SÖYÜN SADIQOV RUSİYANIN SIRADAN NÖKƏRİ ÇIXDI
Tarix: 5-11-2012, 10:46 | Çap et
KREML AZƏRBAYCANA QARŞI ƏLAVƏ RIÇAQLAR ƏLDƏ ETMƏK İSTƏYİR
DİA.AZ: - “Mən Rusiya vətəndaşıyam, Rusiya Federasiyası prezidenti yanında millətlərarası münasibətlər Şurasının üzvüyəm. Bəli, mən fəal və sıx şəkildə Prezident Aparatı ilə işləyirəm. Millətlərarası həmrəyliklə bağlı təkliflərimi verirəm, müxtəlif nəşrlərdə sosial-iqtisadi məsələlərlə bağlı məqalələr yazıb nəşr edirəm. Öz ölkəmin vətəndaşı kimi çalışıram orada istisnasız hamıya komfortlu olsun. Hər birimiz nə qədər çox ictimai fəallıq göstərsək, Rusiya bir o qədər tez güclənəcək və demokratik yolla gedəcək. Bunu Azərbaycana da arzulayıram. Məni tarixi vətənimə zərbə vuran adam kimi görmək səhvdir, absurddu. Birincisi, Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə normal münasibətlər yaranıb.
Bizim ölkələr gələcəkdə də ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, iqtisadi-ticarət, mədəni-humanitar sahələrdə yeni perspektivli layihələri reallaşdırmağa köklənib. Rusiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv seçilməsini dəstəkləyib. Bu həm Rusiyada, həm də bütün dünyada yaşayan biz azərbaycanlıları sevindirməyə bilməz. Qarşılıqlı münasibətlərin tarixinə nəzər salsaq, bu münasibətlərin yaxşı dinamikasından danışmaq olar. Ilham Əliyevin dövlət başçısı postuna namizədliyini ilk dəstəkləyən Putin olub. Ona görə Rusiyanın Azərbaycanda stabilliyin pozulmasında maraqlı olduğunu demək axmaqlıdır. Görünür, Ilham Əliyevin ətrafında kimlərsə iki ölkə arasında əldə edilənlərdə maraqlı deyil. Hətta ölkələrimiz arasında kiçik narazılıqlar da Rusiya ilə Azərbaycanın münasibətini korlaya bilməz. Məsuliyyətlə bəyan edirəm ki, RATI- siyasi təşkilat deyil, ictimai təşkilatdı və xalqlarımız arasında qarşılıqlı anlaşmanın olması üçün əlindən gələni edəcək”. Bildirək ki, bu ifadələr “Milyarderlər ittifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları Ittifaqını yaradanlardan birinə, “AzərRos”un prezidenti Söyün Sadıqova məxsusdur.
Hər halda, bu ifadələrin mahiyyətindən məsələnin nə yerdə olduğunun fərqinə varmaq mümkündür. Bəli, iddialar doğru imiş - əslində «oliqarxların təşkilatı» ideyasının arxasmında Kreml dayanır və bu təşkilat sırf olaraq 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycana təsir etmək, baş verəcək yeniliklərdən öz payını almaq istəyən qoca Rusiyanın çabalarının təzahürü, istəklərinin icraçısı əhəmiyyətindədir.
Diqqət yetirin, Söyün Sadıqov Rusiyadan danışarkən bir insanın yalnız öz doğma vətəninə aid edə biləcəyi kəlmələri seçir və bir insanın yalnız öz doğma vətəninə qıya biləcəyi məhəbbəti sərgiləyir. Vətən birdir və onun «tarixi»si-filanı olmur. Və bu açıqlaması ilə Söyün Sadıqov qarnı ilə düşünən bir heyətdən olduğunu tam olaraq ortaya qoymuş olur. Onun üçün qarnı harda toxdursa, vətən də oradır.
Və bu gün Söyün Sadıqov iddia edir ki, Rusiya Azərbaycana dost mövqedədir və hətta daha da irəli gedərək bunun əksini düşünənləri axmaqlıqda da ittiham edir. Bəli, Söyün Sadıqov - Azərbaycan adına guya ki, işlər görmək istəyən bu özündənrazı şəxs Rusiyanı Azərbaycana dost hesab edir. Hər halda, bu adama Rusiyanın Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalında oynadığı rolu xatırlatmaq artıq olardı. Heç bu adamın yadına Xocalı qətliamındakı rus izini də salmaq olmaz. Bu adama bu gün də Qarabağ probleminin məhz Rusiyanın bir dövlət olaraq varlığı səbəbindən həll olunmadığını söyləmək də yersizdir. Çünki bunun üçün ilk növbədə adamda Azərbaycan kimliyi olmalıdır. Bu gün rus kimi düşünən birisinin adının Söyün və hətta orijinal variantda Hüseyn olması belə önəmli deyil. Əgər bu adı daşıyan kəsin bədəninin üstündə diyirlənən baş bizə aid deyilsə…
Diqqət yetirin, Söyün Sadıqov Rusiya ilə Azərbaycandan danışanda «Bizim ölkələr» ifadəsini işlədi. Yəni bu adam Rusiyanı öz ölkəsi, Azərbaycanı isə ondan müsahibə götürən azərbaycanlı jurnalistin ölkəsi hesab edir. Belə isə bu adamdan soruşan lazımdır: SƏN HANSI KİMLİYİNƏ GÜVƏNİB, AZƏRBAYCAN ADINDAN DANIŞIRSAN, ERMƏNİLƏRLƏ GÖRÜŞÜRSƏN, MİLLƏTİN QABAĞINA ÇIXIRSAN? Sən axı kimsən, Cənab Söyün Sadıqov?! Kim sənə bu mandatı verib? Kim sənə bu haqqı tanıyıb?! Sənin heç qanından da bu millətin qanı axmır. Çünki bu millətin qanını daşıyan kəs heç bir zaman bu qədər rusiyaya nökərçilik ruhu ilə köklənə bilməz.
Məhz yuxarıda qeyd etdiyitmiz məqamlar və həmçinin Söyün Sadıqovun əli ilə yönəldilən RATİ adlı təşkilatın ortaya atılması artıq Rusiyanın Azərbaycanda böyük problemlər yaşadığının göstəricisidir. Və bu gün Söyün Sadıqov kimiləri yenidən Azərbaycanı Rusiyaya qaytarmaq barədə icra olunan planın sıradan bir aləti kimi çıxış etməkdədirlər.
DİA.AZ-a bu barədə danışan mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, dünənə qədər məhz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin xətti ilə Azərbaycanı öz təsiri altında saxlamağa çalışan rəsmi Moskva bu gün həmin xəttin çalışır durumda olmadığını gördüündən Bakıya yeni təsir rıçaqları formalaşdırmağa çalışır:
«Bu gün Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov haqlı fikirlər səsləndirir. Bəli, kimlərsə Azərbaycana qarşı Rusiyanın əlində rıçağa çevrilirlər. Və yolverilməz olanı da budur. Ola bilsin ki, hansısa biznesmenin bu prosesin mahiyyətindən tam olaraq xəbəri yoxdur. Amma fakt faktlığında qalır və bu gün RATİ kimi təqdim olunan təşkilat əslində 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın Azərbaycana təzyiqinin nəticəsi kimi qəbul edilməlidir».
Mənbəmiz onu da əlavə etdi ki, buradan aydın olan bir məqam isə Rusiyanın Ramiz Mehdiyevlə bağlı imtinası haqda yayılan xəbərlərin təsdiqi ilə balğlıdır: «Diqqət yetirin, RATİ-nin elanından sonra rəsmi Bakı Rusiyaya məhz Rusiyanın adamı kimi tanınan Ramiz Mehdiyevin əsas sözçüsü - Əli Həsənovu yolladı. Yəni «lalın dilini anası bilər» prinsipi rəhbər tutuldu. Əli Həsənov isə təbii ki, Azərbaycanın maraqlarından çıxış edən birisi kimi danışıqlarda sadəcə olaraq Kremlin qarnının ağrısını öyrənə bilməsi üçün yetkilənmişdi».
Mənbəmiz onu da əlavə etdi ki, hər halda, PA-nın şöbə müdirir Rusiya səfərinin nəticələri yaxın gələcəkdə özünü hiss etdirəcək: «Əgər rəsmi Bakıdan Rusiyanın tələblərinə müsbət impulslar verilməsə, o zaman RATİ-MATİ oyunu yenidən davam edəcək».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|