İSA QƏMBƏR TİFLİSDƏ ERMƏNİLƏRLƏ GÖRÜŞÜR
Tarix: 29-10-2012, 12:13 |
Çap et
GÖRÜŞƏ GÜRCÜSTAN PARTİYASI DA QATILIB
Bazar ertəsi Gürcüstanın paytaxtında Cənubi Qafqaz ölkələri liberal qüvvələri liderlərinin ikigünlük görüşü açılıb. Görüşdə Azərbaycanı Müsavat Partiyasının, Gürcüstanı Respublika Partiyasının, Ermənistanı isə Erməni Ümummilli Hərəkatının nümayəndələri təmsil edirlər.
Qeyd edək ki, bu cür görüşlər birinci il deyil ki, keçirilir və məsləhət xarakteri daşıyır. Bir qayda olaraq, tərəflər ərizə və müraciətləri qəbul edirlər ki, bunlarda da regionda liberal dəyərlərin reallaşması, regional əməkdaşlıq və mövcud problemlərin həlli yollarının axtarışı üçün birgə fəaliyyətə çağırış əksini tapıb.