"TEXNİKABANK" RƏHBƏRLİYİNİN İŞİ MƏHKƏMƏDƏ
Tarix: 4-03-2013, 10:35 |
Çap et
İŞƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAXACAQ“Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədən Lent.az-a bildirlib ki, cinayət işinin materialları və ittiham aktı Baş Prokurorluqda baxıldıqdan və təsdiqləndikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşlə bağlı hələlik hakim bölgüsü olmayıb. üzrə ibtidai istintaq başa çatıb.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar. E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.
Təqsirləndirilənlərdən E. Seyidov isə AXCP sədri Əli Kərimlinin qaynıdır.