Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib .....                     AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək .....                 

ƏLİ HƏSƏNOV MÜXALİFƏTƏ SİLAHLANMA TƏKLİFİ ETDİ
Tarix: 18-11-2011, 14:33 | Çap et
ƏLİ HƏSƏNOV MÜXALİFƏTƏ SİLAHLANMA TƏKLİFİ ETDİ

PA RƏSMİSİ NİYƏ ƏVƏZ ZEYNALLIDAN DANIŞMADI?

Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi

- Bir müddət əvvəl ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay belə bir açıqlama ilə çıxış etdi ki, Azərbaycanda iqtidar və müxalifətdən dialoq təşəbbüsü yoxdur. Doğrudanmı ölkədə dialoq, dialoq təşəbbüsü yoxdur?

- Bilirsiniz, dialoqla bağlı məsələyə dəfələrlə münasibət bildirmişik ki, cəmiyyətdə dialoq həmişə mövcuddur. Bu dialoq müxtəlif vasitələrlə aparılır. Məsələn, KİV vasitəsilə müxalifət iqtidara, iqtidar müxalifətə sözünü deyir, parlament iclaslarında iqtidar və müxalifət deputatları bu və digər məsələləri müzakirə edirlər ki, bu özü də bir dialoqdur. Ayrı-ayrı konfranslarda, toplantılarda biz müxalifət nümayəndələri, partiya təmsilçiləri ilə dialoq aparırıq. Mən bundan fərqli dialoqu təsəvvür edə bilmirəm. Məsələn, Liviyada Qəddafinin əleyhdarları ilə tərəfdarları arasında müharibə gedirdi. Bu müharibəni dayandırıb, bir dialoqa gəlmək orada bir çağırış idi. Bu sözləri Misirdəki inqilabçılarla dövlətin ordusu arasında gedən müharibəyə də aid etmək olar ki, dialoq çağırışları orada da var idi. Bu çağırışlar silahlı qarşıdurmanın dayandırılmasından ötrü edilirdi. Əgər söhbət belə bir dialoqdan gedirsə, hesab edirik ki, Azərbaycanda buna ehtiyac yoxdur. Çünki Azərbaycanda vətəndaş həmrəyliyi, vətəndaş birliyi var. İnsanlar sakit, rahat yaşayır, gündəlik işləri ilə məşğuldurlar. Hakimiyyətdəkilər də, hakimiyyətə müxalif olanlar da öz işləri ilə məşğul olurlar. Seçkidən-seçkiyə iqtidar da, müxalifət də yarışa çıxır, kim daha çox səs qazanırsa, o da müvafiq olaraq hakimiyyət mandatlarına yiyələnir və s. Bunlar normal proseslərdir. Burada ayrıca dialoq tələbləri qoymaq, sadəcə, gündəmə gəlmək üçün əlavə vasitədir, cəhddir. Ola bilsin, cəmiyyətin, dövlətin ictimai-siyasi həyatının gündəminə effektiv təsir göstərə bilməyən insanlar bu yolla fəaliyyətdə olduqlarını sərgiləmək istəyirlər.

- Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycanın müxalifət partiyalarına aksiya keçirmək üçün təklif olunan Səbail rayonunun ərazisində yerləşən meydan təmir olunsa da, müxalifət partiyalarının təmsilçiləri həmin yerdə aksiya keçirmək niyyətində olmadıqlarını bildiriblər. Buna münasibətiniz necədir?

- Sözün düzü, bu məsələni Prezident Administrasiyası səviyyəsinə qaldırıb siyasiləşdirmək istəmirəm. Siyasi partiyaların kampaniya aparmaq, seçiciləri ilə görüşmək, öz fikirlərini insanlara çatdırmaq üçün imkanları və haqları var. Bunlar - mitinq, seçki dövründə təşviqat məqsədilə görüşlər keçirmək və s. - konkret olaraq yerli qurumlarla həll olunacaq məsələlərdir. Bu və digər imkanlar daim yaradılıb, bundan sonra da yaradılacaq. Azərbaycan demokratik dövlətdir, dövlət həyatında baş verən proseslər, o cümlədən siyasi plüralizm, demokratik yarış mühiti indiyədək olduğu kimi, bundan sonra da olacaq.

- Bu yaxınlarda bəzi qəzetlərdə İctimai Palatanın 2 aprel aksiyasında tutulan şəxslərin azadlığa buraxılacağı haqda məlumat verilmişdi. Bu, nə qədər doğru xəbərdir?

- Əlbəttə, hər bir həbsdə olan insanın azadlığa çıxması eyni zamanda, hakimiyyətin ən böyük arzusudur, istəyidir. Heç bir hakimiyyət istəməz ki, onun cəmiyyətində azadlıqdan məhrum olunaraq həbs edilmiş insanlar olsun, insanlar qanunları, asayişi, normaları pozsun, başqalarının istirahətinə mane olsun, başqalarına xəsarət yetirsin, nəticədə cəza alsın. Bunu heç bir hakimiyyət istəməz, biz də istəmirik. Biz də arzu edirik ki, o insanlar yaxın zamanlarda çıxsınlar, normal vətəndaş həyatı yaşamaqda davam etsinlər. Amma ictimai asayişi və qanunları, şəhərin sabit həyatını pozan, polisə müqavimət göstərən, asayiş keşikçilərinə həqarət yağdıran, onları daşa basan, insanların mülkiyyətinə, əmlakına zərər vuran, dükanlarını dağıdan insan üçün başqa tərbiyə yolu, nümunəsi yoxdur. Biz hüquqi dövlət qururuq. Biz bu hüquqi dövləti qurmağı dünyadan, Avropadan öyrənmişik. Bütün dünyada olduğu kimi, bizdə də bu əməlləri törədən insanlar həbsə məhkum olunurlar. Bu, Avropada da, Amerikada da, dünyanın digər yerlərində də belədir. Kimsə hesab edirsə ki, bu, yalnız bizim ölkədə baş verir, böyük səhv edir.

- Həbsdən söz düşmüşkən, bəzi müxalifət partiyaları və qəzetləri “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbsinin siyasi sifariş olduğunu iddia edirlər...

- Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Çünki adını çəkdiyiniz adamın hazırda istintaqı gedir. Mənim işlədəcəyim hər hansı fikir, ifadə qarşı tərəfdən məhkəməyə təsir, təzyiq kimi görülə bilər. Ona görə də istəyirəm ki, məhkəmə işə ədalətli şəkildə baxsın. Amma onu bildirmək istəyirəm ki, illərlə həmin müxalifət partiyalarının, o cümlədən müxalifət təmsilçilərinin, ayrı-ayrı qəzet nümayəndələrinin həm “Xural” qəzetinə, həm də bu gün hüquqlarını müdafiə etdikləri digər qəzetlərin əməkdaşlarına qarşı məhkəmə iddiaları olub. Prosesləri də udublar, sadəcə, məhkəmə qərarlarına tabesizlik olduğundan qərarlar icra edilməyib. Bu gün ortada millət vəkilinin və digərlərinin konkret şikayətləri var. Məhkəmə qərarı olandan sonra, məsələnin ictimai müzakirəsi zamanı mən də fikrimi bildirəcəyəm.

- Jurnalistlər üçün nəzərdə tutulmuş binanın təməlqoyma vaxtı ilə bağlı müxtəlif açıqlamalar verilib. Lakin bu günə qədər binanın təməli qoyulmayıb. Jurnalistlər üçün nəzərdə tutulmuş binanın tikintisinin yubanmasının səbəbi nədir?

- Sağlıq olsun, 2013-cü ilin avqust ayında jurnalistlərin binasının açılışını edib, orderləri paylayacağıq. Jurnalistlərimiz 21 aydan sonra 154 mənzilli, 2 bloklu, qarajlı və digər təminatları olan, yalnız mebelə ehtiyacı olacaq mənzillər alacaqlar.

- Ziyalılar Forumunun keçirilməsi və professor Rafiq Əliyevin Neft Akademiyasının kafedra müdiri vəzifəsindən çıxarılmasına münasibətini bilmək istərdik...

- Sözün düzü, bu məsələyə də bilavasitə münasibət bildirmək, bununla da məsələni siyasiləşdirmək istəmirəm. Amma eyni zamanda, təəssüf edirəm ki, bu məsələni siysiləşdirməyə cəhd göstərənlər var. Əvvəla, “forum” adlandırdığınız 16-17 nəfərin iştirak etdiyi “Eldar Namazovun qrupu”nun iclasına qədər Rafiq Əliyev kafedra müdiri vəzifəsindən çıxarılmışdı. Lakin ali məktəbdə professor vəzifəsi saxlanmaq şərti ilə... Bu gün bir insanın kafedra rəhbəri olması, yaxud kiminsə təyinatı, kiminsə çıxarılması məsələləri təhsil qanunvericiliyi ilə bir ali məktəbin daxili işidir. Bir ali məktəbin daxili işini siyasiləşdirib, az qala beynəlxalq səviyyəyə qaldırmağın özü onu göstərir ki, bəlli siyasi qüvvələr daxildə və xaricdə Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaq, Azərbaycan cəmiyyətinin mövcud sabit durumunu pozmaq istəyir. Bəziləri insanları, ziyalıları, ali təhsilli şəxsləri, ali məktəblərin ayrı-ayrı kateqoriyadan olan müəllimlərini bir-birinə qarşı qoymağa, bundan istifadə edərək kimlərinsə siyasi ambisiyasını təmin etməyə çalışırlar. Eldar Namazov uzun müddət məmur olub, Prezident Administrasiyasında çalışıb. Prezident Administrasiyası, yaxud digər dövlət qurumlarının cəmiyyətin idarəçiliyi istiqamətində keçirdiyi tədbirləri günah, nöqsan, həqarət sayırsa, Eldar Namazovun özü onları vaxtilə həyata keçirib, özü də bunu indikindən qat-qat sərt şəkildə edib. Dövlət vəzifəsindən qovulan bir adamın dövlətə qarşı belə həqarəti tam anlaşılandır. Eyni zamanda, qarşıdan seçki gəlir, Eldar Namazov bəyan edib ki, seçkilərdə iştirak edəcək və onun bütün bu hərəkətləri seçkilərdə namizəd kimi iştiraka hesablanıb. Deməli, ətrafına insan yığmaq istəyir. Həmin insanları hansısa şəraitə, situasiyaya salıb dövlətlə, cəmiyyətlə müəyyən qarşıdurmaya gətirib, bununla, siyasətin gündəminə gəlməyə çalışır. Amma hansı yolla gündəmə gəlir-gəlsin, əgər siyasətçi siyasi fəaliyyətində səmimi deyilsə, onun siyasi fəaliyyəti cəmiyyətin istək və arzuları ilə üst-üstə düşmürsə, insanlar tərəfindən dəstəklənmirsə, insanlar səmimi şəkildə onun simasında gələcək liderini görmürlərsə, hansı yola əl atır-atsın, bunlar sabun köpüyü effekti verə biləcək şeylərdir. Bir alimin bəlli bir fəaliyyət imkanları var, hər biri insan bəlli bir mərhələdən sonra tutduğu vəzifəni tərk etməlidir, bu, həyatın, cəmiyyətin qanunudur. Heç kim də cəmiyyətin, həyatın qanununa qarşı çıxıb, cəmiyyətdə, həyatda lider ola, uzunmüddətli şöhrət qazana bilməz.

- Baş verənlərə müxalifət partiyaları və qəzetlərinin baxışını, münasibətini necə qarşılayırsınız?

