
ANKARADAN TEHRANA TERRORA DƏSTƏK İTTİHAMI
Terrorçu Kürd Fəhlə Partiyası (PKK) zəif mühafizə olunan İran sərhədindən logistika məqsədləri üçün istifadə edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin daxili işlər naziri İdris Naim Şahin "Tudeys Zaman" qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, PKK İran ərazisindən təlim, müalicə, silah və maliyyə vəsaitlərinin nəqli üçün istifadə edir.
"Əvvəlki illərlə müqayisədə bu gün PKK üzvləri İran ərazisində sərbəst yerləşirlər. Tehranın öz ərazilərinin müdafiəsini gücləndirməsi vacibdir", - Şahin bildirib.