“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

«SİZİ QƏZZAFİNİN TALEYİNDƏN DAHA BETƏRİ GÖZLƏYİR!»
Tarix: 9-11-2011, 14:59 | Çap et
«SİZİ QƏZZAFİNİN TALEYİNDƏN DAHA BETƏRİ GÖZLƏYİR!»

RƏSUL QULİYEVDƏN HAKİMİYYƏTƏ ŞOK ÇAĞIRIŞ!

Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev Ərəb inqilabları və Azərbaycandakı vəziyyəti təhlil edən məqalə göndərib. Məqaləni dərc edirik.

I məqalə

Xalq hökumətə nifrət edir

Isaak Nyutonun kəşf etdiyi “cazibə qüvvəsi’’ və mexanikanın 3 qanunu alimlər tərəfindən dərindən öyrənilməsəydi, sözsüz ki, sonradan nə Eynşteynin “Nisbilik nəzəriyyəsi”, nə atom enerjisindən faydalanmaq yolları, nə də ümumiyyətlə, bu gün dünyanı çalxalayıb dəyişdirən, get-gedə kiçildən informasiya inqilabları baş verə bilərdi. Lap elə adi və ibrətamiz bir həyat hadisəsini götürək: yeriməyə yenicə başlayan körpənin irəliyə doğru daha inamla atdığı hər addım, instinktiv olaraq, onu keçmişdə yıxmış addımındakı səhvi təkrarlamamaqdan başlayır. Tarix də eynən belədir - hər bir hadisə və ya dövr növbəti mərhələdə daha uğurlu addım atmaq, ən azı, “yıxılmağa səbəb olan yanlış addımı təkrarlamamaq üçün” yaxşı təcrübə mənbəyidir. Tarixə yalnız keçmişdə baş verənlərin xronologiyasını göstərən elm kimi baxılması kökündən yanlışdır. Mahiyyətinə varılsa və dəqiq elmlərlə müqayisə aparılsa, əslində tarix elmi daha mürəkkəbdir. Çünki səhv etmək insana xas olan və çox tez-tez, asanlıqla baş verən haldır. Nə hansısa insan, nə də bütövlükdə xalq səhv etmək xüsusiyyətindən sığortalanıb. Bununla belə, bir-birinə oxşar, ancaq fərqli mentalitetin, intellektin daşıyıcısı olan insanların və ya xalqların hamısına eyni dərəcədə şamil ola biləcək inkişaf və ya tənəzzül qanunları kəşf etmək də mümkün deyil. Dəqiq elmlərin qanunları əsasən materiya ilə bağlı olduğundan, dünyanın hər yerində eyni qaydada işləyir. Məsələn, cazibə qanunu üçün Ingiltərə ilə Azərbaycanın heç bir fərqi yoxdur. Ancaq həm Ingiltərə, həm də Azərbaycan cəmiyyəti üçün eyni inkişaf yolları qanununun tapılmasından danışmaq, sadəcə, mümkün deyil. Odur ki, tarix nəinki dərindən öyrənilməlidir, üstəlik, onu öz ölkənə tətbiq etmək istəyirsənsə, differensləşdirməni və təsnifatlaşdırmanı da mütləq bacarmalısan...

Konstitusiyaya zidd vəzifə sahibləri

Artıq tarixə çevrilən və bizim üçün də öyrənilməsi mütləq vacib olan “ərəb inqilabları”nın birinci mərhələsi yekunlaşmaq üzrədir. Biz bu tarixdə baş verənləri ona görə mütləq öyrənməliyik ki, Azərbaycandakı mövcud ictimai-siyasi durum heç də hadisələrin qismən başa çatdığı və hələ də dramatik şəkildə davam edən bəzi ölkələrdən ciddi fərqlənmir. Xüsusən də Azərbaycan prezidenti baş verənləri daha ciddi və daha dərindən analiz etməlidir. Özünün buna gücü yetmirsə, informasiya qıtlığı varsa, istər ölkə daxilindən, istərsə də xaricdən kimlərisə dəvət edib, müəyyən bir nəticə çıxarmalıdır.Çünki indiyədək ölkədə baş verənlərə və bundan sonra da baş verəcəklərə bir nömrəli cavabdeh məhz odur – üzərinə məsuliyyəti götürə biləcək ikinci şəxs heç üfüqdə də görünmür! Konstitusiyaya görə, müəyyən dərəcədə məsuliyyət daşıya biləcək Baş nazir, Parlamentin və Ali məhkəmənin sədri, Baş prokuror vəzifəyə qeyri-konstitusion yollarla təyin olunduqlarından, onlar üçün bu məsuliyyət formal xarakter daşıyır. Ona görə ki, parlamenti xalq seçməli, o da özünə sədr və müavinlərini müəyyənləşdirməli, digər hakimiyyət qollarının təşkilində müstəqil qərar qəbul etmək imkanında olmalıdır. Əgər bu institutu xalqın iştirakı olmadan prezident formalaşdırıbsa, prezidentin təyin etdiyi deputatların və parlament sədrinin başqa konstitusion vəzifələrə təyinatda hansı rolu və ya məsuliyyət payı ola bilər ki? Əlbəttə ki, heç bir! Deməli, Azərbaycanda bütün məsuliyyətin bir nəfərin – prezidentin üzərində olduğunu dərk etmək və konkret nəticə çıxarmaq üçün elə də xüsusi bir ağıla və ya araşdırmaya ehtiyac yoxdur: hər şey ortadadır və bu hal illərdir ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında konkret faktlarla da öz əksini tapıb.

“Hacı Məmmədov rejimi”

Məgər nəticə çıxarmaq üçün, elə çox yaxın tariximizdə baş verən adi bir nümunə - “Hacı Məmmədov məsələsi” yetərli deyilmi?! Hələ heç bir təhlükənin olmadığı şəraitdə hakimiyyətin ən sadiq fiqurlarından sayılan nazir Usubov qanunsuz addımlarının bir hissəsini Heydər Əliyevin tapşırığı ilə yerinə yetirdiklərini elan etdisə, görün, bir balaca gərginlik və ya real təhlükə olan zaman nələr ortaya çıxacaq?! Məgər prezidentin ətrafında olanların əksəriyyəti elə “usubovlar”dan ibarət deyilmi? Axı tarix dəfələrlə sübut edib ki, kritik situasiyalarda Azərbaycan tipli rejimlərdə ya lider daim qorxu hissi altında saxladığı komandasının üzvlərini, ya da komandası qeyri-qanuni göstərişlərini yerinə yetirmək məcburiyyətində qaldığı liderini satıb, hamısı üçün aqibət isə eyni olub – rüsvayçılıq və faciə!

Son vaxtlar Azərbaycan mətbuatında hakimiyyətə yaxın şəxslər israrla sübut etmək istəyirlər ki, inqilablar dalğasının yayıldığı ərəb ölkələriylə Azərbaycandakı şərait fərqlidir və bu səbəbdən dünya dağılsa da, Azərbaycanda nəsə baş verə bilməz. Bunu ən yaxşı halda ya mağaraya qapılıb dünyada gedən proseslərdən xəbərsizlərin yanaşması kimi qəbul etmək lazımdır, ya da özünün cahil və nadanlığını bilənlərin inadkarlıqla özünətəsəllisi kimi. Çünki ən elementar təhlil belə, reallığın tamam fərqli olduğunu, Azərbaycanın bu proseslərdən kənarda qalmayacağını ortaya qoyur.

Yəqin ki, oxucuların xatirində qalar: hələ mart ayında mən siyasi qüvvələri ərəb ölkələrində gedən proseslərdən tələsik nəticə çıxarmamağa və vaxtından qabaq hansısa addımlar atmaqla, Azərbaycanda yetişməkdə olan siyasi şəraitə ziyan vurmamağa çağırmışdım. Və hadisələrin axarı da göstərdi ki, mən nə dərəcədə haqlıyam: Ictimai Palatanın bəzi üzvləri “şərait yetişib” arqumentiylə tələsik aksiyalara başlayıb “apreldə rejimin axırına çıxacağıq” desələr də, arzuladıqları nəticəni ala bilmədilər. Əksinə, süni şəkildə prosesləri tələsdirməklə, “ərəb inqilabları”ndan təsirlənib oyanmaqda olan gəncliyə bilərəkdən və ya bilməyərəkdən zərbə vurmuş oldular.

Bu məqalədə isə mən Azərbaycanla ərəb ölkələrinin oxşar və fərqli cəhətlərini izah etməyə çalışacağam. Çünki Azərbaycanı daha faciəli bir aqibətin gözlədiyini izah etməyi özümə borc bilirəm.

Ben Əlinin Azərbaycan ssenarisi

“Ərəb inqilabları”nın baş verdiyi ölkələr içərisindən tarixlərinin birinci səhifələrini qismən bağlamış Liviya və Tunis Azərbaycanla daha identifik xüsusiyyətlərə malik olduğundan, gəlin, bu ölkələrlə bağlı müəyyən məlumatlara, ötəri də olsa, nəzər salaq:

Liviya neft ölkəsidir, gündə 1,5 milyon barrel neft çıxarır, ÜDM 96 milyard dollardır; ildə adambaşına 15 min dollarlıq məhsul istehsal olunur; 1969-cu ilin sentyabrında Qəzzafi dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirib və 2011-ci ilin oktyabrına qədər diktatorluğunu edib; orta aylıq əməkhaqqı 700 dollara yaxındır; əhalisi 1969-cu ildə 1,8 milyon, 2011-ci ilə 6,5 milyon olub; korrupsiya və rüşvət ranqına görə, 146-cı yeri tutub.

Tunisdə isə neft-qaz ehtiyatları yox dərəcəsindədir: ÜDM ildə 95,6 milyard dollar, adambaşına məhsul istehsalı ildə 9.100 dollar, orta əməkhaqqı ayda 450 dollar, əhalisi 1969-cu ildə 5 milyon, 2011-ci ilə 11 milyona qədər olub. 1987-ci ildə prezident tərəfindən Baş nazir qoyulmuş Ben Əli 2 həftə ərzində hakimiyyəti qansız-qadasız ələ keçirib və 2011-ci ilin əvvəlinədək diktatorluğunu davam etdirib. Tunis korrupsiya və rüşvət ranqına görə, dünya ölkələri sırasında 59-cu olub.

Hər iki ölkədə son inqilabların baş vermə səbəbləri isə aşağıdakılardır:

- ölkədə korrupsiya və rüşvətingeniş yayılması;

- diktatura rejimlərinin uzunmüddət vətəndaşları elementar hüquqlarını pozması;

- inzibati orqanların və məhkəmələrin qanunsuzluqları, rüşvət bataqlığında üzməsi;

- diktator ailəsinin ölkənin bütün sərvətlərinə və biznesə nəzarət etməsi, hər şeydə paylarının olmasını tələb etməsi;

- adi vətəndaşların, xüsusilə gənclərin ölkə daxilində nə dövlət işində, nə də biznesdə heç bir perspektivinin olmaması;

- bütün seçkiləri saxtalaşdırmaqla, “ölkənin ağası mənəm, kimi istəsəm - deputat qoyaram, kimə istəsəm - vəzifə verərəm, kimi istəsəm - zindana ataram, kimə istəsəm - terror təşkil edərəm” düşüncəsiylə utanmadan hakimiyyətin gücünü nümayiş etdirmək, millətə yuxarıdan aşağı, ikrahla baxmaq və s.

Azərbaycanda Qəzzafi həyatı

Indi gəlin, Azərbaycana baxaq: Azərbaycanda 1969-cu ildən hakimiyyətdə Əliyevlər sülaləsidir - yəni, Qəzzafi kimi, düz 42 il! Burada Əliyevin 1970-1987-ci illərdə apardığı siyasət nəticəsində (1982-ci ildən 1988-ci ilə qədər MK-nın birinci katibi zəif xarakterli Kamran Bağırov olsa da) ölkə daxilində respublikanı idarə etməyə bir nəfər də potensialı olan kadrın tapılmaması səbəbindən Pakistanda səfir işləyən və xalq arasında “bambılı”, “qozəkən”, “hamamtikən” adlandırılan Əbdürrəhman Vəzirovun 1988-90, öz “yaraşığı”nın vurğunu olduğundan, hətta keçirdiyi iclasın ortasında da gedib güzgüyə baxıb, daranıb qayıdan Ayaz Mütəllibovun 1990-91-ci illərdəki hakimiyyətlərini bir kənara qoyaq. Çünki Əliyevin əvvəllər apardığı siyasətin labüd nəticəsi elə məhz belə hakimiyyətlərin törəməsi ilə yekunlaşmalıydı. 1992-ci il iyunundan 1993-cü ilin iyununadək olan təcrübəsiz Xalq Cəbhəsi hakimiyyətini də bir qırağa qoymaq lazımdır. Xalq Cəbhəsi, hətta bütövlüklə “düşmənlərdən” ibarət olsaydı belə, onların bir ildə buraxdığı səhvləri 18 il ərzində çeynəmək, bu səhvlərin Azərbaycanın tarixində həlledici rol oynadığını, demokratikləşmənin qarşısını kəsdiyini iddia etmək, yumşaq desək, əbləhlikdir. Faktiki olaraq, 1993-dən bu yana olan son 18 ildəsə nəinki Xalq Cəbhəsinin yol verdiyi yanlışlıqları, hətta Azərbaycanın 1969-cu ildən 1993-cü ilədək olan dövrdə yol verilən bütün səhvləri, yanlışlıqları da aradan qaldırmaq və ölkəni demokratik bir dövlətə çevirmək mümkün idi.

Beləliklə, ötəri bir analiz təsdiqləyir ki, Azərbaycanın son 42 illik tarixinin neqativləri, ən qaranlıq və faciəli anları, həmçinin ölkənin demokratikləşməməsi və bu yolda yaradılan əngəllər birbaşa və dolayısıyla daha çox Əliyevlərin adıyla bağlıdır. Bu gün ölkədə mövcud olan ab-hava da inqilabların baş verdiyi ərəb ölkələrindən qətiyyən fərqli deyil. Əksinə, bir çox parametrlərə görə, Azərbaycan daha bərbad vəziyyətdədir. Indi “ərəb ölkələrində inqilablara səbəb olan şəraitdən hansı Azərbaycanda yoxdur?” sualına, qoy, tək sadə azərbaycanlılar yox, daha çox hakimiyyətin yuxarı eşelonunda əyləşənlər, hökumətə rəhbərlik edənlər cavab axtarsınlar! Məsələn, elə birinci korrupsiya və rüşvətə qarşı kompromissiz mübarizə apardıqlarından ağzı köpüklənə-köpüklənə danışan, reallıqda isə şər-böhtanla sayısız-hesabsız günahsız insanları tutdurmaqla minlərlə düşmən qazanan Baş prokuror və ya Daxili Işlər naziri çıxıb desinlər görək, özlərinə, yaxınlarına yaratdıqları bu cah-cəlalı neçə illik maaşlarıyla əldə ediblər? Deyə bilərlərmi?! Yox! Çünki bu cah-cəlalı yaratmaq üçün bugünkü maaşları ilə azı 10 min il işləməlidirlər! Baş prokuror 1000 ilə 20 milyon manata yaxın maaş almalıdır. Bu, heç onun bir evinin qiyməti deyildir, ay əziz azərbaycanlılar! Belələri hələlik xalqın öz taleyinə sahib çıxa bilməməsinin yaratdığı arxayınlıq hissinin təsiri altındadılar. Ancaq tarix sübut edib ki, öz xalqına yuxarıdan aşağı baxanların bu arxayınçılıq hissi qəfildən və bir günün içərisində darmadağın edilir!

***

Azərbaycanda millətin uzun müddət və ya həmişəlik yaşadığı rəzil həyatla barışacağına inananlara üzümü tutub deyirəm: qəflət yuxusundan ayılın, cənablar, sizi Qəzzafinin taleyindən də faciəli günlər gözləyir! Çünki ölkədəki vəziyyət Liviyadakından daha dramatik və daha ağırdır! Bu fikri yaxın buraxmaq istəməsəniz də, bəli, məhz belədir: liviyalılarla tunislilərin həyat səviyyəsi, Azərbaycanla müqayisədə, qat-qat yuxarı həddədir.

Düzdür, hakimiyyətdəkilərin çoxu düşünür ki, azərbaycanlıların tarixdə öz azadlıqları uğrunda qətiyyətli mübarizə aparmaq ənənələri yoxdur. Ancaq unudurlar ki, tunislilərin və liviyalıların öz azadlıqları uğrunda Roma və Osmanlı imperiyalarına, həmçinin fransız, italyan kolonistlərinə qarşı iki min ildən çox apardıqları mübarizə ənənəsi olubsa, biz azərbaycanlıların da müasir tarixində xalqın əliyalın rus tanklarının önünə çıxması, törədilən qətliama, vəhşiliklərə baxmayaraq, meydandan qaçmamasını göstərən 1990-cı ilin yanvar hadisələri nümunəsi də var. Görünür, hadisələrdən 21 il keçdiyindən, bir çox insanın yaddaşından nələrsə itib. Ancaq situasiya eynidir: onda da xalq hökumətə nifrət edirdi, indi də xalq hökumətə nifrət edir; onda sadə camaatın heç olmasa evində yeməyə nəyisə vardısa, indi o da yoxdur; onda xalqın qarşısındakı düşmən böyük bir imperiyanın qəddar, amansız ordusu idisə, indi əhaliyə divan tutmalı olanlar rejimin xidmətində duran qanı və dini eyni olan kiçik bir dəstə - özününkülər; onda kütlə müxalifətin bir mərkəzdən idarə olunmamasından, hər ağızdan bir avaz gəlməsindən narazı idisə, indi daha pisdir - xalq müxalifətə, ümumiyyətlə, inanmır və kritik məqamda da onu dinləməyəcək…

Düşünün və ayılın, cənablar, yoxsa sonra çox gec olacaq!

azadlıq.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru