Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                 

ÖLKƏ GÜNDƏMİNİ QARIŞDIRACAQ YENİ FAKTLAR
Tarix: 13-02-2013, 09:46 | Çap et
ÖLKƏ GÜNDƏMİNİ QARIŞDIRACAQ YENİ FAKTLAR
"AVESTA"NIN ŞEFİ NƏLƏRDƏ İTTİHAM OLUNUR?

“Alyans" şirkətinin prezidenti, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan müttəhim Məmmədov Hümbət Asan oğlu “Təzadlar"a sensasiyalı məktub-müraciət göndərib. Müraciət ölkə Prezidenti İlham Əliyevə, Baş Prokuror Z.Qaralova, MTN naziri E.Mahmudova, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanlıdır.

Məktuba həm də onun məhkəmə ifadəsinin surəti əlavə olunub. Məktubda dəhşət saçan ifadələr, məqamlar və faktlar yer alıb.

Hələlik bircə onu deyə bilərik ki, uzun illər Rusiyada çalışmış və özünə karyera yaratmış “Alyans" Şirkətinin Prezidenti H.Məmmədov 2004-cü ildə Bakıya qayıdır. Hansı ki, həmin dövrlərdə “Alyans" Rusiyanın “Qazprom" Şirkətinin 12 operatorundan biri kimi olduqca işgüzar və çoxsahəli fəaliyyətlə məşğul olub... Lakin Azərbaycana qayıtmağı və Hacı İbrahimlə şərikli fəaliyyətə başlaması ilə hər şey alt-üst olur. Belə ki, H.İbrahimli yüksək çinli məmurlara vermək adı altında şəriki, “Alyans" Şirkətinin rəhbəri H.Məmmədovun etibarından sui-istifadə edərək onun 12 miyon manat pulunu mənimsəyir və s.

Aşağıda “Alyans" şirkətinin prezidenti, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan müttəhim Məmmədov Hümbət Asan oğlunun “Təzadlar"a göndərdiyi müraciətini təqdim edirik:

Bakı İstintaq Təcridxanasında saxlanılan, müttəhim Məmmədov Hümbət Asan oğlu tərəfindən

MÜRACİƏT

Çox hörmətli cənab Prezident!

Hörmətli cənab nazirlər, cənab sədr, hakimlər və prokuror!

Bu müraciət-ifadəmlə səmimi olaraq həbsimə səbəb olan hadisənin necə baş verdiyini və əsil səbəbini aydınlaşdıracağam.

Mən uzun illər Rusiya Federasiyasında çalışaraq (Mənə məxsus "Alyans" şirkəti neft-qaz avadanlığının satışı ilə məşğul olurdu. Rusiyanın Qazprom şirkətinin 12 operatorlarından biri idi) küllü miqdarda pul (8 mln. ABŞ dolları) qazanmışdım. 2004-cü ildə uşaqlarım böyüdüyü üçün Bakıya qayıtmağı qərara aldım. Bakıda ilk gördüyüm adam Əflatun Piriyev olmuşdur. Mən ondan soruşdum, dedi ki, Bakıda ən yaxşı biznes tikinti biznesidir və o, məni hacı İbrahimlə (İbrahim İbrahimovla) tanış elədi və dedi ki, yuxarıların ən yaxın adamlarından biridir.

Hacı İbrahim mənə dedi ki, sərmayəni sən qoyursan, amma 50-nin 50-yə işləyirik, ona görə ki, başqa nə problemin olsa bizneslə əlaqədar hamısını mən həll edəcəyəm.

Mənə dedi ki, Rabitə Nazirliyinə məxsus 68 sot torpaq sahəsi var 850 min dollara deyirlər, özəlləşməsi ilə birlikdə. Dedi ki, bir-iki aya sənədləşdirib tikintiyə başlaya bilərik. Əflatun dedi ki, yaxşı yerdir. Mən razı oldum. Əflatunun vasitəsi ilə 850 min dolları verdim hacı İbrahimə (nə biləydim ki, hacı İbrahim bir ildən çox imiş ki, işçilərinin maşını verə bilmirmiş. Sonradan torpağın qiymətini də 1,2 milyon dollara qaldırıb 350 min dolları isə ev şəklində özü verdi).

Əflatuna etibarnamə verib, tapşırdım ki, mənə məxsus "Alyans" şirkəti ilə hacı İbrahimə məxsus "Avesta" şirkəti ilə müştərək (50 %-Avestanın, 50 %-Alyansın) şirkət yaratsın və alınacaq torpaq sahəsini bu şirkətin adına rəsmiləşdirsin. Özüm isə Rusiyaya işimin arxasınca getdim.

