AXCP ÜZVÜ ZAKİR QARALOVA MÜRACİƏT ETDİ
Tarix: 13-12-2012, 13:24 |
Çap et
"MÜSTƏNTİQ MƏNİ QƏBUL ETMƏDİ"AXCP üzvü, hüquq müdafiəçisi Musa Rahim Respublika Prokurorluğuna müraciət edib.Avropa.info-ya açıqlamasında hüquq müdafiəçisi bir müddət öncə Nəsimi rayon polis idarəsinə getdiyini və AXCP üzvü Dəyanət Babayevin işini aparan müstəntiqlə görüşmək istədiyini deyib." Nə qədər təkid etsəm də müstəntiq məni qəbul etmədi. Gah təcridxanaya getməsini ,gah da işinin çox olduğunu bəhanə gətirərək, məni bir də dekabrın 11-də qəbul edəcəyini dedi.Lakin sonra da sözündən qaçdı.Hamı bilir ki,Dəyanət Babayevlə bağlı qaldırılmış cinayət işi siyasi sifarişdir.Mən yenə də öz tələbimin üstündə israrla dayanıram.Dəyanət bəy heç bir xuliqanlıq etməyib.Əksinə mənə hücum edən adamdan məni qorumaq istəyib".
Xatırladaq ki, AXCP üzvü Dəyanət Babayev noyabrın 17-də "Parlament buraxılsın" tələbi ilə keçrilən aksiyada həbs olunmuş və 7 sutka inzibati həbs cəzası almışdı. Sonradan sutkalıq cəzası bitən gün ona cinayət işinin açıldığı bildirilərək həbsdə saxlanmışdı. DİN AXCP üzvünün noyabrın 7-də xuliqanlıq etdiyini bildirərək ona bu səbəbdən cinayət işi açıldığını deyir.Hadisə zamanı Dəyanət Babayevlə bərabər Musa Rahim və AXCP üzvü Elvin Baycan da orada olublar. Bir çox hüquq müdafiə təşkilatları və siyasi partiyalar isə bu ittihamları qondarma sayır.