
AZƏRBAYCANDA İNTİHAR İXTİYARLAŞIB
Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan bildirilib.
Hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1949-cu il təvəllüdlü Ağabacı Hacıağa qızı Babayeva yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.