ARZU RƏHİMOVUN YARITMAZ KADR SİYASƏTİNİN FƏSADI
Tarix: 27-11-2012, 12:19 |
Çap et
DAHA BİR ƏSGƏRİMİZ ÖLDÜDİA.AZ: - Azərbaycan Ordusu daha bir əsgərini itirib.
DİA.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, 18 yaşlı İlham Elməddin oğlu Nağızadə ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib. O, qeyd edib ki, əsgər ağciyər və ürək-damar çatışmazlığından vəfat edib.
F. İsgəndərov Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən 2012-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.
Hər halda, belə bir faktın intensiv xaraker alması Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovun adına yazılası növbəti ayıb kimi qəbul olunmalıdır. Bildirək ki, bu ifadələr, baş verənlərin yumşaq tərzdə şərhi idi...