“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                 

GÜLƏR ƏHMƏDOVANIN VƏKİLİNDƏN ŞOK İTTİHAMLAR
Tarix: 4-03-2013, 11:49 | Çap et
GÜLƏR ƏHMƏDOVANIN VƏKİLİNDƏN ŞOK İTTİHAMLAR
Eldar Qədimi: “Səlcuq Ağlayan Gülər Əhmədovanın yox, elə Sevinc Babayevanın öz tanışı olub”

“Sevinc Babayeva bir neçə dəfə narkoz altında plastik əməliyyat keçirib”

“Bəzən məndə belə fikir yaranır ki, prokurorluq Elşad Abdullayevdən qorxduğundan onun ağzını yummaq üçün Gülər Əhmədovanı qurban verirlər”


Gülər Əhmədovanın vəkili Eldar Qədimi son vaxtlar eks- deputatın özü və ailəsi ilə bağlı bəzi mətbu orqanlarda yer alan məlumatlar haqqında Moderator.az saytına geniş müsahibə verib. Onu oxuculalara təqdim edirik.
-Baş prokurorluq təkcə Gülər Əhmədovanı deyil, bütövlükdə ailəsini, yəni həyat yoldaşı Fikrət Əhmədovu da ittiham edir ki, guya o Sevinc Babayevanın ölkədən çıxarılmasında hansısa formada iştirak edib. Ümumiyyətlə Fikrət Əhmədov Sevinc Babayevayla bağlı nə zamansa dindirilibmi?
- Gülər xanımla Gürcüstana getmək istəyəndə Qazaxda saxlanandan sonra prokurorluqda Fikrət müəllimdən soruşublar ki, Qazaxa nəyə görə getmisiniz. Qeyd edim ki, sərhəddə saxlanılanda onların üzərinə baxış keçirilib, üstlərində olan nootbuk və telefonlar götürülüb, nəzarət altında təxminən saat 22 radələrində Bakı Şəhər Prokurorluğuna gətirliblər. O vaxta qədər Gülər Əhmədova məlum hadisələrdən sonra Bakı Şəhər Prokurorluğuna çağrılmış, şahid qismində dindirilmişdi. Qeyd etmək istəyirəm ki, Gülər Əhmədova prokurorluqda ifadə verərəkən ondan başqa yerə getməmək haqqında iltizam alınmamışdı. Yəni ona ölkəni tərk etməməsi bildirilməmişdi. Baxmayaraq ki. o özü bunu prokurorluqda soruşmuş, ancaq ona sərhəddi keçməmək barədə “stop” qoyulmadığı bildirlimişdi. Buna baxmayaraq onları Qzaxdan qeyri – qanuni, nəzarət altında geri qaytarıblar.Geri qaytarandan sonra Fikrət Əhmədovdan da soruşublar ki, niyə Gürcüstana keçmək istəyirlər. O da deyib ki, Gülər Əhmədova xəstə idi, onu həmin ölkəyə ciddi həkim müayinəsindən keçirməyə aparırmış. Gürcüstan parlamentinin keçmiş vitse-spikeri çox məşhur bir kardioloqdur və Gülər xanımla şəxsi tanışlıqları olub. Yəni parlamentari kimi bir – birilərini tanıyıblar. Onun yanına gedirmişlər ki, Gülər xanım müayinədən keçsin, başqa bir məqsəd olmayıb. Ora getmək istəklərinin də səbəbi o olub ki,Gülər Əhmədova Azərbaycandakı məşhur dövlət xəstəxanalarının birinin baş həkiminə müraciət edərək yoxlamadan keçmək istədiyini bildirəndə ona deyiblər ki, xahiş edirik bizə müraciət etməyin, çünki jurnalistlər tökülüb gələcək, baş – beynimiz ağrıyacaq. Bu söz də Gülər xanıma pis təsir edir ki, hər şey bir tərəfə qalsın, mən xəstəyəm, yoxlanmaq haqqım var, özü də duz - çörək kəsdiyi bir insanın xəstəxanasına müraciət edibmiş. Belə qərara alıblar ki, bir halda burda müayinə olunmaq kiməsə baş ağrısı yarada bilər, yaxşısı budur Gürcüstana getsinlər. Beləliklə, qaytarıldıqdan sonra gecə