GÜLƏR ƏHMƏDOVANIN ƏMLAKI TALAN OLUNA BİLƏR
Tarix: 31-10-2012, 11:03 |
Çap et
İŞÇİLƏR KEÇMİŞ DEPUTATA VAXT VERİBLƏR
Sabiq deputat Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzeti və merkez.az saytının əməkdaşlarının iki aydır əmək haqqı almadıqlarından üsyana hazırlaşdıqları söylənilir.
“Mərkəz” qəzetindən Avrasiya.net-ə bildirilib ki, kollektiv noyabrın 5-dək gözləmək qərarını verib. Əgər G.Əhmədova noyabrın 5-dək maaşları verməsə onda qəzetin və saytın bütün texniki avadanlıqları işçilər arasında bölüşdürüləcək. Mənbə bildirib ki, qəzet və saytın bağlanma ehtimalı daha çoxdur.
O da söylənilib ki, işçilər G.Əhmədovanı tapa bilmirlər ki, dərdlərini söyləsinlər. Onunla yalnız qəzetin redaktoru əlaqə saxlayıb. O, da “hər şey düzələcək” vədini verib.