JURNALİSTLƏRİN GÖZÜ YOLDA QALIB
Tarix: 21-11-2011, 14:01 |
Çap et
“MEDİA AÇARI” MÜKAFATI DEKABRDA TƏQDİM OLUNACAQ
“Media açarı” mükafatının təqdimatını dekabr ayına planlaşdırırıq”. Noyabrın 21-də “Media forum” saytına açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyib.
O bildirib ki, mükafatın təqdimetmə mərasimi dekabrın 20-25-i arası olacaq.
“Media açarı” mükafatı son dəfə 2010-cu il iyulun 23-də bu nominasiyalar üzrə təqdim olunub:
- İlin reportyoru;
- İlin şərhcisi;
- İlin media adamı;
- İlin xəbər proqramı.
Nominantlar diplom, “Media açarı” və qiymətli hədiyyələr təqdim olunub. Qaliblər ekspert sorğusunun nəticələrinə əsasən müəyyənləşib. 30 ekspert medianı, 30-u siyasi dairələri və dövlət təşkilatlarını, 40-ı elm, incəsənət və QHT sferasını təmsil edib.
1997-ci ildən bəri 22 İyul Azərbaycan Jurnalistikası Günü münasibətilə təqdim olunan “Media açarı” mükafatı 2011-ci ilin yayında təxirə salınıb.
Mükafatın təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyidir.