REDAKTORLAR BİRLİYİ YENİDƏN TOPLANIR
Tarix: 13-11-2011, 13:58 |
Çap et
BU DƏFƏ “GÜNDƏM XƏBƏR”LƏ “XURAL”IN MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQ
DİA.AZ: - Bərpasının ilk günündən bir çox dairələrin qıcığına səbəb olan Redaktorlar birliyi üzümüzə gələn həftə növbəti toplantısını keçirəcək. Bu barədə qurumdan DİA.AZ-a verilən məlumatda deyilir ki, 15 noyabr tarizində saat 13.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Redaktorlar Birliyinin toplantısı keçiriləcək.
Qurumun məlumatında o da bildirilir ki, tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər: “Bu toplantıda həm “Gündəm Xəbər” və “Xural” qəzetləri ilə bağlı məsələlər, həm də mətbuatı narahat edən digər porblemlər müzakirə olunacaq”.