“BAKI PARK BULVAR” QARƏT OLUNDU
Tarix: 17-09-2011, 16:49 |
Çap et
QARƏTÇİLƏR 84 MİN MANATI APARA BİLİBLƏR
“Bakı Park Bulvar” Ticarət Mərkəzinin rəhbərliyinin otağı qarət olunub. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumata görə, naməlum şəxs ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən rəhbərliyin kabinetinə daxil olaraq siyirməni sındırıb və seyfin açarlarını ələ keçirib. Seyfi açan naməlum şəxs orada olan yüz min manatın 84 minini torbaya dolduraraq hadisə yerindən qaçıb.
Oğurluq anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Həmin şəxs 25-30 yaşlarında olan mavi köynəkli olub. Hadisə yerinə telefonla danışa-danışa daxil olub. Torbalara yalnız 84 min manat yerləşdiyindən pulun qalananı götürə bilməyib.
Hazırda polis qarətçini axtarışını aparır.
“Bakı Park Bulvar”ın piar-meneceri Günay Malikqızı “Qafqazinfo”ya bilidirib ki hadisə 2 ay əvvəl baş verib. Lakin bu günə qıədər qarətçi tapılmayıb. O məmçinin qarətin “Park Bulvar”da deyil, “Park Sinema”da baş verdiyini qeyd edib.