NAZPƏRİ-İLHAMƏ DAVASI YENİDƏN ALOVLANIB
Tarix: 5-03-2013, 12:20 | Çap et
İLHAMƏ QULİYEVAYA SƏRT CAVABXalq artisti Nazpəri Dostəliyeva da həmkarı xalq artisti İlhamə Quliyevaya açıq məktub ünvanlayıb. Xalq artisti Nazpəri Dostəliyevanın Lent.az-a göndərdiyi məktubda deyilir: “Çox təəssüf hissi ilə qeyd edirəm ki, oxucularımızın vaxtını bu cür söhbətlərlə alırıq. Ancaq məcburiyyət qarşısında qaldığımdan, İlhamənin Sizə və digər kütləvi informasiya vasitələrinə ünvanlandığı müraciətlə və açıq məktubla əlaqədar sizin və oxucularınızın nəzərinə aşağıdakıları çatdırıram: İlhamə qeyd edir ki, guya mən onu hansısa verilişdə parodiya və tərbiyəsizlik edərək, təhqir etmişəm. Onun və hörmətli oxucularımızın nəzərinə çatdırıram ki, mən müğənniyəm, parodist yox. Qaldı ki onun mənim ünvanıma səsləndirdiyi tərbiyəsiz sözünə (oxucularımızdan və Sizdən bu sözü işlətdiyimə görə üzr istəyirəm), həmin sözü kütləvi informasiya vasitələrində işlətməyin özü zənnimcə tərbiyəsizlikdir. Şərti olaraq onu şərəfləndirib parodiya etdiyimi qəbul etsək belə, birincisi, parodiya bütün sivil dünyada heç vaxtı təhqir kimi qəbul olunmur, ikincisi, isə mənim onu parodiya etməyim onun üçün böyük şərəf olmazmı? Üçüncüsü isə, parodiya həmişə konkret hərəkətlərə, davranışa istinadən edilir. Əgər İlhamə onun kimsə tərəfindən parodiya ediləcəyindən narahatdırsa, niyə öz yaşına, dövlətimizin ona verdiyi titullara uyqun hərəkətlər etmir ki, sonra da parodiya olunmaqdan qorxsun. Guya ki, «Solo» verilişində həm ifamda qüsurların olub, həm də onun ünvanına özünün qeyd etdiyi kimi, təhqiramiz ifadələr işlətmişəm. Bu da İlhamənin növbəti, gülməli və ağ yalanıdır. Həmin verilişin video yazısı həm məndə, həm də telestudiyada var. Orada nə mənim ifamda nəsə bir qüsur olub, nə də ümumiyyətlə onun adı çəkilib. İlhamə deyir ki, mən kiməm, guya məni dünyada tanıtdıran da bəstəkar Siyavuş Kərimi olub. Nəzərinə çatdırıram ki, mən də onun kimi Azərbaycanın xalq artistiyəm. Əgər İlhamə fikirləşirsə ki, o Azərbaycanda axırıncı xalq artisti adına layiq görülən olmalıdır, bu onun öz problemidir. O ki qaldı Siyavuş Kərimiyə, mənim bütün professional bəstəkarlar kimi ona da böyük hörmətim var. Ancaq bircə faktı İlhamənin nəzərinə çatdırıram ki, mən 90-cı illərdə Almaniyanın Frankfurt və digər şəhərlərində, habelə Moskva şəhərinin «Ostankino» konsert salonunda solo konsertlər verərkən, Ramiz Mirişlinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Tahir Əkbərin, Cabbar Musayevin mahnılarını ifa etmişəm. Daha sonra Rauf Hacıyevin mahnılarını ifa etdiyim vaxtlar Siyavuş Kərimi ilə tanış olmuşam. Artıq o vaxtlar mən həm Respublikamızda, həm də onun sərhədlərindən kənarda sevilmiş və seçilmiş sənətkarlardan idim. İlhamə bildirir ki, guya mən «Etiraf» verilişində «hopstop» oynamışam. Sözün düzü, başa düşə bilmirəm ki, bu yalanların bir həddi yoxdur? Axı bütün xalqın gözü qarşısında baş verən hadisələrə necə belə yalanlar qoşmaq olar. İlhamə belə hərəkətləri ilə bütün xalqı aşağılayır, yoxsa….. O ki qaldı məni növbəti dəfə polis orqanları hədələməsinə, bu barədə qədərincə açıqlama vermişəm və hal-hazırda da, mənim müraciətlərim əsasında müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır. İlhamə daha sonra mənim oğlumun toyundan bəhs edərək deyir ki, guya mən onu oğlumun toyuna çağırmışam ki, süfrəmizin başında əyləşsin, o da imtina edib. Əvvəla belə bir hadisə olmayıb. Əgər olsaydı, ya dəvətnaməni nümayiş etdirərdi, ya da telefon zəngini. Mən ümumiyyətlə onun telefon nömrəsini də bilmirəm və heç vaxt da bilmək istəməmişəm. Çünki biz tamamilə başqa-başqa adamlarıq. Onun guya toy dəvətimi rədd etməsi isə bir mədəniyyət göstəricisidir. Həmin toyun ağsaqqalı, böyük sənətkarımız, professor Arif Babayev, ağbirçəyi isə xalq artisti Flora xanım Kərimova olub. Onlardan başqa toyda hörmətli Fidan və Xuraman Qasımovalar, muğam ustadımız Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Mənsum İbrahimov, Aygün Bəylər və başqaları, yəni demək olar ki, bütün sənət adamları iştirak ediblər. Orada İlhaməyə və onun kimilərinə dəvət nə yada düşüb, nə də belə bir arzu olub. O, «Dünya sülh səfiri», «Cenevrədə BMT-nin idarə heyətinin üzvü», «Vətən mükafatı laureatı», «Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti» kimi mövcud olmayan «titullarını» sadalayır. Görəsən, mövcud olmayan «dünya sülh səfiri» titulunu ona kim layiq görüb, mövcud olmayan idarə heyətinə onu kim seçib? Azərbaycan Dövlət Universitetinin 2-ci kursundan qüsuruna görə xaric edilən İlhamə hər hansı bir akademiyaya necə prezidentlik edə bilər? Qaldı ki, guya hamının onun əlindən öpdüyünü, mənim isə bundan imtina etməyim məsələsinə (illər boyu onun can atdığı da elə budur), o nə Roma Papasıdır, nə də ki, Ali Dini Lider. Belə olan halda əgər kimlərsə, özünə rəva bilərək onun əlindən öpürsə, bu onların şəxsi işidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|