“PALMALİ” MÜBARİZİN QARDAŞI TÜRKİYƏNİN KONSULU OLDU
Tarix: 18-11-2011, 17:05 |
Çap et
LƏNKƏRANDAKI TÜRK KONSULLUĞUNA MAİS MƏNSİMOV RƏHBƏRLİK EDƏCƏK
“Türkiyə Cümhuriyyəti Azərbaycanın Lənkəran şəhərində açılacaq fəxri konsulluğunun başında Mais Mənsimovun dayanmasına qərar verib”.
APA-nın cənub bürosunun məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.
Səfir bu təyinatın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də bəyənildiyini bildirib.
Səfir açılışı gələn ilin əvvəllərində reallaşacaq fəxri konsulluğun fəaliyyətə başlaması ilə iki qardaş ölkə arasında münasibətlərinin daha da artacağına, iqtisadi əlaqələrin genişlənəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, tanınmış iş adamı Mübariz Mənsimovun qardaşı Mais Mənsimov “Xəzər Lənkəran” klubunun prezidentidir.