COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

ZAQATALADA GÖRÜNMƏMİŞ BİABIRÇILIQLAR
Tarix: 7-11-2012, 12:43 | Çap et
ZAQATALADA GÖRÜNMƏMİŞ BİABIRÇILIQLAR
MÜSAVATÇI OLDUĞUNA GÖRƏ, EVİNİ TİKMİRLƏR

Mayın 7-də və 18-də Azərbaycanın şimal-qərbində güclü zəlzələ baş verib. Zəlzələnin episentri cənub şəhəri Zaqatalanın 17 km.-də olub. Orada yeraltı təkanların gücü Rixter şkalası üzrə 5,5 bal gücündə olub.
Zaqatala və Qax rayonlarında minlərlə ev və 32 məktəb dağılıb və ya qəza vəziyyətinə düşüb.
Hökumət qışa kimi evlərin, yeni tədris ilinə qədərsə məktəblərin yenidən tikiləcəyini vəd etmişdi. Lakin nə bu, nə də digər vədlər yerinə yetirilmədi, baxmayaraq ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 250 mln. manat ayrılmışdı. Dəqiq məbləğ, işlərin dəyəri, kompensasiyaların həcmi gizli saxlanılır. Regionda korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi, vətəndaşlardan pul qoparılması, məmur özbaşınalığı hökm sürür. Və bütün bunları Fövqəladə Hallar Nazirliyi idarə edir.
Oktyabrın 14-də Balakən rayonunda baş vermiş 6 ballıq zəlzələ vəziyyəti daha gərginləşdirib. Bu zəlzələ nəticəsində 2,5 min ev, obyekt dağılıb və ya qəza vəziyyətinə düşüb. Zərər çəkənlərə demək olar ki, yardım göstərilmir, onlar dövlət tərəfindən unudulub.

Zaqatala – zəlzələdən yeddi ay sonra

Zaqatalada baş verən zəlzələdən yeddi ay keçib. Bu ilin may ayının 7-də Zaqatalada baş vermiş zəlzələ zamanı yüzlərlə ev, məktəb, uşaq bağçası və digər tikililərə ziyan dəyib. Minlərlə sakin evsiz qalıb. Zəlzələdən dərhal sonra hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün qərarlar qəbul edib. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə zəlzələ zamanı dağılmış tikililərin yenidən inşa edilməsi üçün külli miqdarda dövlət vəsaiti ayrılıb. İ. Əliyev və digər yüksək vəzifəli şəxslər fəlakət bölgəsində olub.
Zəlzələdən düz 7 ay sonra Zaqatala rayonunda olduq. Dövlət rəsmlərinin verdiyi açıqlamaların əksinə olaraq rayonda acınacaqlı vəziyyətin hökm sürdüyünün şahidi olduq.

FHN-nin rəsmiləri ayrı-seçkilik edir

Zaqatalada olduğumuz müddət ərzində zəlzələ zamanı dağılmış evlərin heç də hamısının qeydə alınmadığının şahidi olduq. Sakinlərin sözlərinə görə, zəlzələdən dərhal sonra yoxlamaya başlayan komissiya nisbətən ədalətli rəy yazıb. Lakin qısa müddət sonra vəziyyət kəskin şəkildə pisləşib. Sonradan yeni komissiya formalaşıb. Komissiya üzvləri isə evin vəziyyətini yox öz şəxsi marağı əsasında rəy yazır. Zaqatala rayonu Aşağı Tala kəndinin sakini Yusif Həsənovun evi zəlzələ zamanı tamamilə dağılıb. Evin divarlarında dərin çatlar əmələ gəlib. Evin damı isə tamamilə uçub. Yusif Həsənovun sözlərinə görə, oğlu və gəlini qəzalı evdə yaşamaqdan qorxduqları üçün kirayəyə ev tutmalı olublar: “Mən isə xanımımla birlikdə həyətdə olan otaqda yaşayırıq. Evdə yaşamaq təhlükəlidir. Ev hər an uca bilər”. Y. Həsənovun sözlərinə görə dəfələrlə yerli icra nümayəndəliyinə və “Zəlzələ” Qərargahına müraciət edib: “Müraciətlərimə məhəl qoyulmur. 112 xidmətinə də müraciət etmişik. Mənə bildirirlər ki, evin təmir ediləcək. Lakin bu evin təmir edilməsi mümkün deyil. Mənim evimdən dəfələrlə az qəzalı olan evlər sökülüb yenidən inşa edilir. Lakin nədənsə mənim evim inşa edilmir. Səbəbini də demirlər”.

“İki mərtəbəli evimin əvəzinə 2 otaqlı ev tikmək istəyirlər ”

Aşağı Tala kənd sakini Şahnaz İsrafilova zəlzələ zamanı 2 mərtəbəli evlərinin dağıldığını bildirdi: “Bizim 2 mərtəbəli evimiz vardı. Üç otaq aşağıda üç otaq isə ikinci mərtəbədə yerləşirdi. Beş ay əvvəl Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evimi sökdülər. Ev sökülərkən bizə bildirdilər ki, iki mərtəbəli ev inşa ediləcək. Ev söküldü. İki ay gözlədik gələn olmadı. Ondan sonra gedib maraqlandıq. Bizə dedilər ki, indi məktəbləri tikirik sonra sizin evinizi tikəcəyik. Daha sonra bizə bildirdilər ki, sizə 3 otaqlı ev tikəcəyik. Çarəsizlikdən razılaşdıq. Daha sonra dedilər ki, sizin evin layihəsi dəyişdirilib, indi 2 otaqlı ev tikirik. Etiraz etdik. İki otağı olanlara iki mərtəbəli ev tikirlər. Amma bizim iki mərtəbəli evimizin əvəzinə iki otaqlı ev tikmək istəyirlər”. Ş. İsrafilova üzləşdiyi haqsızlıqla bağlı Mehriban Əliyevaya müraciət etdiyini bildirdi. Lakin ona gələn cavab məktubunu İcra Hakimiyyəti götürüb. İcra Hakimiyyətindən Şahnaz xamıma bildiriblər ki, M. Əliyeva məktuba müsbət cavab verib: “Lakin məktubu gizlətdilər”. Ş. İsrafilovanın sözlərinə görə komissiya üzvləri ailəsini şantaj edir: “Bizə deyirlər ki, şikayət etsəniz evinizi tikməyəcəyik”. Ş. İsrafilova bildirdi ki, soyuqların düşməsi vəziyyətlərini daha da çətinə salıb: “Havalar soyuqdur. Çadırda yaşamaq olmur. Məcburiyyət qarşısında qalıb maşınımızı satdıq. Həmin pulla bir otaqlı ev tikmişik. Ölkəmizin zəngin sərvətləri var. Prezidentdə sağ olsun. Dağılan evlərin tikilməsinə göstəriş verib. Amma bəzi adamlar vəziyyətdən istifadə edib qanunsuzluqlar edirlər”.

“Məni müsavatçı adlandırıb evimi tikmirlər ”

