İKİNCİ QARABAĞ SAVAŞI QAPIDADIR
Tarix: 24-10-2012, 12:00 |
Çap et
NÜFUZLU "GLOBALPOST"DAN AĞLABATAN RƏY
Amerikalı ekspertlərin fikrincə, İkinci Qabarağ müharibəsinin baş verəcəyi təqdirdə ikinici, hətta üçüncü ölkələrin bura müdaxiləsi də istisna deyil
FaktXeber.com-un verdiyi məlumata görə, məşhur "GlobalPost" internet saytı Dağlıq Qarabağda yeni müharibənin yaranacağı ilə bağlı məqalə dərc edib. Məqalədə göstərilib ki, Ermənistan və Azərbaycan hava qüvvələrinin pilotsuz kəşfiyyat təyyarələrindən istifadə etməsi İkinci Qarabağ müharibəsinin yaranmasına səbə ola bilər.
Qeyd edək ki, hər iki tərəfin son zamanlar hərbi arsenalını gücləndirməsi regionda yeni müharibənin yaranması kimi qiymətləndirilir. Bundan əlavə Azərbaycanın İsraildən 1,6 milyard dollar dəyərində silah alması və bunların arasında 100 pilotsuz təyyarənin olması müharibə qığılcımı kimi görsənir.
Amerikalı ekspertlərin fikrincə, İkinci Qabarağ müharibəsinin baş verəcəyi təqdirdə ikinici, hətta üçüncü ölkələrin bura müdaxiləsi də istisna deyil. Müharibə vaxtı Rusiya və İranın iştirakı isə dəqiq məsələdir.