
NAMƏLUM MAŞIN 40-45 YAŞLI KİŞİNİ VURUB
Bakıda naməlum avtomobillə 40-45 yaşlı kişi vurulub.
Xəzər rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binə qəsəbəsi ərazisində dünən saat 19:00 radələrində naməlum avtomobil tərəfindən şəxsiyyəti hələlik polisə məlum olmayan 40-45 yaşlı kişi vurulub. O, hadisə yerinə ölüb.
Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Sürücünün tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.