Rayonun Ələsgər kəndində də qəzalı evlər qeydə alınmayıb. Gözdən uzaq bu dağ kəndində vəziyyət daha acınacaqlıdır. Kənd sakini İsmayılova Baratın sözlərinə görə, zəlzələdən sonra gələn komissiya evin qəzalı vəziyyətdə olduğunu söyləyib: “İlk dəfə gələn komissiya mənə bildirdi ki, evdə yaşamaq təhlükəlidir. Bizə çadır verdilər və evdə yaşamağımızı qadağan etdilər. Soyuqlar düşənəcən həmin çadırda yaşadıq. Lakin sonradan gələn komissiya bildirdi ki, ev qəzalı deyil, təmirə ehtiyacı var. Bizim evlərimizin tikilməsinin qarşısını bələdiyyə sədri Məhərrəm Həsənov alır. Sədr evlərin yenidən tikilməsi üçün 400 manat pul istəyir. Şikayət edirəm. Bələdiyyə sədri deyir ki, müsavatçıdır. Mən haqqımı tələb edəndə müsavatçı oluram? Məni müsavatçı adlandırıb evimi tikmirlər”. Ələsgər kəndinin digər sakini Ələkbər Əliyevdə evinin yarasız vəziyyətə düşdüyünü bildirdi: “Zəlzələdən əvvəl evimi böyütmək istəyirdim. Tikintiyə də başlamışdım. Zəlzələdən sonra mütəxəssislər evə baxış keçirdilər. Bildirdilər ki, evin divarı 21 santimetr sürüşüb. Mənə xəbərdarlıq etdilər ki, evdə yaşamaq olmaz. Evdə yaşasaq və fəlakət baş versə cavabdeh mən olacam. Bizə çadır verdilər. 7 aydır çadırda yaşayırıq. Dağlıq ərazidir, çadırda soyuq olur. Bu 7 ay müddətində qızım xəstələndi. Bakıya xəstəxanaya aparmalı oldum. İndi qış gəlib. Artıq çadırda yaşamaq mümkün deyil. Məcburiyyət qarşısında qəzalı evə köçməli olmuşam. Lakin sonradan gələn komissiya evimi qəzalı yazmadı. Hər yerə şikayət etmişəm. Baxan yoxdur”. Ələsgər kənd sakini Babaxanov Bəhram komissiya tərəfindən evinin qəzalı olması barədə rəy yazıldığını söylədi: “Komissiya yoxlama apararkən evimin qəzalı olması barədə rəy yazıb. Lakin düz 7 aydır gözləyirik ki, evi söküb yenidən tiksinlər. Ondan sonra bizimlə heç kim maraqlanmayıb. Bir çadır vermişdilər. Yayı birtəhər çadırda keçirdik. Amma indi qış gəlib. Mən uşaqlarımı qəzalı evdə saxlayıb ölümün ayağına verə bilmərəm. Uşaqlar gecələr qohumlarımgildə qalır. Həyat yoldaşım xəstədir. Ayda cəmi 40 manat pul qazana bilirəm. Həyat yoldaşımın müalicəsi üçün qohumlarımdan aldığım min manatı qaytara bilmirəm. İmkanımda yoxdur ki, bir otaq tikim”. Sulxayeva Xaccey zəlzələ zamanı evinin dağıldığını bildirdi: “Yoxlama gəlib evə baxdı. Əvvəl dedilər ki, ev yenidən tikilməlidir. Sonra dedilər gücləndirilmiş bərpa təmir işləri aparılmalıdır. Bir dəfədə gəlib evin şəkillərini çəkib apardılar. Mən xəstə yalqız adamam. Heç yerə gedə bilmirəm. Şikayət də etməyə imkanım yoxdur. Yayda çadırda birtəhər qalırdım. İndi soyuqdur, çadırda qalmaq olmur. Bu dağılan evdə yaşamağa isə qorxuram”.
Ələsgər kənd sakini Əfəndi Abdullanın bildirdiyinə görə, kəndin evlərinin böyük əksəriyyəti qəzalı vəziyyətdədir. Buna baxmayaraq komissiya evlər barədə düzgün rəy yazmır. Rəsmi şəkildə qəzalı vəziyyətdə olması barədə akt tərtib edilən 20 qəzalı evdən yalnız biri, noyabr ayının 5-dən etibarən inşa edilməyə başlayıb. Bir ev isə Gözbarax kəndi ərazisində inşa edilir. Yerdə qalan 18 evin taleyindən xəbər yoxdur. Ə. Abdullanın sözlərinə görə evi qəzalı vəziyyətdə olan sakinlərin bir çoxu kəndi tərk edib. Kəndi tərk edənlərdən ikisi də Ə. Abdullanın yaxın qohumlarıdır: “Qohumlarımdan biri Hüseynov Eldardı. Eldarın evini birinci komissiya qismən qəzalı olması barədə rəy yazmışdı. Sonradan ikinci komissiya gələndə evin qəzalı olması barədə rəy yazdı. Lakin sənədləri bu günə qədər gəlib çıxmayıb. Ev tam yararsız vəziyyətdə olduğu üçün qaynım kəndən çıxmalı oldu. İndi Bakıda olur. Dəfələrlə yerli icra hakimiyyətinə şikayət etmişik. Deyirlər ki, özünüzə sığınacaq tikin”. Ə.Abdulla digər qohumu Mübariz İsmayılova məxsus evin 6 ay əvvəl söküldüyünü bildirdi: “Altı aydır evi tikmirdilər. Bu gün kəndimizdən 10 kilometr aralıda yerləşən Gözbarax kəndində dağ çayının kənarında Mübarizə ev tikməyə başlayıblar. Bələdiyyə sədri 400 manat pul alıb həmin ərazidə İsmayıla torpaq sahəsi verib. Bu torpaq sahəsi satın alıdıqdan sonra ev tikməyə başladılar. İnsanları məcbur edirlər ki, kənddən çıxsınlar. Kəndin boşaldılması üçün heç bir sərəncam yoxdur. Əgər kəndi köçürürlərsə nəyə görə yeni məktəb inşa edirlər?”.

