PREZİDENT MÜXALİFƏTİ GÖRÜŞƏ ÇAĞIRDI
Tarix: 7-12-2012, 10:33 |
Çap et
MİSİRDƏ VƏZİYYƏT GƏRGİN OLARAQ QALIRDekabrın 6-sı axşam saatlarında Misir paytaxtı Qahirədə hakim “Müsəlman qardaşlar” hərəkatının mərkəzi ofisi yandırılıb. Ofisə 200-dək adamın hücum etdiyi bildirilir. Polis hücumçuları gözyaşardıcı qaz tətbiq edərək uzaqlaşdırıb.
Son məlumata görə, paytaxt Qahirədə müxaliflərlə hakimiyyət tərəfdarları arasında 5 dekabr toqquşmalarında 7 nəfər həlak olub, 600-dən çox adam xəsarət alıb.
Misirdə prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan konstitusiya qəbul olunub. Dekabrın 15-də ana qanun layihəsi ilə bağlı referendum keçiriləcək. Müxalifət bunun əleyhinə çıxır.
Dekabrın 6-da dövlət televiziyası ilə xalqa müraciət edən prezident Məhəmməd Mursi müxalifət liderlərini dialoqa çağırıb. O, dekabrın 8-də partiya rəhbərləri və müxalif gənclərin təmsilçiləri ilə görüşməyə hazır olduğunu bildirib.
Ordu paytaxt Qahirədə vəziyyəti nəzarətə götürüb. Saat 15-dən sonra şəhərin baş meydanı olan Təhrirdə toplaşmaq yasaqdır. Prezident sarayı isə mühasirəyə alınıb.