ŞOK: ERMƏNİLƏRLƏ GÖRÜŞƏ GEDƏNLƏR ƏSLİNDƏ KİMDİR?
Tarix: 24-10-2012, 11:08 | Çap et
RUSİYADAKI YENİ TƏŞKİLATLA BAĞLI YENİLİKLƏR: KREMLİN BARMAĞI VAR
DİA.AZ: - “Mənim harada olmağımdan asılı olmayaraq Azərbaycana və onun prezidentinə sadiqəm”. Qeyd edək ki, bu sözləri Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Rusiya azərbaycanıları milli-mədəni muxtariyyətinin vitse-prezidenti Vidadi Abbasovun onun barəsində söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
V. Abbasovun Moskvada Rusiyada fəaliyyət göstərən erməni təşkilatlarının nümayəndələri ilə görüşdə A. Abbasovun iştirak etməməsini guya onun Bakıda olması ilə əlaqələndirməsini təkzib edib: “Mən bu dəqiqə də Moskvadayam, Bakıya getməmişəm, ermənilərlə görüşdə isə düşünərək iştirak etməmişəm. Uzun müddət Azərbaycanda yüksək vəzifə tutmuş bir şəxs kimi, ölkəmiz üçün taleyüklü olan məsələlərin müzakirəsində prezident İlham Əliyevin tapşırığı və əmri olamadan iştirak etmərəm. Bu mənim vətəndaş prinsiplərimə və siyasi əqidəmə ziddir. Bu gün dövlət vəzifəsində olmasam da, vətəndaş olaraq Azərbaycan dövlətinin sərəncamındayam və hər dəqiqə prezidentin əmrini gözləyirəm. Mənim haqqımda yalan və həqiqətə uyğun olamayan məlumatları yayan şəxslərin ucuz provakasiyası baş tutmayacaq. Onların məni Azərbaycan dövləti qarşısında ləkələmək cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur”.
Onu da biuldirək ki, Abbas Abbasovun bu şəkildə açıqlama verməsi heç də əsassız deyil. Ən azından o səbəbə görə ki, ermənilərlə görüşə qatılan heyətin tərkibi bir çox şübhələrə nədən olub.
Xatırladaq ki, 23 oktyabr tarixində Moskvada Rusiyadakı Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş başlayıb. Məlumata görə, görüş Moskvanın “Prezident” hotelində keçirilir.
Görüşün keçirilməsində məqsəd Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporunun millətlərarası sülhün bərqərar olunmasında artan rolunu, Rusiya prezidenti Vladimir Putinin milli siyasət strategiyası layihəsinin müzakirəsi, milli KİV-in çoxmillətli Rusiya cəmiyyətinin konsolidasiyasında rolunu müzakirə etmək idi.
Görüşdə “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Bur daha vurğulayaq ki,Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun adı siyahıda olsa da, o, görüşə qatılmayıb. Ermənistan tərəfdən görüşə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRİ xalq artisti Armen Tiqarxanyan, Rusiya Erməni İttifaqının vitse-prezidenti Vyaçeslav Qavustyan, “Armeniya i mir” jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Sımbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları iştirak ediblər.
Qeyd edək ki, görüş “Azərros” Federal Milli Mədəni Muxtariyyəti və Rusiya-Azərbaycan Təşkilatları İttifaqının təşəbbüsü ilə təşkil olunub.
Hər halda, bu görüşdə ilk baxışdan heç nə yoxdur. Amma bu görüşün təşkili və həmçinin görüşdə Azərbaycan tərəfini təmsil edən heyətin kimliyi ortaya olduqca şübhəli məqamları çıxarıb. Qeyd edək ki, DİA.AZ olaraq bu yöndə çox ciddi araşdırmalar apardıq və ortaya ilginc məqamları çıxardıq.
Rusiyadakı qaynaqlardan redaksiyamıza ötürülən məlumatlardan aydın olur ki, əslində Abbas Abbasovun görüşə qatılmaması həm də yenicə yaranmış və fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarını vermiş Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının taleyi ilə bağlıdır.
İlk olaraq ermənilərlə görüşə qatılanların kimlikləri barədə məlumat verək. Akif Nağının təbirincə desək, kifayət qədər şübhəli fiqur olan Söyün Sadıqovu tanıtmağa o qədər də ehtiyac yoxdur. Rusiyanın xüsusi xidmət orqanları ilə ciddi bağlara malik olan «Azərros» Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri olan Söyün Sadıqovun Putin administrasiyası tərəfindən ortaya atılmış fiqur olduğu bəllidir.
Bəri başdan bildirək ki, görüşə qatılan digər «tanınmışları» heç də əksəriyyət tanımır və hətta Rusiyada yaşayan soydaşlarımız arasında belə onların nüfuzları yoxdur. Bu barədə redaksiyamızı bilgiləndirən Moskvadakı qaynaq vurğulayır ki, əksinə, həmin şəxslərin əksəriyyətinə Rusiyadakı azərbaycanlılar tərəfindən birmənalı münasibət mövcud deyil və onlardan bəziləri hətta fırıldaqçılıqda belə ittiham olunublar.
Kimdir onlar? Başlayaq özünü Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri kimi təqdim edən Cəmil Sadıqbəyovdan. Qeyd edək ki, eyni zamanda «Azərros»da sədr müavini postunu tutan Sadıqbəyov elə bu gün Söyün Sadıqovun çətiri altında gizlənən birisidir. Həyat yoldaşı maldovalı olan Cəmil Sadıqbəyov bir müddət əvvəl Rusiyada yaşayan bir neçə azərbaycanlı iş adamının böyük miqdarda pullarını mənimsəmişdi. Sonradan həmin pulları geri qaytara bilməyən Sadıqbəyov Maldovaya qaçaraq, uzun müddət oradan yaşamalı olur. Bunun ardından isə qeyd etdiyimiz kimi Söyün Sadıqovun sayəsində yenidən Rusiyaya qayıdır və onun himayəsi altına girir. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Cəmil Sadıqbəyovun «atdığı» pulların hesabı məhz Söyün Sadıqovun güvəndiyi Rusiyanın xüsusi xidmət orqanlarının zəhmi səbəbindən kimsə tərəfindən aparıla bilmir. Yəni həmin pullar bir növ batmış hesab olunur. Söylənilənə görə, Cəmil Sadıqbəyovun üst-üstə ayrı-ayrı iş adamlarımıza 400 min dollara yaxın borcu var.
Yəqin ki, bu görüşə qədər kimsə Rusiyada «Tribuna» adlı bir qəzetin nəşr olunmasından və onun Rafael Hüseynov adlı baş redaktorunun olmasından xəbərdar deyildi. Amma bu görüşün sayəsində belə bir şəxsin olduğu da aydınlaşdı. Rusiyadakı mənbəmiz bildirir ki, Rafael Hüseynov da Moskvada reket jurnalist kimi ad çıxarıb və hətta bir zamanlar rusların canını boğazına yığmış «Lyubimıy prezident» qəzetinin rəhbərlərindən də olub. Məlumatlara görə, həmin qəzet Bakıda olduğu kimi prezidentin şəklini birinci səhifəsinə vuraraq, ayrı-ayrı dövlət idarələrindən pul yığmaqla məşğul olub. Hətta deyilənə görə, bu qəzet barədə az bilgili olan Rusiyanın milis işçiləri belə cibində «Lyubimıy prezident» qəzetinin vəsiqəsi olan şəxsi görəndə əmrə müntəzir dayanırmış və zənn edirmiş ki, qəzet Vladimir Putinin maraqlarına xidmət edir. İndi isə belə bir adam Azərbaycan diasporasını ermənilərlə görüşdə təmsil edir.
Görüşdə iştirak edən Moskva-Azərbaycan Cəmiyyətinin sədri Oqtay Hüseynovun adı Azərbaycan mətbuatında açıqlanmasa da, bu adam da ermənilərlə görüşə qatılmışdı. Onun kimliyi isə nəinki Rusiyada, heç Azərbaycanda da o qədər bəlli deyil. Sadəcə olaraq, məhdud bir çevrə yaxşı bilir ki, Oqtay Hüseynov nə ciddi iş adamıdır, nə də tanınmış ziyalı. Mənbəmiz bildirir ki, bu adam Rusiyada MDB dövlətlərindən gələnlər üçün nəzərdə tutulan «Pozvonim na rodinu» danışıq kartlarının alveri ilə məşğul olan bir şəxsdir və Rusiya bazarlarında əldə telefon konturları satır.
Hər halda, yuxarıdakı heyətin kimliyi belə sizdə təsəvvür yaratdı ki, ermənilərin tanınmış ziyalıları qarşısında Azərbaycan diasporasının hansı səviyyədə təmsil olunmasından xəbər tutasınız. Bununla bağlı danışan mənbəmiz bildirdi ki, məhz bu səbəbdən Abbas Abbsvov geri çəkilməli oldu. Çünki həmin projenin arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığı aşkarlanıb.
Məlumatlı mənbələrdən gələn informasiyaya görə, ilk baxışdan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşıi yaradılmış bir təşkilat kimi xarakterizə olunan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı əslində Kremlin bir layihəsi olub və Abbas Abbasov kimi, Araz Ağalarov kimi tanınmış simalar bu layihəyə məqsədli şəkildə cəlb olunub, həmçinin Abbas Abbasovun təşkilata rəhbərlik etməsi də bir növ təxribat mahiyyəti daşıyıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|