- Əlbəttə, bir-iki müxalifət partiyası və müxalifət “lider”i, onların maliyyələşdirdiyi, xaricdən maliyyələşən bir-iki mətbu orqan var ki, dünyada Azərbaycanla bağlı nə pis şey var, çəkib ölkəyə gətirirlər. Azərbaycan dövlətinə, iqtidarına, xalqına nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan dövlətinə, xalqına nə qədər yaxşıdırsa, onlar üçün bir o qədər pisdir. Bu insanlar Azərbaycan dövlətinin müvəffəqiyyətlərindən gecə-gündüz əriyirlər. Sanki bu millət onlar üçün düşməndir. Hətta vəziyyət o həddə çatıb ki, “Eurovision” yarışının, beynəlxalq konfransların, tədbirlərin Azərbaycanda keçirilməməsi üçün səbəb axtarırlar. Azərbaycanın dünyada yaxşı dövlət kimi tanınmamasını istəyirlər, bundan ötrü hər şeyə əl atırlar. İnanın, son dövrlərdə dünyanın heç bir ölkəsində bu xislətli müxalifətə rast gəlməmişəm. Nə Ermənistanda, nə Gürcüstanda, nə Rusiyada, nə bizi əhatə edən digər post-sovet ölkələrində, nə Avropada bu xislətli müxalifət var. Hətta Afrika ölkələrində belə, bəzən müxalifət əlinə silah alıb mərdi-mərdanə vuruşur, daha bunlar kimi dövlətə, millətə xəyanət yolunu tutmurlar. Əlbəttə, bu dediklərimi bütün müxalifətə, bütün müxalifət mətbuatına şamil etmirəm. Amma bir-ikisi var ki, onlar məhz dediyim yolu tutublar. Biri xaricdə oturub, guya ki, Azərbaycan xalqının dərdini çəkir... Adama sual verən lazımdır ki, axı sənin bu xalqa aidiyyətin, bu xalqla bağlılığın varmı? Sən bu xalqın dərdini çəkəndinsə, niyə Azərbaycan xalqından oğurladığın sərvətləri neçə ildir, xaricdə dağıdırsan! Belə məsələləri görəndə, bu müxalifətə görə sadəcə utanıram. Bu yaxınlarda Gürcüstanda ATƏT-in təşkilatçılığı ilə bir tədbir keçirilib. Orada bizimkilər özlərini o qədər aşağı səviyyədə aparıblar ki, mən bunu orada iştirak edən işçimizdən eşidəndə, dəhşətə gəldim. Dəfələrlə televiziyada görmüsünüz yəqin, erməni ilə konyak vurub, Azərbaycanın gələcək müvəffəqiyyətlərinin sağlığına içirlər... Bizə dəfələrlə Avropa və dünya ölkələrindən informasiyalar daxil olub ki, həmin o adlarını çəkmək istəmədiyim müxalifət partiyalarının sədrləri bəzi beynəlxalq təşkilatlarda söz veriblər ki, “Siz bizi hakimiyyətə gətirin, Dağlıq Qarabağ problemini siz istədiyiniz şəkildə həll edək, Cənubi Qafqazda nə istəyirsiniz edək”. Adam belə şəxslərlə bir ölkədə yaşadığına, onlarla eyni dövlətin vətəndaşı olduğuna görə utanır.

- Dağlıq Qarabağ danışıqları ilə bağlı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Ümumi durum, əlbəttə, könülaçan deyil. Azərbaycan tərəfi danışıqların bu dinamizmindən razı deyil. Cənab prezident də dəfələrlə bəyan edib ki, bu vəziyyət bizi qane etmir. Ümidverici yeganə məqam odur ki, mövcud “status-kvo”nun davam etməsinin qeyri-mümkünlüyü ilə bağlı həmsədr ölkələrin iradəsi ortadadır. Həm ABŞ, həm Fransa, həm də Rusiya tərəfi, o cümlədən dövlət başçıları səviyyəsində son bir ildə bəyan ediblər ki, mövcud “status-kvo” davam edə bilməz, Dağlıq Qarabağ problemi bu vəziyyətdən çıxmalı, məsələ həll olunmalıdır. Biz buna ümid edərək danışıqları davam etdiririk və güman edirik ki, bu üç dövlətin iradəsi özündə müəyyən təzyiq mexanizmlərini də ehtiva etməklə Ermənistanı konstruktiv yola gətirə bilər. Çünki bu ölkələrin iradəsindən, onların Ermənistana göstərəcəyi təzyiqdən çox şey asılıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru