ZƏRDABDA TƏXRİBATÇI MOLLA PEYDA OLUB
Tarix: 8-12-2012, 12:40 |
Çap et
SÜNNİ-ŞİƏ DAVASINA CƏHDZərdab rayonu Xanməmmədli kəndində qəribə olay yaşanıb.
Avropa.info-nun əldə etdiyi məlumata görə, kənd məscidində Məhərrəmlik ayı ilə əlaqədar "İmamın 7-si" adlandırılan mərasim keçrilən zaman mübahisə düşüb. Belə ki, mərasimlə əlaqədar Göyçay rayonundan Zərdab rayonu Xanməmmədli kəndinə gələn Kərbəlayi Həsən adlı bir molla moizə söyləyərkən Peygəmbərin (s.a.s) səhabəsi , İslam dininin 2-ci xəlifəsi Ömər bin Xəttab (r.a) haqqında xoşagəlməz sözlər danışaraq, ona lənət oxuyur. Molla iddia edir ki, Peygəmbərin nəvəsi İmam Hüseyni (r.a) məhz Ömər (r.a) öldürtdürüb. Lakin kənd sakinlərindən ali təhsili iki gənc mollanı yalançılıqda günahlandıraraq İmam Hüseynin şəhadəti zamanı Ömər bin Xəttabın (r.a) çoxdan həyatda olmadığını deyirlər. Gənclər mollaya, "sən 5-10 manat pul qazanmaq üçün Göyçaydan bura neçə kilometir yol gəlmisən. Ancaq öz şəxsi marağın üçün.Xəlifə Ömər isə min kilometrlərlə məsafəni Allah yolunda döyüşmək üçün çıxırdı", deyərək kəndi tərk etməsini tələb ediblər.Lakin kənd ağsaqqallarının işə qarışmasından və qonağı qovmağın düzgün omadığını başa salandan sonra aranı sakitləşdirmək mümkün olub.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə bir müddət öncə bu tipli söhbətlər aparan mollaların cəzalandırılacağını demişdi.