CAVİD QURBANOVUN İDARƏSİNİN MAŞINI AŞDI
Tarix: 21-09-2011, 12:19 |
Çap et
ÖLƏN VƏ YARALANANLAR VAR
Azərbaycanın Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 20-də saat 20.15 radələrində Şəmkir rayonu ərazisində, Goranboy rayon sakini Təyyar Alıyevin idarə etdiyi "Azəryolservis" ASC-yə məxsus "Mitsubishi" markalı avtomaşının təkəri partlayıb. Nəticədə T. Alıyev idarəetməni itirdiyindən avtomaşın yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn Ağstafa rayon sakini Münasib Bəhrəmovun idarə etdiyi "Mercedes" markalı avtomaşına dəyərək aşıb. T. Alıyev aldığı xəsarətdən hadisə yerində ölüb.