saat 12 – də qeyri – qanuni olaraq Gülər Əhmədova barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar çıxarıldı və polisin nəzarəti altına verilməsi barədə qətimkan tədbiri seçildi.13 fevral 2013 – cü il tarixində isə kiçik oğlunun 8 yaşı tamam olan günü onu prokurorluğa çağırıb həm Elşad Abdullayevin təqdim etdiyi montaj olunmuş videogörüntülər. həm də mərhum Sevinc babayevanın guya Azərbaycandan qaçırılması ilə bağlı yeni təqsirləndirlilən şəxs qismində cəlbetmə haqqında qərar çıxarıldı və Bakı Şəhər Prokurorluğunun təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçildi. Barəsində həbs qətimkan tədbiri seçilməsində səbəb kimi onun istintaqdan qaçıb gizlənə biləcəyi və istintaqın gedişinə maneçilik törədə biləcəyi göstərilir. Maraqlıdır, 3 dəfə millət vəkili seçilmiş şəxs harada və kimin evinin zirzəmisində qaçıb gizlənə bilərdi? Axı hər gün polis gəlib onu evdə yoxlayaraq imza etdirdiyi halda istintaqın gedişinə necə mane ola bilərdi?
-Üstəlik, o mandatdan könüllü imtina edərək prokurorluğa müraciət etmişdi ki, istintaqa hər cür kömək etməyə hazıram.
Bəli. Onu da unutmaq olmaz ki, Gülər xanım Azərbaycan praktikasında ilk dəfə öz mandatından könüllü imtina edən bir millət vəkili kimi də tarixdə qalacaq. Kimsə bu günə qədər hələ heç nə sübut edilməmiş, sadəcə birisinin ittihamına görə öz mandatından və ya vəzifəsindən imtina edib gedib prokurorluqda oturubmu ki, gəlmişəm, buyurun suallarınızı verin? Gülər xanımın istefasının bir əsas səbəbi də o idi ki, Azərbaycan parlamentinin legitimliyinə, Azərbaycan dövlətçiliyinə və iqtidarına söz gəlməsin. Bunun qarşılığında Azərbaycan jurnalistikasının tamamilə səhv bir mövqedə durması, haqq- nahaq informasiyaları mətbuatda tirajlamaq, Gülər Əhmədovadan bir xortdan obrazı yaratmaq, xalq arasında onun yaxşı işlərinə kölgə salmaq əslində ailəmizə qarşı yanlış və haqsız ictimai qınaq formalaşdırdı.
-Gülər xanımla vaxtaşırı görüşməyə maneçilik törədilmir?
-Bəli, görüşürük. Ancaq yeri gəlmişkən deyim ki, bu gün bəzi mətbu orqanlarda Gülər Əhmədovanın istintaq təcridxanasında saxlanılması, səhhəti ilə bağlı qərəzli, yanlış məlumatlar yazılır. Təbii ki, onun səhhətindən xeyli şikayəti var. Ancaq bu heç kimə əsas vermir ki, kimlərsə sui – istifadə edib “beyni quruyub” kimi ifadələr yazsınlar. Söhbət beynin qurumasından getmir, Gülər xanımın əvvəldən də beyin damarlarında sıxıntılar var. O da vaxtaşırı spazma verir. Gülər xanım baş ağrılarından, təzyiqdən, şəkərdən, ürək və zob xəstəliyindən şikayətlənir. Əlbəttə, Gülər xanımın səhhətini nəzərə aldıqda saxlanıldığı istintaq təcridxanasındakı şəraiti məqbul hesab etmək olmaz. Amma qayda var, qanun var, türmədə müvafiq tibbi xidmət göstərilir. Bu məsələlərin hamısı qaydasındadır.
-Kənardan həkim dəvət edilməyib ki?
-Həkimlərin nəzarətindədir. Təcridxanaya düşməmişdən qabaqkı bütün epikrizlərini, analizlərin cavablarını, tomoqrafiya görüntülərini də həkimlərə təqdim etmişik.
