“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                     Yolumuz Qarabağa: “İcazəsiz?” .....                     Həm Prezidentə, həm də Qərbə əlvida .....                     SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? .....                     Putin Trampa görə qəzəbləndi: .....                     Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? .....                     Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı .....                     Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür .....                     Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır .....                     "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." .....                     Elmina Kazımzadəyə yeni vəzifə verildi .....                     Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: .....                     “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ .....                     Rusiya "3+3"ü təşkilata çevirmək .....                     Tərəflər sülh masasına qayıdır: .....                     Papikyan Kopırkinlə görüşdü .....                     İnvestAZ-ın rəhbərliyində təyinatlar .....                     Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır .....                     “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” .....                     Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı .....                     "SAT-SAS-2024" təlimi başa çatıb .....                     18 milyon manatlıq şirkət ləğv edilir .....                     Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı .....                     Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... .....                     Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı .....                     Saxta şərab hazırlayan azərbaycanlı dəstə .....                     Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib .....                     "Cavanlar az qalır deyə ki, qocal çıx get" .....                     Azər Səmədova yüksək vəzifə verildi .....                     FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı .....                     Yeni Vergi Məcəlləsi hazırlanır .....                     Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                 

ŞİRVANDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU
Tarix: 1-03-2013, 11:44 | Çap et
ŞİRVANDAN NAZİRƏ ŞİKAYƏT OLUNDU
RAYON SƏHİYYƏSİNDƏ ÖZBAŞINALIQ SON HƏDDƏ

Şirvan şəhəri, Neftçilər küç., ev-6 ünvanında yaşayan Sərraf Əzimov Bolgexeber.com-a şikayət məktubu ilə müraciət edib.
Sayt olaraq mətbuata və səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanan həmin şikayət məktubunu olduğu kimi diqqətinizə təqdim edirik.

Nazirə xitabən yazılan məktubda deyilir: “Bildirirəm ki, oğlumun dişini çəkdirmək ilə əlaqədar Şirvan şəhər Stomatoloji Mərkəzə müraciət etmişdim. Həkim Vidadi Əzizov bir neçə gün müalicə etdi, lakin oğlumun ağzı yaxşı açılmadığı üçün və onda zəruri avadanlıq olmadığı üçün, həmin alətin yalnız Yaşar Məmmədovda olduğunu əsas gətirərək məni Şirvan Stomatoloji Diş Mərkəzi deyilən özəl stomatoloji kabinetə- stomatoloq Yaşar Məmmədov adlı tibb elmləri namizədi alimlik dərəcəsi daşıyan bir həkimin yanına göndərdi.

Mən oğlumla bərabər həmin stomatoloji mərkəzə üz tutdum. Həkim Yaşar Məmmədovla telefon danışığı zamanı məlum oldu ki, həmin gün o, 14:00-dan sonra xidmət göstərəcəkdir. Bəli, biz 14:00-a qədər gözlədik, o, yalnız 15:00 radələrində gəldi və bizi növbədə birinci olmağımıza baxmayaraq yalnız təxminən 15:45-dən sonra qəbul etdi, heç xəstəyə baxmadan Şahin adlı rentgen həkimin yanına göndərdi. O da bizdən bunun üçün 20 manat pul istədi, biz isə gücümüzün yalnız 10 manata çatdığını bildirib güc-bəla ilə ona 10 manat pul verib müvafiq disketi götürüb sözügedən Yaşar Məmmədov adlı həkimin yanına getdik.

O, disketə kompüterdə baxdıqdan sonra məni və ailə üzvlərimizi - oğlumu, həyat yoldaşımı kabinetə çağırdı və dedi ki, üz-çənə cərrahiyə əməliyyatı aparılmalıdır, bundan ötəri də mən ona 200 manat pul verməliyəm. Mən ona dedim ki, mənim 200 manata gücüm çatmır, mən yalnız bu işdən ötəri 50-100 manat pul verə bilərəm. O, isə yalnız 200 manatı ona ödədikdən sonra dediyi əməliyyatı icra edəcəyini bildirdi. Sonra oğlumun üzünə kəsik edərək sonradan həmin sahəni tikəcəyini bildirdi. Mənə bir anlıq elə gəldi ki, həkim Yaşar Məmmədov kolxoz bazarındadır və hadisələrin sonrakı inkişafı da göstərdi ki, bu məntiqimdə heç də yanılmamışam. Mən ona nə qədər insani münasibət göstərib gücümün yalnız 50-100 manata çatacağını bildirdim. O, isə 200 manatın ona verilmədiyi təqdirdə əməliyyat etməyəcəyini bildirdi.

Məsələni aydınlaşdırmaq üçün özümü həmin "Stomatoloji Mərkəzin" rəhbəri kimi təqdim edən Rafət İsmayılova müraciət etdim. Ədalət naminə qeyd etməliyəm ki, o bizi ayaqüstü də olsa qəbul etdi və bizim qarşımıza özü tərəfindən təsdiq olunmuş və baş mühasib tərəfindən tərtib olunmuş tibbi xidmətlər siyahısını və ödəniləcək pul məbləğini göstərdi, bundan sonra bizdən ötrü həkim-stomatoloq Yaşar Məmmədova xahiş etdi. O, isə heç özünü həmin "Stomatoloji mərkəzin" rəhbəri kimi təqdim edən Rafət İsmayılovu da saymayaraq dediyi 200 manatdan dönmədi və üstəlik də bizə dedi ki, “Biz "külli miqdarda" pul verərək özəl stomatoloji fəaliyyətlə məşğul olmaq üçün lisenziya almışıq və mən də öz növbəmdə payıma düşən pulu çıxartmalıyam, hara istəyirsiniz müraciət edin", dedi.

Biz məcbur olub Şirvan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovun qəbuluna getdik. O, da insafən bizi yaxşı qəbul etdi və bu iş üzrə Şirvan şəhər xəstəxanasında müvafiq ştat olmadığı üçün bizə Bakı şəhəri Respublika Kliniki Xəstəxanaya üz-çənə cərrahiyə şöbəsinə müvafiq göndəriş verdi.

Mən 21 fevral 2013-cü il tarixində Respublika Kliniki Xəstəxanaya oğlumla bərabər getməli idim. Lakin bir az fikirləşdikdən sonra maddi vəziyyətimin yaxşı olmadığına görə yenidən həkim Vidadi Əzizovun yanına getdim və o bizim maddi vəziyyətimiz barədə dediklərimizi dinləyərək təxminən saat 19:00 radələrində bu əməliyyatı yerinə yetirəcəyini bildirdi və müvafiq tibbi hazırlıq gördükdən sonra fəsadlı dişi oğlumun çənə sümüyündən çıxardı, əməliyyatın sonunda məlum oldu ki, sən demə heç üz-çənə kəsiyi açılmalı deyilmiş və Yaşar Məmmədov da həmin 200 manat pulu alıb oğlumun üzünə kəsik atıb sonra tikmək üçün özünə sərf edən "tibbi variantını" oynamaq istəyirmiş.

Xatırladıram ki, həkim Vidadi Əzizov bizi onun yanına ağızın daha yaxşı açılması üçün həkim Yaşar Məmmədovda alətin olduğu üçün göndərmişdi.

Başıma gələnləri təfsilatı ilə yazmaqda bir vətəndaş kimi məqsədim odur ki, mən hələ bir az öz hüquq və vəzifələrimi bilirəm, amma bu vəziyyətə düşürəm... Görün siravi qanuni bilməyən vətəndaşlarımız Yaşar Məmmədov kimi həkimə yaraşmayan hərəkətlərindən nə çəkirlər.

İstər-istəməz bununla bağlı səhiyyə naziri cənab Oqtay Şirəliyevə üz tutmalı oluram.

Hörmətli cənab Nazir!

Sizin başçılıq etdiyiniz Səhiyyə Nazirliyinə və onun rəsmilərinə qarşı suallar yaranır və həmin sualların araşdırılmasını Sizdən xahiş edirəm:

1. Həqiqətənmi özəl tibbi stomatoloji mərkəzlərdə tərtib olunan tibbi xidmətlər siyahısı və həmin xidmətlərin məbləği Nazirliklə razılaşdırılmır?

2. Başçılıq etdiyiniz Səhiyyə Nazirliyinin müvafiq lisenziya idarəsi tərəfindən "Şirvan stomatoloji mərkəzində" araşdırmalar aparılsın və lazım gəldikdə həmin mərkəzin lisenziyası ləğv olunsun.

3. Həmin mərkəzin həkimi Yaşar Məmmədov barədə müvafiq tədbirlər görmək səlahiyyətiniz varmı?

4. Şirvan şəhər Mərkəzi Xəstəxanasının nəzdində dövlət hesabına diş cərrahiyyəsi üzrə müvafiq ştat vahidləri aça bilərsinizmi?

Müvafiq əməli tədbirin görülməsi həkim Yaşar Məmmədovun dediklərinin əksini göstərərsə, Səhiyyə Nazirliyinin bu istiqamətdə gördüyü əməli tədbirlər kimi qiymətləndiriləcək və sonda bu da aztəminatlı vətəndaşlarımızın layiqli həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir. Xahiş edirəm, araşdırmanın nəticəsi barədə qanunvericiliyin tələbləri çərçivəsində mənə də məlumat verilsin”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

P.S Bu məsələni araşdırmaq üçün əməkdaşımız Şirvan şəhərinə ezam olunmuşdur. Adıçəkilən "Stomatoloji Mərkəzin" rəhbəri Rafət İsmayılov ilə görüşmək istəyərkən özünü Rafət İsmayılov kimi təqdim edən şəxs əməkdaşımıza zəng edərək hədə-qorxu gəlmiş, təhqir etmişdir.Lakin məlum olmuşdur ki, o Rafət İsmayılov yox onun qardaşı Faiq İsmayılovdur.Faiq İsmayılov kobud surətdə bildirdi ki,bundan sonra onun qardaşı haqda tənqidi məqalə yazanı şəxsən o özü cəzalandıracaq.Jurnalistə qarşı belə qanunsuz hərəkət ilə əlaqədar həmişə obyektiv olmağa çalışan Bolgexeber. com olaraq hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49
“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43
Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41
Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36
Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31
İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28
Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24
“Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21
Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16
"SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09
18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03
Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01
Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57
Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54
Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52
Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49
"Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46
Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43
FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39
Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru