ELŞAD ABDULLAYEV BARƏDƏ DAHA BİR ŞOK FAKT
Tarix: 8-11-2012, 11:19 | Çap et
ABU-NUN KEÇMİŞ REKTORUNUN MÜBHƏM DANIŞIQLARIFransada siyasi sığınacaq alan MTN-nin xüsusi mühüm işlər üzrə keçmiş müstəntiqi Ramin Nağıyev fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı Avrasiya.net-ə (23-24.10.2012) verdiyi eksklüziv müsahibədə onun siyasi sığınacaq almaq üçün Fransa hökumətini aldatdığını və saxta sənədlər vasitəsilə bu istəyinə çatdığını bildirmişdi. Bunlarla bağlı R.Nağıyev redaksiyaya bir neçə sənəd də göndərib. Dünən həmin sənədləri bir daha göz gəzdirdik. İki sənəd daha çox diqqətimizi çəkdi – biri E.Abdullayevin dindirilmə protokolu, digəri isə sabiq rektorun DIN-in 7-ci şöbəsinin əməkdaşı Rövşən Abbasquliyev adlı şəxslə videosöhbətin mətn yazısı oldu. Düzdür, həmin videoda Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı olaydan söhbət gedir. Amma videodakı söhbət heç də E.Abdullayevin ictimaiyyətə qardaşı Mahir Abdullayevin oğurlanması xəbərini məhz adıçəkilən şöbənin rəisi Vaqif Şəfiyevin tapşırığı ilə R.Abbasquliyev tərəfindən ona çatdırılmasından getmir. Burada videosöhbətlə “Azadlıq” qəzetində (23.10.2012) dərc olunan mətn və E.Abdullayevin R.Nağıyevə, onun isə bizə göndərdiyi mətn arasında böyük fərqin olduğunu üzə çıxırdıq. Birincisi, videosöhbətin sonunda R.Abbasquliyev E.Abdullayevin sonuncu sualına cavab olaraq deyir: “Mənə nə demişən mən də cavablandırmışam. İşə götürəndə sənin xeyrin vardı, adam götürürdün, dedin öyrən, mən də öyrənmişəm. Kimdən soruşub öyrənmisən, sən nə demisən mən də onu demişəm”. Yəni burada söhbət Abbasquliyevin rəisinə cavabından gedir. Təxminən bu cümlələr “Azadlıq”dakı mətnin son cümləsi ilə eynilik təşkil edir. Amma E.Abdullayevin R.Nağıyevə göndərdiyi mətndə isə sonluq belədir: “Bilirsiz rəislə işçi arasında mən hər şeyi dərinə gedə bilmərəm. Sonra siz nazirin qəbulunda olandan sonra gəldi Vaqif müəllim mənə ağzından çıxanı dedi. Dedim Vaqif müəllim, siz mənə necə dediniz, elə də etdim. Dediniz ki, maraqlan, mən də maraqlandım. Soruşdular haradan bilirsən? Dedim siz demisiniz, mən də bilirəm. Vaqif müəllim məni çağırıb yığdılar məni boğaza. Mən də dedim ki, mənə nə demisiz cavab onu vermişəm. Sən nə demisən mən də onu demişəm. Dedin get Elşad müəllimə de ki, Mahiri “banditizm” aparıb, mən də vəzifəmi icra etmişəm. Mənə dedin, mən də dedim yiyəsinə, mənim nə günahım var!!! Mən vəzifəmi icra etmişəm. Mahiri “banditizm” idarəsi oğurlayıb…” E.Abdullayevin “Azadlıq” qəzetinə göndərdiyi növbəti sensasion materialların birində bu məsələ ilə bağlı deyir: “Ən önəmli fakt budur ki, Mahir oktyabrın 13-də oğurlandıqdan sonra, ayın 15-də saat 14.00 radələrində Daxili Işlər Nazirliyinin 7-ci idarəsinin rəisi, polkovnik Vaqif Şərifov bu idarənin əməkdaşı Rövşən Abbasquliyevi yanıma göndərdi. O, mənə bunları dedi: ”Rəisim Vaqif Şərifov mənə tapşırıq verib dedi ki, “Elşad müəllimə çatdır, qardaşı Mahiri gedib Hilal Əsədovun idarəsindən alsın”. Mən bu danışıqları gizli kamera ilə qeydə aldım”. Əslində videoda R.Abbasquliyev E.Abdullayevin bacısı oğlu Azadın onun əməkdaşı olduğu şöbəyə işinin düzəlməsindən danışıb və Mahirin “bandotdel”ə aparılması xəbərinin rəisindən eşitdiyini və Azaddan bunu soruşduğunu söyləyib. E.Abdullayev isə bu videonu ictimaiyyət, Fransa hökumətinə və hüquq-mühafizə orqanlarına elə çatdırıb ki, guya qardaşının oğurlanmasını, hətta onun hara aparıldığını 7-ci şöbənin rəisi də bilirmiş. Halbu ki, həmin şöbənin rəisi sadəcə belə bir xəbərin eşitdiyini və həbs olunanın işə düzəltmək istədiyi adamın qohumu olub-olmadığını işçisi R.Abbasquliyevdən soruşub. O, isə bunu Azaddan öyrənmək istədikdə çox güman ki, Azad bunu E.Abdullayevə çatdırıb. E.Abdullayev isə R.Abbasquliyevi yanına çağırtdırıb onunla söhbətini lentə aldırıb. Nəticədə isə mətnin sonunda onun cavabını başqa formada verib. Guya 7-ci şöbənin rəisi işçisini onun yanına göndərib ki, ona xəbər versin ki, bəs Mahiri “bandotdel” oğurlayıb. Amma halbuki şöbənin keçmiş işçisi videoda bu sözləri işlətməyib. Videokadrda R.Abbasquliyev deyib: “Rəis mənə zəng edib dedi ki, işə düzəltmək istədiyin adamın dayısını aparıblar, nə məsələdir..”. Göründüyü kimi burada R.Abbasquliyev deməyib ki, V.Şərifov ona bu xəbəri E.Abdullayevə çatdırmasının tapşırıb. Daha sonra E.Abdullayev “Azadlıq”a göndərdiyi açıqlamada deyir: “Bundan sonra Abbasquliyev həyəcanlı halda yanıma gələrək məndən köməklik istəyib bunları dedi: “Siz bu məlumatları verəndən sonra məni Ramil Usubov, Zahid Dünyamalıyev və Vaqif Şərifovun iştirakı ilə nazirin iş otağında dindirib sıxışdırdılar. Söydülər ki, nə üçün bu məsələni gedib Elşad müəllimə demisən? Mən də cavab verdim ki, axı burada mənim nə günahım var? Rəisim Vaqif Şərifov mənə tapşırıq verib ki, get, Elşad müəllimə de, mən də gedib demişəm, daha mənlik nə var?” Amma videolentdə Abbasquliyev nazirin otağına çağrılmadığını, V.Şərifov tərəfindən onun otağında danlanıldığını söyləyib. Bütün bunlar onu deməyə əsas verir ki, E.Abdullayev videokadrdakı danışığı işinə yarayan formaya salıb. Yəni bir növ korrektə edib, söhbətdə deyilməyən sözlər mətnə əlavə edilib və bizim hüquq-mühafizə orqanlarına, eyni zamanda fransız dilinə tərcümə edilərək Fransa hökumətinə göndərilib. Həmin videokadrı mətnlə tutuşdurduqda fərqi görmək mümkündür. E.Abdullayevin dindirilmə protokoluna gəlincə isə 17 səhifədən ibarət olan bu sənəddə (15.05.2009)(N105157) onun Baş Prokurorluq Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibov tərəfindən dindirildiyi göstərilib. Sənədin birinci səhifədə zərəçəkimiş qismində E.Abdullayevin bir imzası, ikinci səhifəsində üç , üçüncüsündə isə bir imzası var. Bir də o, imzanı 17-ci səhifədə atıb. Halbuki dindirilmə protokolunda müstəntiqin imzası da olmalıdır. Çox güman ki, E.Abdullayev bu sənədi də saxta düzəldib fransız dilinə tərcümə etdirib. Fransızlar isə bu incəlikləri nəzərə almayıblar. Bu sənəddə o, iddia edir ki, 2003-cü il oktyabrın 17-də universitetin həyətində Rövşanə adlı bir qadın ona yaxınlaşaraq Mahir Abdullayevin harada saxlanıldığını deyib. E.Abdullayev iddia edir ki, Rövşanə ilə bütün söhbətlərini videoya köçürüb. Maraqlıdır bəs niyə həmin videokadr ictimaiyyətə təqdim olunmur? Dünən E.Abdullayev olayı ilə bağlı Nazirlər Kabinetinin sabiq əməkdaşı, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovun (O, ABU-ya lisenziya almaqda köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat almaqda şübhəli bilinir) və iş adamı Arzu Kazımovskinin (Bu şəxs isə E. Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılmasında köməklik etmək məqsədi ilə sabiq rektordan 3 milyon pul almaqda şübhəli bilinir) həbs xəbəri yayıldı. Maraqlıdır, qardaşının azad olunması və deputat seçilməsi üçün bütövlükdə ayrı-ayrı fərdlərə təxminən 10 milyon manat rüşvət verdiyini açıqlayan Elşad Abdullayev Azərbaycan reallığında bu qədər sərvətə necə sahibləndiyini demir? Onu da qeyd edək ki, dəfələrlə E.Abdullayevə bu məsələlərə aydınlıq gətirmək üçün müraciətlərimiz cavabsız qalıb. Onun da mövqeyini dərc etməyə hazırıq.
(Bu E.Abdullayevin R.Nağıyevə, onun isə bizə göndərdiyi videokadrdakı söhbətin 5 səhifəlik materialın sonuncu səhifəsidir. Hansı ki, sonda E.Abdullayev R.Abbasquliyevin son cümlələrinə əlavələr edib. Edilən əlavələr işarələnib)
(Bu isə E.Abdullayevin dindirmə protokolundan bir neçə səhifədir ki, bu səhifələrdə nə onun, nə də onu dindirən müstəntiqin imzası var. Yalniz sonuncu səhifədə imzası var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|