ƏKSƏRİYYƏT PA ŞEFİNİN GEDİŞİNİ ARZULAYIR
Tarix: 6-03-2013, 16:01 |
Çap et
KEÇİRDİYİMİZ SORĞUDA İŞTİRAKÇILARIN SAYI ARTIB
DİA.AZ: - Neçə müddətdir ki, ölkədə baş verən əsas olayları nəzərə alaraq DİA.AZ oxucularına «Ramiz Mehdiyev vəzifəsindən alınmalıdırmı» sualı ilə müraciət edən sorğu təşkil etməkdəyik. Bildirək ki, bu sorğu kampaniyamızı uzun müddət üçün nəzərdə tutmuşuq və nəticələr may ayının əvvəllərində açıqlanacaq. Odur ki, sorğuda iştirak edənlərin sayının çox olacağına inanırıq.
Artıq sorğuya qatılan respondentlərin sayının 2500-i keçdiyini də nəzərinizə çatdırır və bildiririk ki, ürəyinizcə olan nəticənin önə çıxması üçün hələ gec deyil və hər bir oxucumuzu sorğumuzda fəal olmağa çağırırıq. İlkin nəticələrdən, yəni bu günə olan nəticələrdən isə belə bir qənaət yaranır ki, hələlik əksəriyyət Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gedişini arzulayır.
Nəticələr aşağıdakı kimidir: