CAVİD QURBANOV DEPUTATLARA NİYƏ AĞIZ AÇIB?
Tarix: 16-10-2012, 13:09 |
Çap et
ASC PREZİDENTİ MƏTBUATDAN EHTİYAT EDİR
DİA.AZ: - «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanov parlamentin bugünküi iclası zamanı deputat yoldaşlarından bəzilərindən maraqlı bir xahişdə bulunub. Bu barədə DİA.AZ-a parlamentdəki jurnalist həmkarlarımızdan biri xəbər verib.
Mənbəmizin bildirdiyinə görə, Cavid Qurbanov bir neçə deputat həmkarından mətbuatda əleyhinə gedən yazıların durdurulması üçün xahişdə bulunub: «Həmin deputatlardan biri isə jurnalistlərə yaxınlaşıb və bildirib ki, Cavid müəllimdən daha yazı yazılmasın, çünki o, yaxşı adamdır və yazılanların da hamısı həqiqətə uyğun deyil».
Bu zaman jurnalistlərdən biri həmin deputatdan soruşub ki, o zaman Cavid Qurbanovun sürücüsü haqda deyilənlərdəmi yalandır: «ASC prezidentini müdafiə edən deputat susdu və sonra bildirdi ki, o, ayrı məsələdir, sürücüdən yazın, amma Cavid Qurbanova bağlamayın»…
Hər halda, ASC prezidentinin mətbuata bu tərzdə «xod» axtarışı anlaşılan deyil…