
TELEAPARICI MÜĞƏNNİYƏ HAQLI İRAD TUTDU
Tanınmış jurnalist Xoşqədəm Hidayətqızının müğənni Brilliant Dadaşova haqda “Facebook”da yazdığı status yeni qalmaqal yaradacaq.
Axşam.az-ın məlumatına görə, Xoşqədəm xanım müğənninin “TMB” kanalında yayımlanan verilişini bəyənmədiyini bildirib.
O, statusunda bunları yazıb:
“TMB”də Dadaşovanın verilişinə baxıram. Bu ne yaaa…Dadaşovanın səsində problemi var sanki. Türk müsafiri sözün əsl mənasında ona oxumağın necə olduğunu göstərdi”.