HAKİMİYYƏT QƏZETİ MƏHKƏMƏDƏ CAVAB VERƏCƏK
Tarix: 10-11-2012, 13:00 |
Çap et
"XƏDİCƏ İSMAYILOVA İŞİ"NƏ BAXILIRAzadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılla “Yeni Azərbaycan” qəzeti redaksiyası və həmin qəzetin baş redaktoru Hikmət Babaoğlu arasındakı məhkəmə çəkişməsinin növbəti «raund»una start verilir.
Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, aylar əvvəl sözügedən qəzetdə haqqında dərc olunan məqaləni özünə qarşı təhqir hesab edən Xədicə İsmayıl şərəf və ləyaqətin müdafiəsi və vurulmuz mənəvi zərərin ödənilməsindən bəhs edən iddia qaldırıb: «Ancaq Xədicə İsmayılın Səbail Rayon Məhkəməsində qaldırdığı iddia tələbləri məhkəmə tərəfindən əsassız hesab olunub».
Məlumatda bildirilir ki, rayon məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub və hakim Azad İmanovun sədrliyi ilə araşdırılır: «Hakim Azad İmanov “Yeni Azərbaycan”a və onun baş redaktoruna qarşı verilmiş şikayəti üzrə noyabrın 12-də prosesi davam etdirəcək»