RAMİZ MEHDİYEVDƏN HAKİM PARTİYAYA ALTERNATİV
Tarix: 13-12-2012, 14:45 |
Çap et
PA ŞEFİ İNDİ DƏ YENİ OYUNA BAŞLAYIRDİA.AZ: - «Azərbaycanda yeni siyasi təşkilat yaranır». Bu məlumat DİA.AZ-a məmurlardan birinin yaxın çevrəsindən daxil olub. Mənbə iddia edir ki, Azərbaycanın kifayət qədər nüfuzlu məmurlarından biri Prezident Administrasiyasının sifarişi ilə yeni siyasi təşkilat yaratma yönündə hərəkətə keçib.
Mənbənin söylədikləri: «Son zamanlar Administrasiya ilə hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi arasında ciddi gərginlik yaşanılır. YAP-dan gələn açıqlamaları PA rəsmiləri, PA-dan verilən açıqlamaları isə YAP üzvləri inkar etməkdə, bir-birilərinə əks fikir söyləməkdədirlər. Bu isə əslində iqtidar içində son günlər hökm sürən atmosferlə əlaqədardır».
Mənbəmiz bildirir ki, məmurlardan birinə birbaşa olaraq Ramiz Mehdiyev tərəfindən hakim partiyaya alternativ təşkilatın yaradılması barədə göstəriş verilib: «Çox ustaca hazırlanan plana görə, yeni yaradılacaq partiya dərhal İlham Əliyevin namizədliyini irəli sürəcək və bundan sonra hakimiyyətin siyasətini olduqca sərt formada müdafiə edəcək».
Mənbəmiz bildirir ki, yeni yaranacaq təşkilatın rəhbərliyi hələlik müəyyən olunmasa da, konkret iş gedir və bir sıra tanınmış şəxslərin həmin təşkilatda təmsil olunması gözlənilir.