RAMİZ MEHDİYEVİN DƏ «VARİS PLANI» VAR İMİŞ
Tarix: 26-12-2012, 11:55 | Çap et
 NAXÇIVANLILAR QRUPLAŞMASI PA RƏHBƏRLİYİNƏ KİMİ HAZIRLAYIR?
DİA.AZ: - Bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yeni müavinlərin təyin edilməsi heç də birmənalı qarşılanmadı. Doğrudur, sonradan bəzi mətbu orqanlarda bu təyinat fərqli formada təqdim olundu və bu zaman ikiləşmə də nəzərdən yayınmadı. Bir qrup iddia etdi ki, əslində yeni təyin olunan müavinlər Ramiz Mehdiyevin köməkçiləridir və əslində vəziyyət heç də dəyişməyib. Başqa bir qrup isə iddia etdi ki, yeni təyin olunan 4 müavindən üçü dünənə qədər konkret olaraq Ramiz Mehdiyevin əleyhinə fəaliyyət göstərdiklərindən və yaxud da PA şefinə qarşı əks cinahda dayandığından baş verənlər birbaşa olaraq «boz kardinal»a qarşı yönəlib.
Hər halda, bütün tərəflərin özünəməxsus arqumentləri olsa da, burada kifayət qədər fərqli məqamların olması da nəzərdən yayınmadı. Söhbət ondan gedir ki, PA rəhbərinə yeni müavinlər məhz ona qarşı kəskin hücumların baş qaldırdığı bir zamana təsadüf etdi və bu bir faktdır ki, artıq Ramiz Mehdiyevin zərərsizləşdirilməsi yönündə çox ciddi addımlar atılır ki, bu da ona yeni köməkçilərin yox, yeni problemlərin bəxş edilməsi arqumentini gücləndirmiş olur.
Onu da bildirək ki, DİA.AZ redaksiyasına bu təyinatlarla bağlı ilginc bir izahat xarakterli məlumat da ötürülüb. Öüzünü hakimiyyətə yaxın birisi kimi təqdim edən naməlum mənbənin redaksiyamıza yazdıqlarını sizinlə bölüşmək qərarına gəldik:
«Mən hakimiyyətdə uzun müddət təmsil olunan birisiyəm və istəyirəm ki, bildiklərimi sizinlə paylaşım. Prezident Adminstrasiyasında son təyinatlardan sonra naxçıvanlılar qruplaşmasında ciddi yerdəyişmələr müşahid olunmaqdadır. Təyinatlardan öncə Ramiz müəllimin ən yaxın adamı Əli Həsənov sayılırdı və demək olar ki, bütün işlər onun vasitəsilə həyata keçirilirdi. Əli Həsənov da öz növbəsində Ramiz Mehdiyevin kölgəsində güc toplamaqla məşğul idi, lakin son təyinatlar bu qruplaşmaya bir çox problemlər yaratdı».
Daha sonra Əli Həsənovun iqtidardakı dəstəkverici güclərindən danışan mənbə iddia edir ki, ona yaxın olan fiqurlar arasında Səttar Mehbalıyevin, İbrahimov qardaşlarının və digərlərinin adlarını çəkə bilər: «İndi vəziyyət tamam fərqlidir. Ramiz Mehdiyev çox zəifləyib. Arxalana biləcək çox az adamı var. Müavinləri birbaşa olaraq ona rəqibdir və onlarla yol gedə bilməz. Qalır ancaq Əli Həsənov. Amma ona da etibar edə bilməz. Çünki Əli Həsənovun özü də naxçıvanlılar qruplaşmasının bəzi üzvləri ilə danışıqlar aparır. Və əsas məqsədi Ramiz Mehdiyevə qarşı mübarizə aparan qrupda təmsil olunmaqdır.
Amma buna qədər Gənclər və İdman Naziri Azad Rəhimova qarşı kompramatlar toplamaq, onun əleyhinə təbliğat aparmaq barədə tapşırıqlar alıb. Buna paralel olaraq Əli Həsənova yaxın mətbuatda xarici işlər naziri Elmar Məmmədyarov da açıq şəkildə vurulur ki, bu da bəlli bir planın tərkib hissəsidir».
Daha sonra Ramiz Mehdiyevinin gedişinin labüdlüyündən danışan mənbəmiz iddia edir ki, onun yerinə ən şanslı namizədlərdən biri elə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdur: «Əli Həsənovun bu posta gətirilməsi üçün naxçıvanlılar qruplaşmasının bəzi üzvləri indidən hərəkətə keçiblər. Ona görə də Əli Həsənovun bəzi dairələrlə münasibətlərini ən azından qaydasına salması lazımdır ki, baş verəcək təyinata kimsə mane olmasın. Ramiz Mehdiyev isə kifayət qədər zəiflədiyindən bu proseslərin qarşısını ala bilməz. Sadəcə olaraq, bir yaxın adamı kimi Əli Həsənovun varisliyi üzərində düşünə, baş sındıra bilər».
Bütün tərəfləri dinləməyə hazırıq.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|