“ALİ BAŞ KOMANDANDAN XAHİŞ EDİRƏM Kİ”...
Tarix: 21-11-2011, 15:13 | Çap et
“MƏN YALNIZ BİR YOL GÖRÜRƏM: HƏRBİ YOL”
- Azərbaycan ordusunun cəmiyyətdə tutduğu mövqeyi necə qiymətləndirirsiniz?
- Dövlətin dəyəri onun ordusu ilə ölçülür. Ordunun dəyəri isə onun zabiti ilə. Bu dəyərlərə qiymət verilməlidir. Zabitlər Azərbaycan xalqının göz bəbəkləri olmalıdır. Amma görürük ki, hər şey tərsinədir və bütün bəlalarımız da buradan başlayır. Zabitlərimizin nə evi var, nə eşiyi, nə də dolanışığı. Zabit bilmir ki ailəsi harda qalsın, necə qalsın. İcarə haqqı normal deyil. Hesab edirəm ki, cəmiyyətdə orduya baxış sistemi dəyişilməlidir. Ali Baş Komandanın əmrləri, göstərişləri, çoxsaylı qanunlar yerinə yetirilməlidir. Ərazisinin 20 faizi işğal olunmuş dövlətin say-seçmə oğulları bu gün hərbi məktəb oxumağa meylli deyillər. Bütün bunlar niyə araşdırlmır?
- Kim araşdırmalıdır? Sizə elə gəlmir ki orduda bu qədər problemlər var, ona görə də gənclər zabit olmaq istəmir?
- Bu ordunun problemi deyil axı. Bu cəmiyyətin problemidir. Ali hərbi məktəbdə oxuyanlara 100 manat pul verilir, pulsuz dəftər-kitab, pal-paltar verilir. Niyə oxumaq istəmirlər? Müqayisə üçün götürsək FHN, MTN, DSX və DİN akademiyalarına çox güclü axın var. Amma Azərbaycan Ali Hərbi Məktəbində təhsil almağa isə çoxları meylli deyil. Qəbul balını da endirib 100 elədilər, amma xeyri olmur. Belə balla daxil olanlardan zabitmi çıxar?!
- Sizcə problem necə həll olunmalıdır?
- Ali Baş Komandandan xahiş edirəm ki, Azərbaycanda ordu ilə bağlı qəbul olunmuş bütün qanun və qərarların yerinə yetirilməsinə nəzarəti təmin eləsin. İlk növbədə qəbul olunmuş qanunlar həyata keçiriməlidir. Bu gün qanunlar ordunu birinci yerə, məmurlar isə axırıncı yerə qoyur. Korpus komandiri dövlət qulluqçusu statusu ala bilmir, halbuki hər hansı rayon rəhbəri və ya onun köməkçiləri dövlət qulluqçusu statusunu alırlar. Sabah müharibə başlasa 6-7 rayon rəhbəri korpus komandirinin rəhbərliyi altına keçəcək. Kənardan baxan görür ki, gələcək zabitlərə, yaralılara, əlillərə bu cür münasibət var, o heç gedərmi orduya?
Bu gün elan olunur ki, döyüş bölgəsində xidmət edən zabitlər arxada xidmət edənlərdən 2 dəfə çox maaş alır. Belədirsə, niyə onların həyat səviyyəsi aşağıdır? Çünki onların məvaciblərinin əhəmiyyətli hissəsi vergilərə gedir. Beləliklə, zabitlər heç də ikiqat məvacib almırlar. Əgər zabit 800 manat məvacib alırsa, vergi tutulandan sonra bu məvacib 680-670 manata qədər azalır. Arxada xidmət edən zabit isə 450 manat alır, ondan cəmisi 40 manat vergi tutulur, amma onlara əlavə olaraq 60 manat ərzaq pulu verilir. Beləliklə, müqayisə ediləndə arxa və ön cəbhədə xidmət edən zabitlərin təminatı arasında ciddi fərq olmadığı üzə çıxır. Zabitlərdən gəlir vergisi tutulur, bu pullar büdcəyə gedir və sonra yenidən zabitə qaytarılır. Belə olanda zabitdən gəlir vergisi tutmağa lüzum varmı?!
Məmurlar özlərini prezidentə yaxşı göstərmək üçün bildirirlər ki, aşağı 3-4 faizlə ipoteka ilə zabitlərə ev veriləcək. Amma qanun var ki, zabitlərə mütləq ev verilməlidir. Belə olanda ipoteka məsələsi anlaşılmazlıq yaradır: əgər ipoteka qaydasında zabitlərə öz pulları ilə ev verilsə, onda onlara qanunamüvafiq pulsuz ev verilməyəcək. Bütün bunlar sona qədər düzgün düşünülməyib. Türkiyə ordusunda zabitlərin xidməti başa çatandan sonra onlara böyük məbləğdə pul verilir, onlar nə istəyirlər buna edə bilərlər, ev ala bilərlər, biznes qura bilərlər və s.
- Belə pessimist söhbətin fonunda ənənəvi sualı vermək istəyirıik. Sizcə yaxın vaxtlarda Qarabağda müharibə gözlənilirmi? Müharibə olsa Azərbaycan ordusu hansı müddətdə qələbə əldə edə bilər?
- Mənim subyektiv fikrimə görə, yaxın 1 il ərzində müharibə gözlənilmir. Amma bunun obyektiv səbəbləri də var. Ən böyük obyektiv səbəblərindən biri odur ki, Azərbaycan Avropa Şurasına daxil olan zaman bu problemi sülh yolu ilə tənzimləmək öhdəliyi götürüb. O səbəbdən müharibə yolunu yaxınlaşdırmaq üçün hər hansı zəmin yaratmaq lazımdır, o zəminə doğru getmək lazımdır ki, dünya ictimaiyyətinə nümayiş etdirəsən ki, bu məsələ divara dirənib. Amma bu yolda iş getmir.
- Bəs Siz problemin həllini necə görürsünüz?
- Mən yalnız bir yol görürəm: hərbi yol. Əgər danışıqlar yolu ilə Qarabağ qayıtsa, ölkə rəhbərinə brillyantdan heykəl qoymaq lazımdır ki, o qədər insanımız sağ qalacaq. Müharibəni ən çox sevməyən zabitlərdir. Biz bilirik ki, müharibə nə deməkdir. Bu anaların gözüyaşlı qalmasıdır, bacıların qardaşsız qalmasıdır, evlilərin dul qalmasıdır və s...
- Əgər müharibə olsa tərəflərin qələbə potensiallarını necə qiymətləndirirsiniz?
- Döyüş elə bir şeydir ki, onu əla planlaşdırarsan, amma bir nüans bu planı heç edər. Və yaxud bir ürəkli oğlanın hərəkətləri qələbəni yaxınlaşdırar. Amma müharibə elə şeydir ki, onu dövlət aparır, ordu yox. Dövlət buna tam hazırdırmı? Dövlət təkcə müharibə aparmalı deyil, beynəlxalq ictimaiyyəti, qonşuları buna hazırlamalıdır. Rusiya, İranın hazırlanması vacibdir. Müharibə başlasa təkcə hazırda orduda xidmət edənlər döyüşməyəcək, bütün millət döyüşəcək. Hazırıqmı? Hesablamalara görə, sülh vaxtının ordusu əhalinin 1-1,5 faizini təşkil edir, müharibə zamanı bu göstərici 10-12 faizə çatır. Yəni bu gün orduda olan əsgər əslində şagirddir. Tam öyrədiləndə ona hərbi bilet verilir. Müharibə başlayanda isə həmin 12 faizin hazırlığı söhbət mövzusu ola bilər. Yəni ki, müharibə zamanı manqanın 10 nəfərindən yalnız biri real hərbi xidmətdə olan olur, o isə patron, yemək daşıyır. Döyüşənlər isə səfərbərliklə çağırılanlardır. Beləcə dövlət müharibəyə hazır olmalıdır.
- Azərbaycan və Ermənistan ordularının real gücü necədir?
- Həmişə düşməni özündən ağıllı və güclü bilməlisən. Mütləq düşmənə ağılla yanaşmaq lazımdır. Əgər silah sayını müqayisə etsək, tankların, təyyarələrin sayı müharibənin gedişini həll edən məsələ deyil. Biz müharibəyə hazır olmalıyıq. Amma sabah müharibə başlasa nə Azərbaycan Yerevanı, nə də Ermənistan Bakını vuran deyil. Bəs onda S-300 kimi silahlar nəyə lazım?!
- Ermənilər Xankəndində aeroport açmağa hazırlaşrılar. Sizcə vəziyyət necə olacaq?
- Aeroport böyük ehtimalla açılacaq. Uçuşlar da yəqin ki olacaq. İlk növbədə Yerevana.
- Azərbaycanın buna reaksiyası necə ola bilər? Azərbaycan vura bilərmi o təyyarələri?
- Ermənilər nə deyirlərsə sonra onu edirlər. Qanunsuz seçkilər keçirirlər, indi də aeroportu açmağa hazırlaşıdlar. Azərbaycanın aeroporta enən və qalxan təyyarələri vurmağa tam hüququ çatır. Amma proqnoz vermək çətindir. Bilin ki, ordumuz həmişə müharibəyə hazırdır.
- Bu günlərdə Ermənistan Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəisi bir sıra açıqlamalar vermişdi. Doğrudan mı müharibə dövründə erməni kəşfiyyatı Azərbaycandan üstün idi?
- Kəşfiyyatın çox növü var. Onlardan biri də ordu kəşfiyyatıdır. Etiraf edək ki, müharibənin gedişatında -1992-93-cü illərdə radio-elektron kəşfiyyat ermənilərdə güclü idi. Rusiyanın bu prosesə dəstəyi olub-olmaması başqa söhbətin mövzusudur. Onu bildirim ki, erməni kəşfiyyatında çox dillərdən istifadə olunurdu. Amma bircə talış dilini eşitməmişdim. Efiri bağlayıb yalan informasiyalar buraxırdılar. Kiçik birləşmələrimizi azdıra bilirdilər. Amma hazırda Azərbaycan ordu kəşfiyyatı baxımından üstün hesab edilə bilər. Yeri gəlmişkən, əgər erməni general kokteyl söhbəti edibsə, artıq o kəşfiyyatla məşğul olmadığını etiraf edib. Kəşfiyyatçılar belə danışmırlar.
- Sizcə bu gün Azərbaycan və Ermənistan orduları baş-başa gəlsələr nəticə necə ola bilər?
- Kənar ölkələr, xüsusilə də Rusiya qarışmasa Azərbaycan Ermənistan ordusunu milçək kimi məhv edər. Yox əgər Rusiya qarışsa, onda vəziyyət çox gərginləşə bilər. Amma əminəm ki, Gürcüstandakı olaylardan fərqli olaraq Rusiya ordusu Azərbaycana qalib gəlmək üçün həddən artıq çox qan tökəcəklər.
Milaz.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
|