
SAKİNLƏR TƏXLİYƏ EDİLDİLƏR
Ötən axşam Bakıda yaşayış binasında yanğın olub. Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 55 kv.m olan üçotaqlı mənzilin bir otağı ev əşyaları ilə birliudə yanıb. Yanğın zamanı 20 nəfər bina sakini (o cümlədən 6 nəfər uşaq) yanğınsöndürənlər tərəfindən təxliyə ediliblər. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.