“Mən Əflatuna öz narazılığımı bildirdim və dedim ki, mənim 850 min dollar pulumu geri qaytarsın"

Möhtərəm cənablar!

Həmin dövrdə, yəni mən Əflatunla tanış olanda onun 15 min dollarlıq bir “Mersedes"i, bir evi var idi və hacı İrahimin yanında 500 dollar maaşa işləyirdi, heç vaxt onun şirkətində vitse-prezident olmayıb. Əflatuna dedim ki, 500 dollar ayda maaş verəcəm, tikinti başlayana qədər, sonrasını danışarıq. Razılaşdıq.

Arasından 8 ay keçməsinə baxmayaraq, hələ də torpağın sənədləri hazır deyildi. Mən Əflatuna öz narazılığımı bildirdim və dedim ki, mənim pulumu geri qaytarsın.

Əflatun çox pis oldu və dedi ki, bu saat onsuz da hacı İbrahimdən pul ala bilməyəcəksən, ona görə ki, onun pulu yoxdur. Mən dedim ki, torpağa verdiyim pulu istəyirəm ondan, borc istəmirəm ki.

Sonra mənə hacı İbrahim dedi ki, görüşmək lazımdır. Biz görüşdük. Mənə təklif elədi ki, "Avesta" binasının arxasında boş torpaq sahəsi var, yarısını mən almışam, geridə qalan yarısını isə 500000 dollara deyirlər, gəl onu al həmin tikintiyə başlayaq. Ona kimi "Papanin"dəki torpağın sənədləri hazır olar. Həmin torpaq "Bənna" MTK-ya məxsus idi. Əflatun mənə dedi ki, yaxşı yerdir, bütün sənədləri hazırdır, razı ol. Mən çarəsiz qalıb razı oldum, ona görə ki, fikirləşdim, əgər o biri torpaq düzəlməsə, ora verilən pulu buradan götürərəm. 500 min dolları verib həmin işə başladıq.

“2004-2006-cı illər ərzində Əflatun Piriyevə 1 min dollara qədər pul hədiyyə etmişəm və 2 ədəd "Leksus" CİP avtomaşını, nömrələri "007", "009""

Tikintinin aparılmasını və evlərin satışını Əflatuna tapşırdıq. Ayda da 2000 dollar maaş verirdik... Həmin tikintiyə hacı İbrahimlə mən şərik idik. Əflatunun ora heç bir şərikliyi yox idi. Bunun üçün "Azərross" MTK kooperativi yaradıldı. Orada Əftatun Piriyevin 20 % təsisçilik payının olmasını mən bu hadisə olandan sonra bildim. Ona olan etibarımdan istifadə edib özünü təsisçi edibmiş. Həmin tikintidən Əflatun Piriyevə 400 m2 mənzil, 4 ədəd qaraj verdim, hədiyyə olaraq.

M.Muxtarov 145 ünvanda inşa olunan binanın tikintisini də Ə.Piriyevə tapşırdım, satışını da həmçinin, ayda 2000 dollar maaş verirdim. Tikinti qurtarandan sonra isə 206 m2 mənzil, 2 qaraj hədiyyə etdim ona. Onu da 300.000 manata satıb, başqa bir ev aldı.

Bütün bunlardan əlavə, 2004-2006-cı illər ərzində Əflatun Piriyevə 1 min dollara qədər pul hədiyyə etmişəm və 2 ədəd "Leksus" CİP avtomaşını, nömrələri "007", "009". Hansı ki, yoldaşımın adından onun adına keçirilib.

Həmin ərəfədə hacı İbrahimi “kitay" vətəndaşlarına qarşı dələduzluq etdiyinə görə, əlini qandallayıb Bakı şəhəri Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparmışdılar. Əflatun mənə dedi ki, yazıqdır, kömək elə, tutacaqlar. Şəxsən özüm gedib özümü onun vəkili kimi təqdim edib onun “kitay"lılara olan 230.000 dollar borcunu ödəyib, həbsdən qurtardım. Mənə dedi ki, yaz borc dəftərinə, tikintidən götürərsən.

Hacı İbrahim məndən xahiş elədi ki, deputat seçkilərində ona sponsorluq eləyim. 350.000 dollar da onda verdim. Yenə dedi ki, tikintidən götürərsən. Bu pulların hamısını Əflatun Piriyevin qarantiyası ilə vermişdim.

2006-cı ilin axırlarında Əflatun Piriyevlə mənim söhbətim oldu. Dedim mən pulumu haradan gtürəcəyəm? Hacı İbrahim Teymur Əliyev-67\71 də tikilən binadan öz payını artıqlaması ilə götürmüşdü. Cavabında mənə dedi ki, narahat olma, onun haqqında elə şeylər bilirəm ki, əgər lazımı adamlar bunları bilsə, onu məhv edərlər. (Həqiqətən də hacı İbrahim Əflatun Piriyevdən çox çəkinirdi). Dedi ki, sən narahat olma, pulun batmaz.

Elə həmin vaxtlar "Papanin"dəki torpağın sənədləri hazır oldu. Mən Əflatuna dedim ki, torpağı satın, pulumu götürüm, daha işləmək istəmirəm. Əflatun mənə dedi ki, bu saat sən pulunu hacı İbrahimdən götürə bilməyəcəksən, yaxşısı budur ki, tikintiyə başlayaq. Yenə də çarəm qalmadı, razı oldum. Elə oldu ki, bizim aldığımız 68 sot ərazi kvadrat şəklində deyildi. Ona bitişik 30 sot torpaq sahəsini də almaq lazım gəldi. 1,2 mln. dollara aldıq. Onun pulunu hacı İbrahimlə Teymur Əliyev küçəsində tikilən binadan verdik. Bundan əlavə, 200 min dollar da özəlləşməsinə verildi. 2006-cı ilin axırlarında 30 sot torpaq sahəsi 1,4 mln dollara başa gəldi. 68 sot torpağın özəlləşməsinə isə 400 min dollar verdik. Yəni, 98 sot torpaq sahəsi, cəmi 3 mln. dollara başa gəldi.

Hacı İbrahim dedi ki, sərəncam almaq üçün 1,2 mln. dollar lazımdır. Sonra dedi ki, mən cavabdehəm, sərəncam olmadan tikintiyə başlayın. Evlərin satışından verək həmin məbləği. Tikintiyə 2007-ci ilin əvvəlində başladıq. 1,2 milyon dolları verdik. 2-3 ay keçməmiş İbrahim İbrahimov dedi ki, 1,2 mln. dollar yenə istəyirlər, yoxsa tikintini dayandıracaqlar. Həmin məbləği də verdik. Bu yollarla hacı İbrahim məndən 1,2 mln-dollar əvəzini 6 mln. dollar pul götürdü.

Tikintinin rəhbərliyini Əflatun Piriyevə tapşırdıq, ayda 2000 dollar maaş almaq şərti ilə. 2007-ci ilin axırlarında hacı İbrahim mənə dedi ki, guya siyahı tutulub, bizim şirkət də oradadır. Biz 2 mln. dollara məktəb tikintisi üçün pul köçürməliyik. Mən ona dedim ki, axı pul yoxdur, haradan götürəcəyik? Dedi, özün bilərsən, verməsən, bütün biznesimizi dayandıracaqlar. Məcbur olub Beynəlxalq Bankdan 2,3 mln. dollar kredit götürüb, 1 mln. dolları hacı İbrahimə verib, qalanını tikintiyə xərclədik. Qalan 1 mln. dolları özümdən verdim. Məni əmin etdi ki, bizə iş verəcəklər, oradan qoyduğumuz pulu artıqlaması ilə götürərik. Mən inandım.

2008-ci ilin ortalarında Əflatun Piriyev mənə dedi ki, o da şərik olmaq istəyir. Söylədi ki, məni də şərik elə, hacı İbrahim mənlikdir, yoxsa onunla bacarmayacaqsan. Mən hacı İbrahimə deyəndə ki, Əflatun Piriyevi şərik eləyək, o özündən çıxıb çox hirsləndi. Mənə dedi ki, ayda (10-15) min dollar maaş ver, amma onu şərik eləmə. Hələ onu tanımırsan. O çox paxıl və mərdimazar adamdır, sonra başımıza oyun açacaq... Mən dediyimin üstündə durdum. Dedim 10 % mən verirəm, 10 faiz də sən ver. Birtəhər razı saldım hacı İbrahimi.

2008-ci ilin avqust ayında Əflatun Piriyevi yeni yaradılacaq "Azərross" MTK kooperativinə 20 % payı olmaqla təsisçi qəbul elədik.

“Alyans" şirkətinin 50 % təsisçilik payından Əflatun Piriyevə- 10 %, “Avesta" konsernin 50 % təsisçilik payından -10% Əflatun Piriyevə verildi. Bu şərtlə verildi ki, guya yerin qiymətini, yəni 4 mln. manat (2007-ci ilin dekabrında 4 mln. manat qiymət edilmişdi) 10 %-”Alyans"a, 10%-”Avesta"ya ödəmişdir. Amma indiyə kimi ödəməyib.

“Dedi ki, “Hacı İbrahim sənin o vaxt "Papanin"də torpağa verdiyin pulun 500 min dollarını Rəsul Quliyev Bakıya gəlmək istəyəndə dövlət çevrilişi etmək istəyirdilər, ona xərcləyib"

Əflatun Piriyev təsisçi qəbul olunana kimi, yəni 2008-ci ilin avqust ayına kimi kompleksin 5 mərtəbəsi (1mərtəbə qeyri-yaşayş, 4 mərtəbə yaşayış, 100 qaraj) inşa olunmuşdur. Əflatun Piriyev şərikliyi ancaq 16-19 mərtəbəyə şamildir.

Bütün problemlər də elə o təsisçi olan gündən başladı. Hacı İbrahim mənimlə Əflatunun xoş münasibətini görüb, başladı aranı vurmağa. Hər şeyin üstü 2010-cu ilin avqustunda açıldı. Hacı İbrahim məni yanına çağırıb dedi ki, Vaqif Bağırov ona 3 mln. manat pul atıb və mənə sənədlər göstərdi. Dedi ki, onu tutduracağam. Həmin dövrdə Vaqif Bağırov həm "Azərross İK" MTK-nın, həm də "Avesta" konserninin baş mühasibi işləyirdi. Mən hacı İbrahimin dediklərini Əflatuna danışdım. Əflatun mənə dedi ki, o heç vaxt Vaqifi tutdura bilməz. Mən ona dedim ki, axı sənədləri özüm görmüşəm. Əflatun dedi ki, hacı İbrahim əgər Vaqif Bağırovu tutdursa onda özünü də tutacaqlar. Dedi ki, sənin bilmədiyin çox şeylər var və başladı danışmağa. Dedi ki, “Hacı İbrahim sənin o vaxt "Papanin"də torpağa verdiyin pulun 500 min dollarını Rəsul Quliyev Bakıya gəlmək istəyəndə dövlət çevrilişi etmək istəyirdilər, ona xərcləyib. Ondan əlavə də 300 min dollar yenə xərcləyib. Mən şəxsən, mənim adıma olan telefondan zəng etmişəm Rəsul Quliyevin yaxın adamlarına və pulu 500 min dolları vermişəm. 300 min dolları isə Vaqif Bağırov verib. Bundan əlavə, Hacı İbrahim mənim və Vaqifin adına “Sputnik" telefon almışdı- birini özünə, birini isə qardaşı N.İbrahimova, Rəsul Quliyevlə danışmaq üçün və Bakıdakı dövlət çevrilişini təşkil etmək üçün. Bunları prezident bilsə, hacı İbrahimi məhv edərlər..."

Sonra dedi ki, “Hacı İbrahim kassadan götürdüyü... 5 mln. dolları Baksovetə verməyib. Vaqifə deyib ki, bu sirri Hümbətə açma, sənə 2 mln. dollar verəcəyəm. Vaqif də görüb pulu vermir, o yolla öz halal pulunu götürüb... Səndən və kassadan götürdüyü 2 mln. dolları bir ad çəkib, ora verməyib. Bunu bilsələr onu yer üzündən silərlər".

Mən Əflatuna dedim ki, onun belə adam olduğunu bilirdinsə, niyə məni onunla tanış edirdin? Mənə o qədər pul borcludu, nə cür alacam? Mən dedim ki, heç torpağa verilən pulu götürməmişəm, plyus hacı İbrahimin mənə olan borcu 580000 dollardı. Əflatun mənə dedi ki, o pulları mən sizə şərik olandan əvvəl vermişəm, mənə aidiyyəti yoxdur, o qədər artıq pul götürüb, get nə cür istəyirsən sən al, mən qarışmıram. Mən ona dedim ki, axı sən şahid dururdun ona pulu verəndə, niyə belə oldu? Dedi özünüz bilərsiniz...

(Davamı var)

Müraciətdə elə dövlət adamlarının və qurumların adı çəkilir ki, biz onu mətndən çıxarmalı oluruq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
\ tezadlar.az \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Renkanın tədbirdə paltarı yandı - FOTO
Bu gün, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Bu gün, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Bu gün, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Bu gün, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Bu gün, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Bu gün, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru