MİSİR MƏRDANOVUN MENYÜSÜNƏ
Tarix: 12-02-2013, 10:33 | Çap et
 Təhsilimizdə “dərslik” xaosu davam edir...
“Hər gecə Pyotr Petroviçin yuxusuna kabus girir. Düz gecəyarı kabus qəbirdən çıxır və 5 km/saat sürətlə qəbiristanlıqdan Pyotr Petroviçin evinin yanına gəlir. O, 2 saat Pyotr Petroviçin pəncərəsinin altında uladıqdan sonra həmin sürətlə geri qayıdır və səhər saat 6-da öz qəbrinə çatır. Qəbiristanlıqdan Pyotr Petroviçin evinə qədər olan məsafəni tap”. Dəyərli oxucular, bu mistik mətn Qazaxıstanın “Keleşek-2030” nəşriyyatında çap edilmiş və müəllifi professor Lyudmila Qlazırina olan “Riyaziyyat-4” dərsliyindən götürülüb. Xatırladıram ki, bu antipedaqoji məsələ 5 ay öncə bütün Qazaxıstanı silkələdi, cəmiyyətdə şok effekti yaratdı, gündəmi zəbt etdi. Valideynlərin və müəllimlərin piketlərindən və sürəkli tələblərindən sonra nəhayət ki, Qazaxıstan Elm və Təhsil Nazirliyi dərsliyin bütün tirajını ləğv etdi və onun məktəblərdə istifadəsinə yasaq qoydu... Əslində elmi baxımdan yanaşdıqda burada heç bir xəta yoxdur, əksinə, maraqlı riyaziyyat məsələsidir. Amma onun dərsliyə salınması həm pedaqoji-psixoloji, həm şagirdlərin yaş və fizioloji xüsusiyyətləri, həm də ki, tərbiyəvi nöqteyi-nəzərdən heç cür qəbul edilə bilməz. Bu, Qazaxıstan dərsliyində olan bir naqislikdən doğan ajiotaj və onun nəticəsi!.. İndi gələk öz dərsliklərimizə. Bəs bizdə nələr baş verib? Dəhşətsaçan bir neçə fakta müraciət edək. Müəlliflərindən biri Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı olan 5-ci və 6-cı sinif üçün “Azərbaycan dili” dərsliklərinə “Sən nə vaxt göz eylədin, Mən demədim baş üstə” kimi çoxlu sayda erotik materiallar daxil edildi. Bu adama güldən ağır bir söz deyən oldumu?! Bir çox dərsliklərdə bayrağımız baş-ayaq, yaxud təhrif olunmuş şəkildə çap edildi. Buna görə kim cəzalandırıldı?! “Russkiy yazık-2” dərsliyindəki bir xəritədə 22 şəhər və rayonumuzun adı saxtalaşdırıldı. Kimi isə sorğu-suala tutan oldumu?! Mütəxəssislər həyəcan təbili çaldılar ki, “Həyat bilgisi-3” dərsliyində 40 standartdan 16-sı öz əksini tapmayıb. Təhsil Nazirliyində kiminsə tükü tərpəndimi?! Sadaladıqlarım dərslik sahəsində baş verən cinayətlərin cüzi bir hissəsdir. Əslində onların say-hesabı yoxdur. Bu cinayətlərə görə kim cavab verməlidir? Cavab vermək nədir, indiyədək bu adamlar həqiqəti söyləyənlərə hədə-qorxu gəlməklə, haqlı fikirləri təhrif etməklə, onların üzərinə kölgə salmaqla məşğul olublar. Bildiyimiz kimi, bu gün TQDK-da dərsliklərin monitorinqi aparılır və vaxtaşırı bu haqda ictimaiyyətə məlumat verilir. Şəffaflıq olsun deyə, keçirilən seminarlar qurumun saytında canlı yayımlanır. Burada təhsil proqramlarına uyğunsuzluqdan, sistemsizlikdən tutmuş, dərsliklərin içərisindəki təkzibolunmaz elmi-metodiki, dil-üslub, dizayn xətalarınadək deyilənləri eşidəndə adam dəhşətə gəlir. Düşünürsən: görəsən, dünyanın hansısa ölkəsində bu cür rüsvayçı dərsliklər varmı?! Amma görün, bu rəzalətin qarşısında dərsliklərə məsul olan şəxs Faiq Şahbazlı usanmadan nə deyir: “TQDK-nın orta məktəb dərsliklərinin monitorinqi ilə bağlı apardığı araşdırmalardan sonra hansısa dərsliklərin tədrisdən tamamilə çıxarılması və ya yenidən çap olunması nəzərdə tutulmayıb...”. (Həftə içi, 08.02.2013-cü il tarixli sayı). Dəyərli oxucular, diqqət etdinizmi?! Mən deyəndə ki, Şahbazlı məntiqini itirib, nə danışdığını bilmir, bəzi dostlarım inciyirdi. Bundan sonra onların sözü nə olacaq, indi deyəcəklər? Onun fikrindən belə çıxır ki, istənilən halda mövcud dərsliklər tədrisdən çıxarıla bilməz. Əgər nəticə Faiq Şahbazlı deyən kimi olacaqdısa, onda dövlət başçısının fərmanı əsasında aparılan monitorinqlərə nə ehtiyac vardı?! Görün Təhsil Nazirliyində özbaşınalıq nə həddə çatıb ki, xırda bir məmur özündən hökm çıxarır. Mətbuatın yazdığına görə, Şahbazlı TQDK-nın, demək olar ki, bütün seminarlarında iştirak edir və işin nə yerdə olduğunu hamıdan da yaxşı bilir. Amma di gəl, o, yenə də yaramaz dərsliklərdən əl çəkmək istəmir ki, istəmir. Hərənin çıxarı bir şeydən olduğu kimi, görünür, onun da çıxarı bu mitil nəsnələrdəndir. Mən də bilirəm ki, bu üzdəniraq dərsliklərin başına bir şey gəlsə, Şahbazlını rahatca oturduğu yerdə qoymayacaqlar. Bir sözlə, bu nəsnələri qorumaqla o, öz kürsüsünü qorumağa çalışır, fidan balalarımıza isə nə olur-olsun. Rəhmətlik Sabir demişkən: “Təki mən salim olum, Cümlə-cahan batsa da batsın!”.
Nadir İsrafilov, təhsil eksperti

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|