Yeddi ay əvvəl sökülən evlər hələdə inşa edilməyib

Rayon ərazisində 7 ay əvvəl sökülən evlərin əksəriyyətində tikinti işlərinə başlanılmayıb. Tikintisi başlayan evlərin böyük əksəriyyətində isə iş dayandırılıb. Ələsgər kənd sakini Zahid Hüseynovun bildirdiyinə görə, evi 7 ay əvvəl FHN-nin nümayəndələri tərəfindən sökülüb: “Evi sökdülər və çıxıb getdilər. Ondan sonra gəlib maraqlanmayıblar da. Azı yüz dəfə şikayət etmişəm. Şikayətə baxan yoxdur. Uşaqlarla “palatkada” yaşayıram. İcra hakimiyyətindən bizə deyirlər ki, gedin özünüzə qalmağa yer tikin. İndi məcburam bir otaq tikim”. Z. Hüseynov inşa etdiyi otaq üçün dövlət tərəfindən heç bir yardım ayrılmadığını bildirdi: “Bu otağı məcburiyyət üzündən tikirəm. Özüm bir tikə çörək üçün Rusiyada işləyirəm. Burada iş yoxdur. Bu otağı da uşaqlar üçün tikirəm ki, qışda donmasınlar”.

Fəhlələrlə əmək müqaviləsi bağlanmır, pulları verilmir

Rayonda inşa edilən evlərin tikintisinin böyük əksəriyyəti yarımçıq qalıb. Buna səbəb isə usta və fəhlələrin pullarının verilməməsidir. Tikinti işləri qeyri - şəffaf aparıldığından fəhlə və ustalar hansı şirkətdə işlədiklərini belə bilmirlər. Fəhlələrlə əmək müqaviləsi bağlanmır. Əmək müqaviləsi tələb edənlər isə dərhal işdən uzaqlaşdırılır. Yerli ustalar əmək müqaviləsi və görüləcək işlərin qiymətləndirilməsi cədvəlini tələb etdikləri üçün işə götürülmür. Zaqatalada evləri əsasən Şamaxı, Ağsu, Saatlı, Sabirabad və Şəki rayonundan olan usta və fəhlələr inşa edir. Son bir ay ərzində isə evlərin tikintisinə Gürcüstan vətəndaşı olan milliyətcə gürcü olan şəxslər cəlb edilib. Azərbaycanlılardan fərqli olaraq gürcülərlə əmək müqaviləsi bağlanılır. Onların maaşları vaxtı-vaxtında ödənilir. Mamrux kəndində usta işləyən Müşviq Məmmədov hansı şirkətdə çalışdığını bilmədiyini söylədi. O eyni zamanda şirkətlə əmək müqaviləsi bağlamadığını bildirdi: “ Şirkətin adını bilmirik. Bir “proravı” tanıyırıq, adı Samirdi. Bizimlə müqavilə bağlamayıblar. İndi bizə altı yüz manat pul verməlidir. Qurban bayramı qabağı adama yüz manat verdilər. Dedilər ki, bayramdan sonra pul olacaq. Hələlik heç bir xəbər yoxdur. Amma əvvəl tikdiyimiz evlərdə pul problemi olmamışdı”. M. Məmmədov 2 qat daş divarın kvadratını evin 1-ci mərtəbəsində 4, ikinci mərtəbəsində isə 4 manat 50 qəpik pul ödəndiyini söylədi: “Suvağı kvadratına evin çölündə 2 manat evin icərisində 1 manat 70 qəpik pul verirlər”. M. Məmmədov qiymətlərin aşağı olduğunu söylədi: “Bu qiymətlər sərf eləmir. Hesablayanda günə 8 manat qazanırıq”. M. Məmmədov yeməklərini ev sahibi tərəfindən verildiyini söylədi: “Camaat yaxşıdır. Allah razı olsun. Ustaların, fəhlələrin yeməyini ev sahibi verir. Elə ev sahibini otaqlarında yaşayırıq. Yeməyimizi qalacaq yerimizi ev sahibləri verməsə heç kəs gəlib burda işləməz”.

Təmir bərpa işləri başlanılmayıb

Zaqatalada zəlzələ zamanı xəsarət görən evlərin bir qisminə təmir, gücləndirilmiş təmir bərpa işləri görülməsi barədə rəy verilib. Lakin may ayından sonra baş verən zəlzələlər zamanı həmin evlərin əksəriyyəti qəzalı vəziyyətə düşüb. Bununla belə bu tip evlərin bərpasına start verilməyib. Eyni zamanda rayonda qəzalə vəziyyətə düşən məktəblərin inşası başa çatmayıb. Bir sıra məktəblər isə əvvəlkindən balaca inşa edilir. Misal üçün Aşağı Tala 3 saylı orta məktəbin 1176 yerlik binası olduğu halda indi 600 yerlik yeni bina inşa edilir. Uşaq bağçaları baglanıb. Lakin bağçaların yenidən inşasına başlanılmayıb.

Tikintiyə texniki nəzarət yoxdur

Zaqatalada inşa edilən evlər bir neçə şirkət tərəfindən həyata keçirilir. Lakin bu şirkətlərin evlərin tikintisi üçün tenderdə iştirak etmələri barədə rəsmi məlumat verilməyib. Eyni zamanda evlərin inşası zamanı texniki nəzarət həyata keçirilmir. Ev sahiblərinə yeni inşa edilən evin layihəsi, smeta sənədləri təqdim edilmir. Bu sənədlər gizli saxlanılır. Tikinti zamanı ciddi texniki xətalara yol verilir. Misal üçün evlərin bir qismi M-300 markalı “Qaradağ” sementi ilə inşa edilir. M-300 markalı sement ev tikmək üçün yox suvaq vurmaq üçün nəzərdə tutulub. Evlərin əsas arxa divarlarında və künclərində dəmir-beton konstruksiyalı bloklar (kolon ) quraşdırılmır. Təmələ tökülmüş dəmir-beton konstruksiya yuxarı mərtəbələrlə ələqələndirilmir. Bu da gələcəkdə evlərin daha qısa müddət ərzində dağılmasına səbəb olacaq. Evlərin elektrik naqilləri də texniki qaydalara uyğun quraşdırılmır. Belə ki, naqillər birbaşa divara pərçimlənir, üzərindən isə suvaq çəkilir. İstənilən qısa qapanma zamanı naqillər yanarsa, suvaq sökülməlidir. Əslində isə elektrik naqilləri xüsusi şlanqların içərisindən keçirilməlidir. Belə olduqda naqillərin dəyişdirilməsi zamanı evin divarlarını sökmək lazım gəlmir. Onu da qeyd edək ki, iş icraçılarının böyük əksəriyyəti inşaatçı deyil.

İlham Əliyevdə tikintinin keyfiyyətindən narazı qalıb

Zəlzələnin episentri hesab olunan Gözbarax və Mamrux kəndlərində digər ərazilərə nisbətən qızğın iş gedir. Bunun səbəbi isə hər iki kəndin dövlət başçısının nəzarətində olmasıdır. İ. Əliyev zəlzələdən sonra 2 dəfə Gözbarax kəndində olub. Yerli sakinlərin sözlərinə görə, onlara dövlət başçısı ilə görüş imkanı yaradılmayıb. İ. Əliyevlə xüsusi hazırlanmış şəxslər görüşüb. Dövlət başçısı kəndə birinci səfərində dağılmış evlərin birinə baş çəkib və ev sahiblərinə qısa müddət ərzində evlərin bərpa ediləcəyi barədə vəd verib. Eyni zamanda bildirib ki, ev inşa olunduqdan sonra qonaq gələcək. Bu hadisə dövlət televiziyalarında nümayiş etdirilib. İ. Əliyevin Zaqatalaya ikinci səfəri ərəfəsində dövlət başçısının vədi yada düşür. 2 həftə ərzində tələm-tələsik 2 mərtəbəli yaşayış evi inşa edilir. Ev mebel və xallarla bəzədilir. İ. Əliyev kəndə gəldikdə ilk getdiyi yer yeni inşa edilmiş bina olur. Prezident birinçi mərtəbənin dəhlizindəcə xoşagəlməz hadisə ilə üzləşir. Prezidentin ayağı altında, yerə vurulmuş parket qopur. İ. Əliyev evə baxmadan geri qayıdır. Hadisənin şahidlərinin bildirdiyinə görə, hadisə İ. Əliyevi bərk qəzəbləndirib. Qeyd edək ki, Gözbarax və Mamrux kəndlərində tikinti işlərini “Azinko” və “Gilan” şirkətləri həyata keçirir. Zəlzələdən 7 ay keçməsinə baxmayaraq diqqət mərkəzində olan bu kəndlərdə də evlərin böyük əksəriyyəti inşa edilməyib. Yerli sakinlər bizə yaxın 1-2 ay ərzində evlərin inşasının başa çatmayacağını bildirdilər.


Əfqan Muxtarlı,
Turan İnformasiya Agentliyi,
Zaqatala









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru