KEÇMİŞ REKTORU NOKAUTA SALA BİLƏCƏK FAKTLAR
Tarix: 27-02-2013, 14:24 |
Çap et
ƏKS CİNAH «CAVAB HAQQINI» KULLANACAQ
DİA.AZ: - Qabaqcadan məlumat verərək bildirmişdik ki, hazırda Fransada mühacir həyatı yaşayan keçmiş rektor Elşad Abdullayev Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovu silkələyəcək videofaktları açıqlayacaq. Artıq həmin materiallardan biri bu gün Mahir Abdullayevin hüquqlarının müdafiə komitəsində ictimaiyyətə göstərilib və bu dəqiqələrdə internet vasitəsilə yayılacaq.
Bu arada DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyalarda isə bildirilir ki, əks cinah da Elşad Abdullayevə qarşı eyni «priyomla» cavab verməyi düşünür. Belə ki, ABU-nun keçmiş rektorunun bir sıra əməllərini ifşa edəcək faktların ictimailəşdirilməsi gözlənilir.
Bu barədə danışan mənbə iddia edir ki, konkret sənədlərə və şəkillərə söykənən həmin faktlar Elşad Abdullayev üçün böyük zərbə effektində olacaq: «Çünki söhbət çox ciddi məsələlərdən gedir və bununla keçmiş rektoru hətta nokauta da sala bilərlər».