TÜRKİYƏ ŞİRKƏTİ MASALLIDAN NİYƏ QAÇMALI OLDU?
Tarix: 10-11-2012, 12:04 | Çap et
ŞİRKƏTİN AZƏRBAYCAN NAZİRLİKLƏRİ İLƏ CİDDİ PROBLEMLƏRİ YARANIB
DİA.AZ: - Ölkənin 10-dan artıq rayonunun, o cümlədən Masallı rayonunun da su-kanalizasiya sisteminin qurulmasına bu il start verilib. Bu məqsədlə hər rayonda həmin işlərin görülməsinə 50-100 milyon manat vəsait ayrılıb. Məsələn, Lənkəranda bu məqsədlə görüləcək işlərin məbləği 170 milyon manat, Mingəçevirdə 150 milyon manatdır. Ən az məbləğ ayrılan rayonlardan biri isə Masallıdır – 56 milyon manat.
Bəs bu sahədə işlər necə gedir?
Bu suala cavab verməzdən öncə xatırladaq ki, Masallı rayonu bir dəfə kanalizasiyanın əzablarını yaşayıb. Hələ 25-30 il öncə Masallıya kanalizasiya xətti çəkmək istəyirdilər. Yolları dağım-dağım etdilər, bəzi yerlərdə tramvay xətti kimi dar, qoşa şırımlar çəkdilər, bu məqsədlə yüz min manatlarla pul xərcləndi. Kanalizasiya ərsəyə gəlməsə də, həmin xaraba yolları sahmana salmaq illərlə vaxt apardı. Həmin yeraltı turbalar isə lazımsız əşya kimi torpağın altında qaldı.
İndi yenə də kanalizasiya çəkirlər. Məbləğ daha böyük, məqsəd daha möhtəşəm. Bəs nəticə? Yuxarıdakı “Bəs bu sahədə işlər necə gedir?” sualının cavabına qayıdaq. Masallıda bu işin görülməsi üçün 17 ay vaxt ayrılıb. İşlərə, əsasən, bu ilin fevral ayından start verildiyini nəzərə alsaq, həmin müddətin yarıdan çoxu arxada qalıb. Lakin nəzərdə tutulan işlərin heç 30 faizi də görülməyib. Qarşıda isə qarlı-şaxtalı qış gəlir. Xoş havalarda belə asta-asta işləyənlərin qış aylarında normal fəaliyyət göstərəcəkləri çox şübhəlidir.
Məlumat üçün bildirək ki, bu işi aparan Türkiyənin “Eser” şirkəti rayona 10 milyon dollar dəyərindən artıq texnika gətirib. Burada elə aqreqatlar var ki, dəyəri 1 milyon dollardan artıqdır. Həmin aqreqat daşlı yolu qazır, sonra o daşları xırda-xırda parçalayıb qazılmış və turba atılmış yerin üstünə tökür.
Masallıda su-kanalizasiya işlərini görmək üçün Türkiyə şirkəti yerli işçi qüvvəsindən əlavə Türkiyədən 80 nəfərlik mütəxəssis və fəhlə qüvvəsi gətirib. Redaksiyaya daxil olan məlumata görə, həmin türk mütəxəssis və fəhlələri bu günlərdə işlərini yarımçıq qoyaraq rayonu tərk ediblər. DİA.AZ-a bu barədə rayondakı qaynaqlar xəbər verib.
Səbəb nədir? Mənbənin verdiyi məlumata görə, onların problemi başdan aşır. Belə ki, ilk problem Miqrasiya İdarəsi ilədir. Yəni, onların əcnəbi kimi burada fəaliyyəti lazımınca sənədləşdirilmir və onlara əcnəbi işçi kimi arzu olunan status verilmir. Şirkətin Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tutmuş Fövqəladə Hallar Nazirliyinə, o cümlədən sifarişçi Su Meliorasiya idarəsinə qədər bir çox təşkilatlarla problemləri var. Bu da onunla nəticələnib ki, buradakı işçilər aylarla əmək haqqı ala bilmir, şirkət yanacaqdan tutmuş yemək puluna qədər müvafiq təşkilatlara borcludur.
Şirkətin gördüyü işlər də qüsurludur. Adını açıqlamaq istəməyən mütəxəssisin dediyinə görə, kanalizasiya çəkilən əsas - ana xətdən köməkçi yollara çıxış qoyulmayıb. Bu o deməkdir ki, hər yeni çıxışı açmaq üçün, əsas yol dağıdılmalı, vurulmuş asfalt sökülməlidir.
Rayon icra hakimiyyətinin bu şirkətə təsir imkanları çox aşağıdır. Çünki sifarişçi Azərbaycan Su-Melorasiya Nazirliyidir. Vəsaitin sərəncamçısı da onlardır. Hazırda Masallının əsas küçələri bu qazıntılara görə bərbad vəziyyətdədir. İcra hakimiyyətinin rəsmilərinin bildirdiyinə görə, rayonun bütün əsas küçələrini asfaltlamaq üçün lazımi vəsait var. Lakin su-kanalizasiya sistemi üçün qazılan küçələrdə işlər tamamlanmadığı üçün asfalt döşəmək olmur. Rayon icra hakimiyyətinin iqtisadiyyat məsələləri üzrə müavini Seymur Nuriyev həmin şirkətin rəhbərlərinə istinadən bildirir ki, şirkəti tərk edən türklərin miqrasiya problemi olub. Gedənlər də əsasən sıravi işçilər olub, mütəxəssislər yox. Birləşdirici qurğular da yaxın günlərdə rayona gətiriləcək. İşin sürətləndirilməsi üçün əlavə briqadaların da gələcəyi gözlənilir. Bu günlərdə icra hakimiyyətinin arxasında yeni salınmış küçəyə asfalt döşənəcək. İcra hakimiyyətinin qarşısındakı küçə isə bağlanaraq meydan olacaq. Ən yaxın müddətdə Zərifə Əliyeva, Qarabağ, Azərbaycan küçə və prospektlərinə asfalt döşənməsi planlaşdırılır. Şirkətdən bizə bildiriblər ki, onlar artıq bir sıra borclarını ödəyiblər.
Oxuculara onu da xatırladaq ki, Masallıda su-kanalizasiya sisteminin qurulması üçün tikinti işlərinin təməlqoyma mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edib. Lakin mart ayının ortalarında təntənə ilə qeyd olunan təməlqoyma mərasimindən 7 ay ötsə də, ( Musaküçə dairəsindən Hüseynhacılı kəndinə gedən yolun şimal tərəfi) nəinki burada əlavə işlər görülməyib, az qala tənzimləyici qurğunun olan-qalan qurğuları da dağıdılıb. Qısası, Masallıda 56 milyonluq su-kanalizasiya sisteminin quraşdırılmasında bir sıra məsələlər ciddi sual altındadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|