GÜLƏR ƏHMƏDOVAYA DAHA BİR ZƏRBƏ
Tarix: 1-11-2012, 11:34 |
Çap et
KEÇMİŞ DEPUTAT İÇİGEKİ KARATE FEDERASİYASINDAN DA QOVULUR
Azərbaycan İçigeki Federasiyasının da taleyi maraq doğurur
Məlum video qalmaqalından sonra keçmiş millət vəkili Gülər Əhmədovanın rəhbərlik etdiyi Azərbaycan Uşaq Fondu, "Mərkəz" qəzeti və saytının fəaliyyəti ilə yanaşı, Azərbaycan İçigeki Federasiyasının da taleyi maraq doğurur.
AzNews.az-a daxil olan məlumata görə, Gülər Əhmədova həm də karate idmanı olan İçigeki Federasiyasının prezidenti olub. Bu barədə informasiya hətta Mərkəz.az saytında Azərbaycan Uşaq Təşkilatı barədə məlumatda da yer alıb. Bu məlumata əsasən, G.Əhmədova Azərbaycan İçigeki Federasiyasının Prezidentidir.
Digər məlumatlarda isə keçmiş millət vəkilinin Federasiyanın Fəxri prezidenti və Azərbaycan İçigeki Peşəkar Karate Klubunun Fəxri Prezidenti olduğu bildirilir.Mənbə bildirib ki, hadisələrdən sonra millət vəkilinin federasiya ilə bütün əlaqələri kəsilib. G.Əhmədovanın hətta Federasiyadan kənarlaşdırılacağı da daxil olan xəbərlər arasındadır.