun oynadığı rollar dillər əzbəri idi».
1962-ci ildə rejissor Tofiq Kazımov Əliağa Ağayevi Akademik Dram Teatra - Şıxəli Qurbanovun «Əcəb işə düşdük» komediyasında baş rola dəvət edib. Bu rol aktyorun daha həmin teatrda çalışmasına səbəb olub. Bundan sonra aktyor teatrın repertuarında yer alan bütün tamaşalarda əsas rolların ifaçısına çevrilib: «Mən özümü xoşbəxt sayıram ki, Əliağa Ağayev işləyən teatrda işləmişəm. Bir çox tamaşalarda Əliağa Ağayevlə tərəf-müqabil olmuşam. Qəribə də olsa hətta, bir neçə tamaşada onunla dublyor olmuşam. Ondan aktyor sənətinin xırdalıqlarını, texniki cəhətlərini öyrənmişəm. Eyni zamanda, Azərbaycan televiziyasının bir sıra proqramlarında – «Yumoristik novellalar», «Səhər görüşləri», Yeni il «Mavi işıq»ı çəkilişlərində onunla birgə çəkilmişəm. Azərbaycanda Əliağa Ağayev istedadında aktyor bəlkə də olmayıb. Bir çox komik rollar oynayan sənətkarların istər görkəmdə, istər danışıqda, istərsə də onu təqlidlərində heç biri Əliağa Ağayev ola bilmədi, heç ola da bilməzlər. Çünki Əliağa Ağayev kimi təbii gülüş yaradan sənətkar çox nadir hallarda dünyaya gəlir. Onun yaratdığı obrazlar qalereyası həmişə tamaşaçıların gözü qarşısındadır”.
Bu il görkəmli aktyorun 100 illik yubileyi keçiriləcək. Martın 22-də dünyaya gəlib Əliağa Ağayev. Ölkə başçısının sərəncamı ilə qeyd olunacaq yubiley tədbirləri insanları yenidən böyük bir sənətin izinə salacaq, onlar üçün Azərbaycan teatr və kino sənətinin ən dəyərli səhifələrini vərəqləyəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|