Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                 

ŞƏKİNİN İCRA BAŞÇISI KÖHNƏ PARTNYORLAINI ƏZİR
Tarix: 20-02-2013, 10:02 | Çap et
ŞƏKİNİN İCRA BAŞÇISI KÖHNƏ PARTNYORLAINI ƏZİR
ELXAN USUBOV ŞƏKİLİ SAHİBKARLARA OLMAZIN ZÜLMÜNÜ YAŞATMAQDADIR

DİA.AZ: - "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edərək, insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq". Bu sözləri prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində keçirilən "2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.

Ölkə rəhbəri bəzi icra hakimiyyəti başçılarının öz məsuliyyətlərini dərk etmədiklərini bildirib: "Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir". Prezidentin harınlamış məmurları hədəfə almasından sonra bəzi məmurların cəzalanacağı gözlənilir. Artıq İsmayıllının icra başçısı Nizami Ələkbərov prezidentin sərəncamı ilə işdən çıxarılıb. Növbədə isə dövlət başçısının söylədiyi kimi, xalqa yuxarıdan aşağı baxan və işinin öhdəsindən layiqincə gələ bilməyən digər icra başçılarıdır.

Qeyd edək ki, prezidentin səsləndirdiyi ittihamlar rayonlardan qaynaqlanır. Əksər icra başçıları vətəndaşları o qədər incidirlər ki, onlar da məcbur qalıb etiraz aksiyaları keçirirlər. Bu da gec-tez rəsmi dairələrə gedib çıxır. Son hadisələr bir daha göstərdi ki, xalqa qarşı kobudluq etmək, insanların şəxsiyyətini alçaltmaq olmaz. Deyəsən, Şəkinin icra başçısı Elxan Usubov hələ də bunu başa düşmür. Yaxud başa düşsə də, həyata keçirmək istəmir. Respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən rayon füsunkar təbiətə malikdir. Azərbaycanın turizm bölgələrindən sayılan Şəkidə bu gün məmur özbaşınalığı ağlasığmaz həddə çatıb. 70 min nəfərdən çox əhalisi olan rayonda ayrı-ayrı məmurların yarıtmaz idarəçiliyi etirazlarla qarşılanır. Bu barədə media qurumlarına dəfələrlə şikayət olunub. Hələliksə bir nəticə yoxdur. İcra başçısı E.Usubov vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemləri ilə maraqlanmaqdansa, Şəki camaatına qarşı böyük haqsızlıqlar edir. 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olan icra hakimi ixtisasca mühəndis-elektrik və iqtisadçıdır.

Əmək fəaliyyətinə Şəkidə başlayıb. Sonralar biznes fəaliyyəti ilə məşğul olub. Yəni o, icra başçısı vəzifəsinə biznesdən gəlib. Dövlət qurumuna rəhbərlik etdiyinin məsuliyyətini sanki dərk etməyən məmur Şəkidə o qədər obyektə sahibdir ki, bəlkə də özü bunların sayını dəqiq bilmir. Ağstafa rayonunda icra başçısı işlədiyi dövrdə rayon camaatının narazılığını qazanan məmur şəkililər tərəfindən də rəğbətlə qarşılanmır. 2011-ci il may ayının 23-dən rayona başçılıq edən elektrik vətəndaşların sosial qayğıları ilə qətiyyən maraqlanmır. Əldə etdiyimiz məlumatlara görə, Şəki-Oğuz yolunun üstündə yerləşən bütün istirahət mərkəzləri icra başçısına məxsusdur. Rayondakı süd zavoduna da şərik olduğu deyilən biznesmen icra hakiminin Şəkinin mərkəzində onlarla ticarət obyekti fəaliyyət göstərir: "Rayonda sahibkarlığın inkişafını əngəlləyən icra başçısı çalışır ki, özünün nəzarətində olan biznes sahələri daha çox irəliyə getsin. Mirzə Fətəli Axundov prospektində yerləşən "Şəki" oteli, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" oteli də icra başçısının tabeliyindədir. Sezonda bu obyektlərin hər birində aya milyonlar qazanılır". Araşdırmalar göstərir ki, "Şəki Bazar" ASC ilə də rayon rəhbərinin əlaqələri var. Deyilənə görə, bura da icra başçısınındır. Sahibkarların təzyiqlərlə üzləşdiyi bazarın direktoru Vahid Abdullayevdir. Onu vəzifəyə icra başçısı qoyub və dönə-dönə tapşırıb ki, sahibkarlara qarşı barışmaz olsun.

DİA.AZ bildirir ki, bazarda baş alıb gedən özbaşınalıqlara dözə bilməyən dükan sahiblərindən biri, konkret Mütəllimov Əlövsət Firudin oğlu üstünə benzin tökərək özünü yandırıb. Rayonda səs-küyün qalxdığını görən icra başçısı guya bazar rəhbərini cəzalandırmaq məqsədilə onu işdən azad edib. Lakin üstündən az müddət keçəndən sonra direktor işinə bərpa olunub. Şəkidə icra başçısı ilə digər məmurlar arasında mübarizə gedir. Belə ki, rayon rəhbəri əhəmiyyətli sahələri və gəlir gətirən obyektləri öz əlində cəmləşdirdiyi üçün icra hakimiyyətində təmsil olunan başqa vəzifəli şəxslər onunla hesablaşmırlar. İcra başçısı ilə RİH-in sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev arasında ciddi problem və qarşıdurma var. Bu və digər maraqlı faktlar barədə növbəti saylarımızda oxuya bilərsiniz.

Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru