DAHA ÇOX HANSI İCRA BAŞÇISINDAN ŞİKAYƏT VAR?
Tarix: 29-01-2013, 14:11 |
Çap et
HAKİMİYYƏT BU SUALLA MƏXFİ SORĞU KEÇİRİR
DİA.AZ: - Son günlər əyalətlərdə baş verən etiraz aksiyaları hakimiyyəti ehtiyat tədbirlərinə əl atmağa vadar edib. Və bu da islahatların keçirilməsini zəruriləşdirib. Bununla bağlı DİA.AZ-a hökumət içindəki qaynaqlar tərəfindən məlumat ötürülüb.
Mötəbər mənbənin bildirdiyinə görə, bölgə insanlarının narazılığına səbəb olan, hakimiyyətə qarşı etirazlar yaradan icra başçılarının müəyyənləşdirilməsi üçün iqtidar tərəfindən məxfi sorğuların keçirilməsi də planlaşdırılır:
«Əslində bu kimi sorğular zaman-zaman keçirilib. Amma bu dəfə konkret məqsəd var. Sorğular məxfi həyata keçiriləcək və sorğu nəticəsində daha çox narazılığa səbəb olan icra başçıları ilə bağlı «yuxarı» instansiyalar tərəfindən daha operativ tədbirlər görüləcək».
Mənbəmiz əlavə etdi ki, sorğular bütün Azərbaycanı əhatə edəcək.