ERMƏNİ SİFƏTLİ İRAN YANDAŞI BİZİ HƏDƏLƏDİ
Tarix: 6-02-2013, 10:25 |
Çap et
ŞƏRƏFİNİ SATIB, FARSA NÖKƏRÇİLİK EDİRLƏR
DİA.AZ: - Hələ də hansısa qəpik-quruş naminə öz vətənini və millətini satıb farsa nökərçilik edənlərimizin olması kifayət qədər ürək ağrıdan məsələdir. Dəfələrlə həmin zatların təhdidlərini eşitmişik. Elə az əvvəl fars-molla rejiminə nökərçilik edənlərdən biri tərəfindən yenidən təhdid və söyüş aldıq.
Təbii ki, söyüş söymək acizlərin, zəiflərin işidir. Biz isə güclü və böyük olduğumuzdan sadəcə onlara şərəf dərsi keçmək fikrindəyik. Onları söyməyəcəyik, ağıllı olmağa, dua edib düşdükləri yoldan geri dönməyə dəvət edirik. Bu sözlərimiz artıq bir neçə dəfə DİA.AZ-a «[email protected]» e-mailindən söyüş yazan şəxsə də aiddir.
Sizlərə tək bir sözümüz var: Nə olursa-olsun, yer-göy birləşsə belə, qanından olduğun millətin, ayağını basdığın vətən torpağının haqqını tapdama.
Yox, əgər bu gün DİA.AZ-a hücum edənlərin zatı qırıqdırsa və bizlərə heç bir aidiyyatı yoxdursa, o zaman sözlərimizi geri çeviririk. Hər halda, ilkin ehtimalımız da belə deyir ki, sözlərimiz boşundan imiş. Çünki adamın öz proifilinə qoyduğu şəklindən də kimliyini təxmin etmək mümkündür.