MÜXALİFƏTİN "KÖLGƏDƏDƏ KABİNETİ" YOXDUR
Tarix: 27-02-2013, 12:37 |
Çap et
"BU, HAKİMİYYƏTİN TƏXRİBATIDIR"Son günlərdə bəzi saytlarda AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbərin hakimiyyətə gələcəyi təqdirdə hökumətdə kimlərin təmsil olunacağı ilə bağlı siyahılar dərc edilir. Əvvəl buna qeyri-ciddi yanaşılsa da, dərc olunan siyahıların ətrafında müəyən söz-söhbətlər də yaranır. Bu səbəbdən də açıqlanan siyahılarla bağlı adı çəkilən partiyaların mövqeyini və gəzən söhbətlərə münasibətini öyrəndik.
“Kölgə kabineti” siyahısının dərc olunmasına qeyri-ciddi yanaşdıqlarını deyən AXCP Ali Məclisinin sədri Həsən Kərimov bunu hökumətin təxribatlarından biri kimi qiymətləndirdi. AXCP sədri Əli Kərimlinin kölgə kabinetinin olduğunu qeyd edən H.Kərimov bunun da zamanında açıqlanacağını bildirdi.
H.Kərimovun fikrincə, belə siyahıların açıqlanması və ora bəzi qeyri-ciddi adamların adlarının salınması AXCP liderinin komandasına kölgə salmaq, onun cəmiyyətdə artan nüfuzunun qarşısını almağa xidmət edir. Bu səbəbdən də AXCP bu siyahıya ciddi yanaşmır.
Müsavat başqanının müavini Gülağa Aslanlı bu siyahıların hazırlanmasında Müsavat və AXCP-nin iştirak etmədiyini, bəzi maraqlı insanların belə siyahılar hazırladığını qeyd etdi.
Bu məsələyə əhəmiyyət verməyin tərəfdarı olmadığını deyən G.Aslanlının sözlərinə görə, bu tip siyahılara ciddi yanaşmağa ehtiyac yoxdur. - See more at: http://www.azadliq.info/xeberler/358-xeber/27741-muxalifetin-kolge-kabineti-siyahisi-saxtadir.html#sthash.690LT4hY.dpuf