-Gülər xanımın hansı kamerada qaldığı da mətbuatda tapmacaya çevrilib...
-İkiadamlıq kamerada qalır.
-Yanındakı qadının kimliyi...
-Sadəcə soruşanda dedi ki, ikiadamlıq kamerada qalırıq. Ordakı insanın kimliyi bizim üçün maraq doğurmur.
-Bir neçə gün öncə Sizə istinadən mətbuat yazdı ki, Gülər xanıma qəzet verilmir və abunə yazılmalı olduğunu deyiblər.
-Belə bir qadağayla üzləşmişik və problemi yoluna qoymağa çalışırıq. Onsuz da Gülər Əhmədova bilir ki, sentyabrın sonlarından bu günədək qəzetlərin əleyhinə yazmadığı qalmadı.Sadəcə bilmək istəyir ki, daha hansı cəfəngiyyat qalıb ki, onu dövriyyəyə buraxsınlar. Gülər xanıma qəzet verilməməsinə də aydınlıq gətirilməlidir.Qanun hər kəsə eyni qaydada tətbiq olunmalıdır. Əgər ona qəzet verilməlidirsə, verilməlidir, verilməli deyilsə, verilməməlidir. Amma Gülər xanım dedi ki, təcridxanaya 500 - ə yaxın televizor alıblar və bu yaxınlarda bütün otaqlar televizorla təchiz olunacaq.
-Sevinc Babayeva məsələsinə qayıdaq. Deyirsiniz ki, prokurorluğun təkcə Gülər Əhmədovanı deyil, bütövlükdə ailəsini ittiham etməsinə baxmayaraq bu məsələ ilə bağlı heç kim dindirilməyib.
-Sevinc Babayeva YAP – ın iclaslarının birində Gülər Əhmədova ilə tanış olublar. Bundan sonra o dəfələrlə yüzlərlə, minlərlə digər vətəndaşlar kimi Gülər xanımın yanına gəlib müəyyən xahişlər edib. Münasibətləri bir müddət davam etsə də bunlar çox yaxın rəfiqə olmayıblar. Hətta Sevinc Babayevanın atası rəhmətə gedəndə Gülər heç onun yasında iştirak etməyib. Amma maraqlansanız Sevinc Babayevanın yas mərasimində bəlkə də neçə deputat iştirak edib. Sevinc Babayevanın zəhərlənmə məsələsinə gələk. Gülər Əhmədova Sevinc Babayevanı zəhərləyə bilməzdi. Bu sərsəm fikir onun oğlu tərəfindən ortaya atılıb. Axı niyə bu jurnalistlər onu araşdırmır ki, Sevinc Babayeva onların özlərinin dediklərinə görə hələ burada beş xəstəxanaya müraciət edib. Hamınız da bilirsiniz ki, hər hansı bir xəstə xəstəxanaya müraciət edirsə həkim ondan şikayətlərini soruşur. Əgər o desəydi ki, zəhərlənmişəm, ürəkbulanmam var, mütləq o ilk növbədə toksikologiya şöbəsinə yerləşdirilməliydi. Orda bundan dərhal qan, sidik analizləri götürülməliydi. Ən azından bu adam bu beş xəstəxananın heç birində “zəhərlənmişəm” sözünü deməyib. Başqa bir məsələ. Bu xanımın müraciət etdiyi həmin xəstəxanalarda onun nədən şikayət etdiyi barədə epikrizlər də var, əgər həkimlər analizlərə baxıb zəhərlənmə ehtimalı görsəydilər hökmən onu toksikologiya şöbəsinə göndərərdilər. Sevinc Babayevanın müalicə olunduğu xəstəxanalarda stasionar kartları qalır və bu kartlara baxaraq onun hansı xəstəliklərdən müalicə olunduğunu öyrənmək çox asandır.Digər tərəfdən, bizdə olan məlumata görə S. Babayeva bir neçə dəfə narkoz altında plastik cərrahiyyə əməliyyatı keçirib. Ola bilsin ki, bu məqam da onun səhhətinə təsir göstərsin.
Prokurorluğun ittihamında Sevinc Babayevanın Gülər Əhmədova tərəfindən yola salındığı iddia olunur...
-Gülər Əhmədovanın yaşadığı binanın dörd bir tərəfində, bütün blokların girişində kamera var. Bu kameralarda da göstərilir ki, Gülər Əhmədova blokdan neçədə içəri girir və ya çıxır. Sevinc Babayeva yola düşdüyü vaxt axşam saat 23 radələrində Gülər Əhmədova evə girib və 3- 4 sutkadan sonra evdən bayıra çıxıb. Gülər Əhmədovanın qanadı yoxdur ki, balkona çıxıb uçsun. İkincisi də lap fərz eləyək ki, Gülər Əhmədovanın qanadı və ya vertolyotu olub, uçub gedib aeroporta onu yola salmağa. Əgər Gülər xanım onu hava limanından yola salmalıydısa orda da min dənə təhlükəsizlik kamerası var, bir dənəsini göstərsinlər ki, Gülərin özü və ya ailə üzvlərindən kimsə onu yola salıb. Üçüncüsü də Sevinc hava limanından Gülər Əhmədovaya iki mesaj göndərib. Yoxlasalar bilərlər ki, həmin vaxt zəng hardan olub və Gülərin telefonu harda olub. Gülər Əhmədova evdə olub, Sevinc Babayeva hava limanında.
-Mesajda nə yazılmışdı?
-Hər iki mesaj prokurorluqda var. Gülər xanımın telefonunu da prokurorluq götürüb, ona görə də onların təxmini məzmunu deyə bilərəm ki, Gülər, məni bağışla, sənin heç bir günahın yoxdu, bu zibilə səni mən saldım. İkinci mesajın da əvvəlkindən 15- 20 dəqiqə arası olub və yazıb ki, mən gedirəm, sağlıq olsun, Elşadın vayına oturacam. Bu mesajlar prokurorluq orqanlarında da var. Onu heç kim zorla ölkədən çıxarmayıb. Hava limanında da dörd yerdən yoxlamadan keçib, lap təyyarəyə minəndə də deyə bilərdi ki, mən getmirəm. Deməyim odur ki, onun zorla aparılıb aeroportdan keçirilməsi iddiası da yalandır. Bu qadın öz xoşuyla çıxıb gedib Türkiyəyə və orda da azad şəkildə yaşayıb. Sevinc Babayeva ilə əlaqədar prokurorluğun elan etdiyi ittihamın əsassız və qurama olduğunu bilmək üçün heç hüquqşünas olmağa da gərək yoxdur. İttihamda bildirilir ki, S. Babayevanın işi üzrə onun 03 oktyabr 2012- ci il tarixində AR CM – nin 178 . 3. 2 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasını, barəsində axtarış elan edilməsini, 05 oktyabr 2012- ci il tarixində həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın qəbul olunduğunu bilərək, şəxsi münasibətlərinə görə 26 sentyabr 2012 – ci il tarixində onu Türkiyəyə yola salıb. Sual olunur, Gülər Əhmədova 7 – 10 gün qabaqcadan S. Babayeva haqqında prokurorluğun hansı qərarı qəbul etməyə hazırlaşdığını hardan bilə bilərdi? Sevinc Babayevanın oğlu və bacısı Türkiyəyə uçublar, orda onun yanında da bir neçə gün qalıblar. Əgər orda Sevinc Babayevanı kimlərsə qoruyurdusa, yaxud hansısa şübhələri vardısa niyə birlikdə qayıdıb Azərbaycana gəlmədilər? Oğlu iddia edir ki, Gülər Əhmədova anamı orda saxlayırdı, gedəydin orda polisə şikayət edəydin ki, anamı burda kimsə zorla saxlayır. Niyə etməyib? Nəhayət, prokurorluq gedib Sevinc Babayevanın anasından, bacısından, oğlundan izahat alıb. Oğlu deyib ki, mən prokurorluq orqanlarına dedim icazə verin gedib anamı gətirim. Onlar isə mənə cavab verdilər ki, biz sənin ananın yerini bilirik, istədiyimiz vaxt özümüz gedib gətirəcəyik. Yəni bu adamın yerini prokurorluq orqanları da bilib.
-Sevincin hava limanından yazdığı mesajlar Gülər Əhmədova üçün daşdan keçən alibi hesab oluna bilər. Bəs Sevinc Babayeva Türkiyədə olduğu müddətdə Gülər xanımla zəngləşibmi?
-Bəli, olub. Sevinc Babayeva Türkiyədə olduğu müddətdə öz eviylə də, istədiyi insanlrla da əlaqə saxıayıb. O cümlədən Gülər xanıma da zəng edib. Amma Səlcuq Ağlayanın Gülər Əhmədovanın adamı olması iddiası kökündən yanlışdır. Gülər Əhmədovanın Səlcuq Ağlayan adında tanışı olmayıb. Sevinc Babayevanın yanına getdiyi bu adam elə onun özüünün tanışı olub.
-Elşad Abdullayev demişdi ki, Gülər Əhmədova ilə bağlı onda 5 satlıq video var, ancaq onun yarım saatını internetdə yerləşdirdi.
-Elşad Abdullayev dediyinə əməl etsin də. Demir ki, məndə beş saatlıq video var, qoysun ortaya. Amma hamı bilməlidir ki, bu videoların hamısı qeyri – qanuni çəkilişdir. Mən çox təəssüf edirəm ki, jurnalistlər əsas məsələni kənarda qoyub Elşad Abdullayevi bir mələk obrazında tədim etməyə çalışırlar və onun əməlləri barədə yazmağa sanki həvəsli görünmürlər. Elşad Abdullayev bu cür qurama oyunlarla əslində Konstitusiyanın 32 – ci maddəsinin tələblərini kobud şəkildə pozub. Unudub ki, Konstitusiya dövlətin əsas qanunudur. 32 – ci maddənin 3 – cü bəndində göstərilir; qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmin ana sənədin 5 – ci bəndində göstərilir; qanunla müəyyən edilmiş hallar istisna olmaqla hər kəs onun haqqında toplanmış materiallarla tanış ola bilər. Hər kəs onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var. Mən hüquqşünasam, Elşad Abdullayev də deyilənə görə hüquq elmləri doktorudur. O bütün bunları bilməmiş deyildi. İndi icazə versəydiniz həmin iki bəndi şərh edərdim. Birincisi, hər iki bənddə göstərilmiş “qanunla müəyyən edilmiş hallar” dedikdə hüquq mühafizə orqanlarının icazəsi, yaxud sanksiyası başa düşülür. İnanmıram ki, Elşad Abdullayev hüquq – mühafizə orqanlarının tapşırığı ilə bu çəkilişi aparıb. İkincisi, hər kəs onun xəbəri olmadan video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Gülər Əhmədova bütün bunlara razılıq verməmişdi. Elşad Abdullayev bu barədə onu xəbərdar etməyib.Üçüncüsü, hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmək hüququ vardır. Elşad Abdullayev qanunun tələblərini pozmaqla həmin çəkilişləri aparıb, eyni zamanda həmin o çəkilişlər tam deyil, montaj olunub. Nəhayət, o bu çəkilişləri üstündən 7 il keçdikdən sonra niyə ortaya çıxarıb? Hansı hadisələrin, nəyin ərəfəsində, nə məqsədlə bu cür montaj edilmiş çəkilişləri indi üzə çıxarıb? Azərbaycan Respublikasında keçirilmiş ekspertiza rəyində də bildirilir ki, bu videogörüntü 14 yerdə kəsilib və montaj olunub. Sizə elementar bir cümlənin montajından danışım. “Azərbaycan müstəqil dövlətdir, Ermənistan isə qeyri – müstəqil dövlətdir.” İndi gəlin Azərbaycanla Ermənistan sözünün yerlərini dəyişək, görün onda nə alınar? Bax Elşad Abdullayev də bu cür montaj edib. Biz tələb edirik ki, Elşad Abdullayev həmin çəkilişin orijinal variantını, heç bir qayçı dəyməmiş, heç bir sözə toxunmadan göndərsin, bütün xalq da baxsın ki, orda nələr deyilib və kim nə deyib. Elşad Abdullayev internetə yerləşdirdiyi bütün yazılarda özü özünü təkzib edir. Hər görüntüdə guya verilmiş pulların miqdarı, kimə verildiyi, necə və hansı şəraitdə verildiyi müxtəlif cür təqdim edilir. Məsələn, E. Abdullayevin S. Babayeva ilə olan bir videogörüntüsündə G. Əhmədova ilə S.Babayevanın prezident aparatının binasında Ramiz Mehdiyeva pul verilməsi iddia olunur. Sevinc Babayeva hətta onu da bildirir ki, pul çemodanı açılmırdı, “atvyorka” ilə açılıb. Maraqlıdır, G. Əhmədova və S. Babayeva çəkisi 20 kiloqrama qədər olan bir çemodan pulu prezident aparatına necə keçirib? Kimliyindən asılı olmayaraq orda ciddi yoxlama aparıldığını Elşad Abdullayev yaxşı bilirdi. Hər kəs qeydiyyata alınır, ciddi yoxlamadan keçirilir, çantalara baxılır, üstəliki, kameranın yaddaşına düşür. Onlara qəbula yazılmaq üçün əvvəlcədən sifariş verilir. E. Abdullayev S.Babayevaya bir neçə sual verməklə onun yalan danışdığını müəyyən edə bilərdi. Məsələn, Ramiz Mehdiyevin yanına hansı qapıdan keçdi, onun iş otağı neçənci mərtəbədədir, liftdən çıxanda sizi kim qarşıladı, köməkçisi, katibəsi kimdir, iş otağı nə boydadır, mebellərin rəngi necədir və s. Ancaq E. Abdullayev bilərəkdən bunu etməyib, çünki ona həqiqətin üzə çıxması sərf etməzdi. E. Abdullayev özü iddia edir ki, o Ramiz Mehdiyevin qəbulunda olub. O qəbul qaydalarını və ordakı şəraiti bilirdi. Ümidvaram ki. prokurorluq 2005 – ci ildə G. Əhmədova ilə S.Babayevanın birlikdə prezident aparatında olmadıqlarını qeydiyyat kitablarına baxmaqla müəyyən edəcək. Digər bir videogörüntüdə E.Abdullayevlə S. Babayevanın söhbəti zamanı danışıqlarından məlum olur ki, S. Babayeva ümumiyyətlə prezident aparıtının binasında olmayıb. Başqa bir audioyazısında E. Abdullayev S. Babayevaya deyir ki, mən Gülər Əhmədovaya pul vermişəm ki, ondan pulumu tələb edim? Deməyim odur ki, onun yaydığı audio və video yazılarda ziddiyyətlər həddindən artıq çoxdur və bu suallara cavab tapmaq üçün E. Abdullayev hökmən istintaqa gəlməli və G. Əhmədova ilə üzləşməlidir. G. Əhmədovaya qarşı cinayət işinin başlanmasına səbəb videogörüntülərdir. E. Abdullayev isə Azərbaycana gəlib istintaqa bununla bağlı ifadə verməlidir. İfadə verməzdən əvvəl o yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıdığı barədə xəbərdar edilməlidir. O Fransada necə xəbərdar ediləcək, necə ifadə verəcək – bunu deməkdə çətinlik çəkirəm. Onu da deyim ki, G. Əhmədovanın təqsirləndirildiyi hər iki maddə üzrə istintaq heç bir sübut təqdim etməyib. Heç tapa da bilməzdilər, çünki həqiqətdə də heç bir sübut yoxdur. Sadəcə təqsirləndirilmə haqqında qərar var, lakin bu insanın təqsirkar olduğunu sübut edən dəlil yoxdur. Bəzən məndə belə bir fikir yaranır ki, prokurorluq orqanları E. Abdullayevdən qorxur, onun ağzını yummaq üçün G. Əhmədovanı qurban verirlər.
-Təbii ki, prokurorluq bu ittihamınızla razılaşmayacaq və sübutları olduğunu iddia edəcək.
-Əllərində sübut olsaydı təqdim edərdilər. Həm təqsirləndirilən şəxs kimi cəlbetmə, həm də həbs qətimkan tədbiri seçilməsi haqqında qərarda qeyd olunanların heç bir sübutu yoxdur, sadəcə ittiham var, vəssalam.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru