HAVA ŞƏRAİTİ NORMALLAŞACAQ
Tarix: 8-11-2011, 14:21 |
Çap et
MİLLİ HİDROMETEOROLOGİYA DEPARTAMENTİNİN AÇIQLAMASI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraiti yağıntılı olacaq, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 3-5 dərəcə isti olacaq.
Noyabrın 9-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.
Qeyd edək ki, qar yağması nəticəsində ölkənin bəzi rayonlarında nəqliyyatın hərəkəti çətinləşib. Bəzi yerlərdə dağ kəndləri ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsi kəsilib. Elektrik enerjisinin olmaması ilə əlaqədar vəziyyət ağırlaşıb. Yolları qarla örtülüb. Dağ rayonlarında qar örtüyünün hündürlüyü 50-60 sm.- ə çatır.